/ / Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub
19.11.2010 [09:44]
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısını salamlayaraq deyib: “Hörmətli Nursultan Abışeviç! Sizi Azərbaycanda salamlamağa çox şadam. Sağ olun ki, dəvətimizi qəbul edib ölkəmizə gəlmisiniz. Bu gün görüşmək üçün yaxşı səbəb vardır. Biz Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitini keçiririk. Bu fürsətdən istifadə edib Sizinlə görüşməyə və ikitərəfli münasibətlərimizi, regional problemləri bir daha müzakirə etməyə çox şadam. Münasibətlərimiz çox dinamik, uğurla, müsbət istiqamətdə inkişaf edir. İki qardaş ölkə beynəlxalq təşkilatlarda, regional formatda fəal qarşılıqlı əlaqə saxlayır, regionlarımız arasında iqtisadi əlaqələr inkişaf edir və ümumiyyətlə, böyük sənaye potensialımız vardır. Buna görə də, əlbəttə, iqtisadi gündəmdə olan məsələlərə bir daha nəzər salmağa, harada nəyi əlavə edə biləcəyimizə, hansı sahələrin müştərək layihələrlə hələ tam əhatə edilmədiyinə baxmağa ehtiyac vardır. Potensial həqiqətən çox böyükdür və ən başlıcası bizdə, Azərbaycanda ikitərəfli əlaqələrimizi xalqlarımızı həmişə bir-birinə bağlayan dostluq, mehriban qonşuluq, qardaşlıq ruhunda çox fəal inkişaf etdirmək arzusu güclüdür. ölkələrimizin artıq müstəqil dövlətlər kimi inkişaf etdiyi dövrdə biz bütün inteqrasiya proseslərinin çox fəal, dinamik inkişafının şahidiyik. Buna görə Sizi bir daha salamlamaq istəyirəm. Xoş gəlmisiniz. Siz bizim əziz qonağımızsınız. ümid edirəm ki, ölkəmizdə olmağınız, qısamüddətli də olsa faydalı və xoş olacaqdır”.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev təşəkkür edərək deyib: “Sağ olun, İlham Heydər oğlu. Bakıda, Azərbaycanda olmaq mənə həmişə xoşdur. Təəssüf ki, həmişə vaxt azlıq edir və Sizin kimi, biz də ölkəni gəzməyə macal tapmırıq. Mənim keçənilki səfərimdən sonra münasibətlərimiz daha da fəallaşmışdır. Baxıram ki, əmtəə dövriyyəsi xeyli artmışdır. Bu il Qazaxıstan sizə təxminən bir milyon ton buğda göndərmişdir. Bu, əvvəlki illərdəkindən xeyli çoxdur. Bu mürəkkəb təsərrüfat ilində sizə bu qədər buğda lazım oldu. Bütün başqa məsələlər və razılaşmalar barəsində heç bir fikir ayrılığı yoxdur. Sadəcə olaraq, qarşılıqlı iqtisadi münasibətləri fəallaşdırmaq, ölkələrimiz arasında ticarəti, qarşılıqlı mədəni münasibətləri genişləndirmək lazımdır. İstanbul sammitindən sonra Xəzəryanı dövlətlərin başçılarının bu görüşü barədə razılığa gəlməyimiz də, görüşün gündəliyi də, hazırlanmış sənədlər də artıq ona dəlalət edir ki, bu görüş uğurlu olacaqdır. Hərçənd, biz qlobal məsələləri həll etmirik, buna baxmayaraq, Xəzər barədə Sizinlə bizim mövqelərimiz hələ Aşqabad görüşündən, Tehran görüşündən başlayaraq oxşar mövqelərdir. Bu gün qəbul edəcəyimiz sənədlər - ümumi bəyannamə və təhlükəsizliyə dair saziş də güclü inkişafa dəlalət edir. Fikrimcə, Azərbaycan tərəfi bunun üçün çox iş görmüşdür.
Biz dekabrın 1-də və 2-də keçiriləcək ATƏT-in sammitindəki hadisələri gözləyirik. Sizi orada gözləyirik. Bu, bizim gənc paytaxtımızda ilk dəfə keçirilən çox böyük tədbir olacaqdır. ümumiyyətlə, indi hamımız bu məsələlər üzərində gərgin işləyirik, həyəcanlanırıq. Xəzər barədə mövqeləri təqribən bilirik. Bu barədə ümumi diskussiya mənim fikrimcə bir daha göstərəcəkdir ki, gələcəkdə Xəzərə dair ümumi konvensiya hazırlamaq, mövqelərimizi yaxınlaşdırmaq, bu məsələlərə dair konsensusa nail olmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxİdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39

