Azərbaycan Xəzər dənizinin əsas qapısı olmaqla regionun dəniz dövlətinə çevriləcək
14.11.2010 [09:37]
Azərbaycan hökuməti dünyanın nəhəng infrastruktur obyektləri sırasına daxil olan iri nəqliyyat və kommunikasiya layihələrinin miqyasını genişləndirməkdədir. Son illər regionda ən iri kommunikasiya sistemlərini yaradan respublikamız onların sırasına daha birini əlavə edib. Bu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanıdır. Noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu liman kompleksi layihə gücünə, texniki imkanlara, strateji əhəmiyyətinə və digər göstəricilərinə görə, bölgədə analoqu olmayan nəqliyyat-kommunikasiya şəbəkəsi hesab olunur.
Yeni limanın yerinin seçilməsi, yəni, Ələt qəsəbəsinin müəyyənləşdirilməsi də təsadüfi xarakter daşımır. Liman ərazisi relyefinə, geocoğrafi mövqeyinə və infrastruktur-kommunikasiya şəraitinə görə, mühüm strateji məkan sayıla bilər. Qeyd edək ki, köhnə limanın yerləşdiyi ərazi müasir tələblərə cavab vermir. Şəhərin mərkəzində yerləşən liman infrastruktur, nəqliyyatın hərəkəti, insanların rahatlığı üçün problemlər yaradır və müasir Bakının şəhərsalma ansamblına uyğun deyil. ümumiyyətlə, bu liman ölkəmizin indiki və gələcək inkişaf perspektivlərinin tələblərinə cavab vermir.
Ona görə də, yeni limanın tikilməsi olduqca vacibdir və inkişaf edən Azərbaycanın kommunikasiya layihələri sırasında böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizin dünya dövlətləri ilə sıx inteqrasiyası, regiondakı strateji enerji-nəqliyyat dəhlizinin ən mühüm mərkəzinə çevrilməsi yeni kommunikasiya şəbəkələrinin yaradılmasını zəruri edir: “Ona görə, limanın bu ərazidə yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaqdır. Yeni limanın işə düşməsi nəticəsində əlbəttə ki, bu məsələlərdə rolumuz daha da artacaqdır. Nəzərə almalıyıq ki, tikiləcək liman dünya miqyasında mövcud olan ən böyük limanların sırasında özünəməxsus yer alacaq və beləliklə, Azərbaycan beynəlxalq aləmdə bu sahədə də özünü bir daha göstərəcəkdir”.
Bakı Dəniz Ticarəti Limanı qeyd etdiyimiz kimi, infrastruktur obyektlərinin qovuşuğunda yerləşməklə mühüm tranzit məkanı sayılır. çünki paytaxtın ən strateji enerji-yanacaq kompleksləri, terminallar, yol-nəqliyyat infrastrukturları məhz bu ərazidə cəmləşir. Eyni zamanda, yük və sərnişin vasitələrinin paytaxta girişi də bu məkanla bağlıdır. Bakı Dairəvi Yolunun və Bakı-Astara, Bakı-Qazax magistrallarının, digər birinci dərəcəli yolların burada qovuşması da yeni limanın yerləşdiyi ərazinin strateji əhəmiyyətini artırmış olur. Bir sözlə, nəqliyyat-kommunikasiya və infrastrukturlar baxımından vahid bir kompleksə çevrilən yeni limanın yerləşdiyi ərazi regionda beynəlxalq tranzit mərkəzi hesab oluna bilər. 400 hektar əraziyə malik liman, həmçinin, azad ticarət zonası və logistika mərkəzi kimi regionda analoqu olmayan trans-nəqliyyat şəbəkələri sistemi sayıla bilər.
