Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək
26.11.2010 [09:20]
Dünya dövlətlərinin yanacaq təminatında mühüm rol oynayan Azərbaycanın həyata keçirdiyi enerji siyasəti yeni mərhələyə qədəm qoyub. Respublikamız neft ehtiyatları ilə yanaşı, qaz resurslarının hasilatını və nəqlini artırmaqla öz diversifikasiya siyasətini genişləndirir. Azərbaycan yanacaq resurslarının həcmini artırmaq üçün Xəzərin özünə aid sektorunda yerləşən perspektivli yataqların geoloji kəşfiyyatını da sürətləndirib. Aparılan kəşfiyyat işləri isə yeni-yeni uğurlara imza atılması ilə nəticələnir. Qaz sənayesində ən mühüm bloklardan hesab olunan “ümid” yatağının kəşf edilməsi və bu perspektiv blokda hasilat işlərinə hazırlıqların başlanılması respublikamızın enerji siyasətində çox mühüm hadisə kimi dəyərləndirilə bilər.
2010-cu il Azərbaycanın neft-qaz sənayesi üçün zəngin hadisələrlə yadda qalıb...
ümumiyyətlə, 2010-cu ilə nəzər salsaq, bu ili Azərbaycanın neft-qaz sənayesi üçün çox əlamətdar və zəngin hadisələrlə səciyyələndirmək olar. Bu il ərzində ölkəmizin enerji siyasəti ilə bağlı strateji addımlar atılıb və dünya miqyasında mühüm hadisə kimi dəyərləndirilən sazişlərə imza atılıb. Belə ki, Dövlət Neft Şirkəti mart ayında bp şirkəti ilə dəyəri 6 milyard dollar olan “çıraq” Neft Layihəsinə sanksiya verib. Bundan bir müddət sonra isə bp ilə Azərbaycan arasında ən zəngin neft-qaz bloklarından biri sayılan “Şəfəq-Asiman” yatağının işlənməsinə dair saziş imzalanıb. Hazırda isə “ümid” yatağının kəşfi davamlı uğurların daha bir komponenti kimi ölkəmizin iqtisadi qüdrətini artırır və respublikamızın enerji siyasətini daha da zənginləşdirir.
Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşən “ümid” yatağı ehtiyatlarının həcminə görə ən iri qaz bloklarından sayılır. Bu yataq “Şahdəniz”dən sonra ən iri hasilat zonası hesab edilir. Yataqda proqnozlaşdırılan ehtiyatlar 200 milyard kubmetr qaz, kondensat isə 30-40 milyon tondan ibarətdir. Qeyd edək ki, “ümid” yatağında hələ sovetlər dövründə 1953-cü və 1972-ci illərdə təkmilləşdirilmiş geofiziki işlər aparılıb, sonrakı illər ərzində bu yataqda bir neçə quyu qazılsa da, nəticələrin ümidverici olmaması hasilat işlərinə başlamağa əsas verməyib. Amma bu, neftçilərimizi yenə də ruhdan salmayıb və onlar axtarışlarını son 2 ildə yenidən bərpa ediblər. Məsələ ondadır ki, hazırda güclü maliyyə vəsaitlərinə, texniki və texnoloji imkanlara malik olan Azərbaycan neftçiləri yatağın işlənməsi üçün ən yeni qazma üsullarından istifadə ediblər və neft sənayesində yeni bir uğura imza atıblar. ümumiyyətlə, neft-qaz sektorunda ən modern infrastrukturlara, qabaqcıl texnologiyalara malik olan Azərbaycan son illərdə dənizdə karbohidrogen resurslarının işlənməsinin böyük bir hissəsini öz maliyyə imkanları hesabına həyata keçirir. “ümid” yatağında kəşfiyyat işləri də respublikamızın maliyyə imkanları və mütəxəssislərinin gücü hesabına aparılıb.
“ümid” qarşıda yeni kəşflərə yol açır...
Prezident İlham Əliyev bu yatağın kəşf olunmasını ölkəmizin enerji siyasətində mühüm hadisə adlandırıb və qarşıda yeni kəşflər üçün yol açacağına inandığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, “ümid” yatağının kəşfiyyatı və gələcəkdə işlənilməsi xüsusi məna daşıyır: “Bu, tarixi bir hadisədir. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri öz hesabına görmüşdür. Bizim həm texniki, həm də maliyyə imkanlarımız vardır. Bizim istənilən həcmdə xarici maliyyə resurslarına da çıxışımız təmin olunur. Mən çox şadam ki, “ümid” yatağı ümidlərimizi doğrultdu. Əlbəttə ki, bu hadisə nəinki Azərbaycanda, hüdudlarımızdan kənarda da böyük marağa səbəb olacaqdır. Bu, bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilibdir. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir”.
