/ / Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü olub
19.11.2010 [09:45]
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın dövlət başçısını salamlayıb, onu Bakıda görməyindən məmnun olduğunu bildirərək deyib: “Hörmətli cənab Prezident, Sizi salamlamağa şadam. Sizi Azərbaycan torpağında səmimi qəlbdən salamlayıram. çox şadam ki, Siz bizə gəlmisiniz. Bu gün biz Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünü keçirəcəyik. Bu, ikitərəfli məsələləri bir daha müzakirə etmək, regional problemlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olacaqdır. Münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq. Bu münasibətlər dostluğa, qardaşlığa, qarşılıqlı dəstəyə əsaslanır. Əminəm ki, biz gələcəkdə də əməkdaşlığı eyni dərəcədə fəal surətdə inkişaf etdirəcəyik. Bizi xalqlarımızın ortaq soy-kökləri, müştərək tarixi, uzun əsrlər boyu qarşılıqlı əlaqələri bir-birimizə bağlayır. çox sevindirici haldır ki, indi Türkmənistanın və Azərbaycanın müstəqil inkişaf etdiyi şəraitdə ölkələrimiz böyük uğurlar qazanmışdır. ölkələrimiz uğurla inkişaf edir, onlar güclü iqtisadiyyata malik olan, özlərini təmin edə bilən ölkələrdir. ümid edirik ki, biz ikitərəfli xarakter daşıyan məsələlərdə tərəqqi, inkişaf və qarşılıqlı fəaliyyət müşahidə edəcəyik. Sizi bir daha səmimi qəlbdən salamlayıram. Xoş gəlmisiniz”.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov təşəkkür edərək deyib: “Hörmətli İlham Heydər oğlu, Türkmənistanın ünvanına söylədiyiniz səmimi sözlərə görə sağ olun. Bizi Xəzəryanı ölkələrin dövlət başçılarının bugünkü sammitində iştirak etmək üçün Sizin gözəl, cavanlaşan Bakı şəhərinə, gözəl ölkənizə dəvət etdiyinizə görə çox minnətdarıq. Biz həmişə deyirik ki, Xəzər sülh və mehriban qonşuluq dənizidir. Siz çox düzgün dediniz ki, mehriban qonşular kimi bizim çox qədim ənənələrimiz vardır, babalarımız, ulu babalarımız bizə çox yaxşı nəsihətlər vermişlər. Yəqin ki, bu gün əsas problem bütün bu mədəniyyəti, tarixi, milli xüsusiyyətləri böyüməkdə olan nəslə verməkdir. ümumiyyətlə, Sizə həm də ona görə təşəkkürümü bildirmək istərdim ki, siyasi arenada mövqelərimiz eynidir, dünya siyasətində bir-birimizi başa düşürük, bu məsələlərdə qarşılıqlı anlaşma sayəsində beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət göstəririk. İkitərəfli münasibətlərimizə gəldikdə isə, ticari-iqtisadi münasibətlərdə, sahəvi məsələlərdə çox yaxşı meyillər vardır və əlbəttə, Sizin xatırlatdığınız kimi, sosial, humanitar məsələlərdə işlərimiz çox yaxşı gedir. Sevindirici haldır ki, ötən il bizdə, Türkmənistanda Azərbaycan Günləri çox yaxşı keçdi. Lap yaxın vaxtlarda isə Azərbaycanda Türkmənistan Günləri keçirilmişdir. Bizim hökumətlərarası komissiya bütün bu işlərə yaxşı təkan verir. Bir həftədən sonra hökumətlərarası komissiyanın növbəti iclası bizdə olacaqdır. Buna görə də düşünürəm ki, əgər hər hansı işçi məsələlər yaransa, komissiya onları artıq öz səviyyəsində həll edəcəkdir. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etmək istərdim. Qurban bayramı bizim üçün, bütün müsəlman xalqları üçün müqəddəs bayramdır. Azərbaycan xalqına ən xoş arzularımı bildirir, ona firavanlıq arzulayıram. Fürsətdən istifadə edib Sizi özünüz üçün münasib bir vaxtda qonaqpərvər Türkmənistana dəvət etmək istərdim. Sağ olun”.
Prezident İlham Əliyev: “Sağ olun. Qardaş ölkədə yenidən olmaq dəvətindən məmnuniyyətlə istifadə edərəm. Sizdən də xahiş etmək istəyirəm ki, bütün qardaş Türkmənistan xalqına mənim ən xoş arzularımı - sülh, inkişaf, firavanlıq arzularımı çatdırasınız. Sizi və Sizin şəxsinizdə bütün qardaş Türkmənistan xalqını Qurban bayramı, bizim ümumi bayramımız münasibətilə təbrik edirəm. Bu bayram da xalqlarımızı birləşdirir və mənim üçün çox xoşdur ki, Siz Azərbaycana bu bayram günlərində gəlmisiniz. Bu, bizim aramızda və xalqlarımız arasında münasibətləri nümayiş etdirən yaxşı amildir”.
Prezident Qurbanqulu Berdiməhəmmədov: Bu, gələcək üçün yaxşı müjdədir.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

