Azərbaycanda dini dəyərlərimizə, adət-ənənələrə yüksək hörmət və diqqət mövcuddur
25.11.2010 [10:02]
Azərbaycan dövlətinin İslam dəyərlərinə münasibətinin ifadəsidir Azərbaycan bütün dinlərin nümayəndələrinin sərbəst və azad yaşadığı dünyəvi dövlət olsa da, əhalisinin böyük əksəriyyətinin müsəlman olması heç kəsə sirr deyil.
VII əsrin ortalarından ölkəmizdə yayılmağa başlayan, xalqın milli mentaliteti ilə qaynayıb-qarışan İslam dini ictimai şüura nüfuz edərək ölkənin aparıcı və hakim dininə çevrilənə qədər, müxtəlif tarixi dönəmlərdə Azərbaycanda çoxsaylı dini-etnik qruplar məskunlaşaraq yeri əhali ilə qaynayıb-qarışdığından çoxsaylı etnoslar və onların dini kimlikləri formalaşıb. Hazırda ölkədə 380-dən artıq dini icma qeydiyyatdan keçib. Respublikamızın paytaxtı Bakıda 3, Gəncə və Xaçmazda 1 rus pravoslav və Roma katolik kilsələri fəaliyyət göstərir. Bundan başqa, 2 alban-udi və 1 Yevangel-lüteran kilsəsi dindarların ixtiyarına verilib. Dövlət qeydiyyatına alınmış 7 yəhudi dini icmasının ixtiyarına isə Bakıda 4, Oğuzda və Qubada 1 sinaqoq verilib. Xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən, pravoslav kilsələri yanında bazar günü məktəbləri, Yevangel-xristian protestant icmalarının Bibliya kursları, “Həyatverici lütf” icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və bir çox bu tip qurumların fəaliyyəti qanun çərçivəsində tənzimlənir. ümumiyyətlə, dünyanın Azərbaycan adlı coğrafi ərazisində bütün dinlər bərabər və eynihüquqlu tutulduğundan əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, bütün dinlərə də eyni diqqət və qayğı göstərilir. Bununla yanaşı, xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq prinsipini əsas götürən dövlət başçısı cənab İlham Əliyev həmin prinsipi dövlət siyasətinin mühüm tərkib hissəsi kimi inkişaf etdirir. Andiçmə mərasimində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən ölkə başçısı ilk gündən dini və milli azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, Azərbaycanda mövcud olan hər bir dinə xüsusi diqqət və qayğı göstərir, dini icmaların problemlərinin həlli üçün bütün lazımi tədbirləri görür.
Dövlət başçısının göstərişləri ilə son illər tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulması həmin diqqətin bariz nümunəsidir.
Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri təsdiq edir.
Prezident İlham Əliyevin dini dəyərlərimizə hörmətinin nəticəsi olaraq, Onun göstərişilə bərpa olunmuş Təzəpir məscidi, eyni zamanda, Mirmöhsün Ağa ziyarətgahı artıq öz nəfisliyi və rahatlığı ilə paytaxtımızın qonağı olan müsəlmanların diqqətini cəlb edir. Dövlət başçısı, həmçinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin və digər dini ziyarətgahların, məscidlərin bərpası ilə əlaqədar tədbirlər haqqında da sərəncamlar imzalayıb.
Bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə şəhər İcra Hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılması haqqında Sərəncam Prezident İlham Əliyevin ümumilikdə İslam dininə diqqət və qayğısının gerçək təzahürüdür.
Qeyd edək ki, XIV əsrin sonu-XV əsrin əvvəllərində inşa edilən “İmamzadə” türbəsi və onun ətrafında XVII-XVIII əsrlərdə inşa edilən məscid, sərdabə və digər türbələr müsəlmanların müqəddəs ziyarətgah yerlərindən biridir.
İslam dininə qayğının daha bir təzahürü isə müsəlmanların müqəddəs yerlərə ziyarətlərinin təşkilində, bu müqəddəs günlərdən yararlanmaq üçün onlara yaradılan şəraitdə öz əksini tapır. Hər il Azərbaycandan müqəddəs Həcc, Məkkə və Mədinə, Məşhəd ziyarətinə minlərlə zəvvar yola düşür. Müxtəlif ölkələrə səfər edən zəvvarların sənədləşdirmə işlərini hər il daha da sadələşdirən, zəvvarlar kvotasını artıran Azərbaycan hökuməti öz torpağında dini kimliyindən asılı olmayaraq hər bir dindarın arzularını gerçəkləşdirməyi özünün mənəvi borcu kimi qəbul edir. O cümlədən, müsəlman zəvvarların 2010-cu il üçün müqəddəs Həcc ziyarətinə 2000 nəfərlik dəstəsi Qurban bayramı ərəfəsində yola salınıb və onlar öz ziyarətlərini artıq başa vurublar.
Bir sözlə tarixin bütün dövrlərində olduğu kimi, bu gün də ölkəmiz dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında diqqəti cəlb edəcək humanizm nümayiş etdirir. Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirdiyinə, dünyanın aparıcı dinlərindən biri olan İslam dininə göstərdiyi qayğı və diqqətə görə, ölkəmizin paytaxtı - Bakı İSESKO tərəfindən 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilib.
Bu bir il ərzində ölkəmiz İslam mədəniyyətinə məxsusluğu və bu mədəniyyətin qorunub saxlanılmasında oynadığı böyük rolunu bütün dünyaya nümayiş etdirməklə yanaşı, öz təcrübəsi və nailiyyətləri ilə sübut etdi ki, İslam mədəniyyətinin özülləri üzərində müasir, yeni, tərəqqiyə yönəlmiş mədəniyyət və cəmiyyət qurmağa nail olub. Əslində, Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan hökumətinin İslam dininə göstərdiyi qayğı və diqqətin ən layiqli qiyməti idi.
Kəbutər
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