Prezident İlham Əliyev yaxın zamanlarda digər yataqlarda da işlərin uğurla başa çatacağına və oradan ilkin qazın əldə olunacağına ümid etdiyini bildirib. Həmin yataqlar Azərbaycanın qaz potensialına öz töhfəsini verəcək və respublikamızın mövqeyi Avropa və dünya qaz bazarlarında daha da güclənəcək. Hazırda enerji resurslarının dünya bazarlarına çatdırılmasında respublikamızın 3 neft, 4 qaz kəməri mövcud olsa da, ölkəmizin zəngin neft və qaz ehtiyatlarının həcminin artması yeni ixrac marşrutlarının yaradılmasını da zəruri edir. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti yürütməklə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumla yanaşı, Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək trans-enerji marşrutlarının gerçəkləşməsində aktiv rol oynayır. Xəzər-Qara-Baltik dənizi enerji dəhlizinin yaradılması respublikamızın enerji təhlükəsizliyində mövqeyini möhkəmləndirmək və iqtisadi dividendlər gətirməklə bərabər, regionda siyasi üstünlüyünü artırmış olur.
“ümid” yatağı ölkəmizin 20 illik qaz ixracı üçün potensial resurslar deməkdir...
“ümid” yatağı digər perspektivli yataqlara da geniş yol açmış olur. Bu yataq “Babək” bloku üçün də əlverişli perspektivlər vəd edir. çünki “Babək”in ehtiyatlarının mənimsəmə vəziyyəti daha əlverişlidir və “ümid”lə müqayisədə burada resurslar 2 dəfə çoxdur. Yəni, “ümid”də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr proqnozlaşdırılır. Yeri gəlmişkən, təkcə “ümid” yatağı ölkəmizin 20 illik qaz ixracı üçün potensial resurslar deməkdir.
Mövcud yataqlarla bərabər, yenilərinin kəşf olunması və hasilata cəlb edilməsi Azərbaycanın qaz ehtiyatlarının həcmi ilə bağlı ümumi proqnozların da dəyişməsinə səbəb olacaq. Bir neçə il əvvəl aparılmış hesablamalara görə, respublikamızın proqnozlaşdırılan qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetr təsdiq edilib. Amma “ümid”, “Babək”, eləcə də, “İnam”, “Alov”, “Şərq” yataqlarındakı resursların ən azı 2 trilyon kubmetr olmasını nəzərə alsaq, ölkəmizin yanacaq ehtiyatlarının həcmi bundan 2 dəfə çox olacaq. Yəni, Azərbaycanın yeni proqnozlar üzrə qaz ehtiyatlarının həcmi 4 trilyon kubmetrdən çox olacaq. Ola bilsin ki, bu rəqəm gələcəkdə bəzi yataqların işlənməsindən asılı olaraq dəyişsin və ehtiyatların həcmi bundan da artıq olsun. Azərbaycanın ildə 15-20 milyard kubmetr qaz ixrac edəcəyini nəzərə alsaq, həmin ehtiyatların 100 il, hətta 200 il kifayət edəcəyini söyləmək olar.
Azərbaycan yeni nəql kəmərləri tikəcək...
Azərbaycan neftin nəqlində olduğu kimi, qaz ehtiyatlarının ixracını da çoxşaxəli şəkildə və bütün ölkələrin təminatında həlledici rol oynaya biləcək sistem üzrə həyata keçirəcək. ölkəmizin mövqeyi enerji təchizatının şaxələndirilməsi siyasətinin davam etdirilməsi ilə bağlıdır və indiyədək istifadəyə verilən çoxşaxəli boru kəmərləri də bunun təsdiqi sayıla bilər. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, respublikamız yanacaq ehtiyatlarını şaxələndirilmiş şəbəkə ilə nəql edəcək və qarşıdakı mərhələdə qazın yeni istiqamətlər üzrə ixracı həyata keçiriləcək: “Bizim neft-qaz strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə resurslarını böyük dərəcədə genişləndirə bilsin. Bu, beynəlxalq mövqelərimizi gücləndirdi və minlərlə yeni iş yerinin açılmasına gətirib çıxardı. Bizi dünya bazarları ilə birləşdirən neft-qaz kəmərləri ya əsaslı şəkildə təmir olundu, ya da ki, yenidən tikildi. İstisna edilmir ki, gələcəkdə yeni kəmərlərin tikintisinə ehtiyac olacaqdır. Nəzərə alsaq ki, neft-qaz ehtiyatlarımız artır, resurslarımız kifayət qədər çoxdur, gələcəkdə qonşu ölkələrin resursları Azərbaycan ərazisindən dünya bazarlarına nəql edilə bilər, ona görə yeni kəmərlərin tikintisi istisna olunmur”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31