Qeyd edək ki, hazırda Azərbaycanın istifadədə olan dəniz limanı vasitəsilə Qazaxıstan, Türkmənistan, İran və digər dövlətlərin yükləri daşınır. Dübəndi terminalına daxil olan tankerlərdə neft, neft məhsulları, taxıl, digər yeyinti və sənaye malları daşınır. Yəni, liman vasitəsilə həyata keçirilən yük daşınmalarının həcmi hər il artır və bu tendensiya Azərbaycanın bölgədə böyük tranzit imkanlarına malik olduğunu göstərir. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının istifadəyə verilməsindən sonra isə respublikamız bölgədə mühüm tranzit mərkəzinə çevriləcək. Ən modern liman texnologiyalarına malik olan bu kompleksdə yük və sərnişin daşınmalarının həyata keçirilməsi üçün nəhəng liman şəbəkəsi mövcud olacaq.
Beynəlxalq Dəniz Ticarəti Limanı bir neçə ildən sonra dünyanın ən nəhəng limanları sayılan Rotterdam, London, Nyu-York, Sankt-Peterburq, Vladivostok, Marsel, Arxangelsk, Hamburq, Odessa, İstanbul, Pirey kimi geniş şəbəkəli liman komplekslərinin sırasına daxil olacaq. Liman Avropa ilə Asiya arasındakı ticarətdə və TRASEKA ilə həyata keçirilən daşınmalarda körpü rolunu oynayacaq. Rusiyanın daxili su yollarından və Qara dəniz limanlarından Bakı limanına birbaşa reyslərin açılması, Trans-Xəzər layihəsi çərçivəsində neft daşımalarının Azərbaycan vasitəsilə həyata keçirilməsi, digər tranzit xətlərinin istifadəsi Beynəlxalq Dəniz Ticarəti Limanının strateji nəqliyyat qovşağı kimi əhəmiyyətini artıracaq. Azərbaycan Xəzər dənizinin əsas qapısı olmaqla regionun dəniz dövlətinə çevriləcək. Beləliklə, yeni dəniz limanı Azərbaycanın iqtisadi gücünün daha da artmasında mühüm rol oynayacaq.
Limanda yük və sərnişin daşınmalarının həcminin indiki ilə müqayisədə bir neçə dəfə artması respublikamızın beynəlxalq tranzitlərdən əldə etdiyi valyuta gəlirlərinin əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olacaq. Eyni zamanda, ölkəmizdə yeni iş yerlərinin yaradılması ilə bağlı həyata keçirilən siyasətə öz töhfəsini vermiş olacaq. Nəzərə alsaq ki, limanın fəaliyyətə başlaması nəticəsində, birinci mərhələdə 1400, üçüncü mərhələdə isə 3 min Azərbaycan vətəndaşı işlə təmin olunacaq, onda Ələt qəsəbəsində yaşayan vətəndaşların məşğulluq probleminin tamamilə həll edilməsi mümkün olacaq. Digər tərəfdən, Ələt qəsəbəsi sosial-iqtisadi baxımdan inkişaf etməklə yanaşı, böyük abadlıq-quruculuq işlərinin və yeni sosial-mədəni infrastrukturların geniş vüsət aldığı əraziyə çevriləcək. Bu qəsəbə paytaxtın ən gözəl, yaraşıqlı yerlərindən biri olacaq.
Liman kompleksi işə düşdükdən sonra Xəzər regionu dövlətləri arasında iqtisadi-siyasi əlaqələr daha da güclənəcək və bölgənin böyük əməkdaşlıq mərkəzi kimi əhəmiyyəti artacaq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Xəzəryanı dövlətlər arasında təbii ehtiyatlar, enerji sahəsində fəal əməkdaşlıq möhkəmlənəcək, tərəflərin səmimi dostluq münasibətləri ən yüksək səviyyəyə çatacaq: “Xəzər dostluq, əməkdaşlıq dənizidir. Biz Xəzərdə fəaliyyətimizi bu nöqteyi-nəzərdən gerçəkləşdiririk. Əminəm ki, Xəzəryanı ölkələrin uğurlu inkişafı, eyni zamanda, bu bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

