Zəfər zirvəsini fəth edən şanlı Ordu
26.06.2022 [13:21]
Artıq ikinci ildir ki, 26 İyun - Silahlı Qüvvələr Gününü Qələbə ovqatında qeyd edirik
Çoxəsrlik və zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqı həm də şanlı, qüdrətli və qalib orduya sahib olması ilə qürur duyur - iftixar hissi keçirir. 104 il əvvəl yaradılan Azərbaycan Silahlı Qüvvələri bu gün dövlətimizin güc, xalqımızın isə güvən mənbəyi, inam və etibar ünvanıdır.
Artıq ikinci ildir ki, 26 İyun - Silahlı Qüvvələr Gününü Zəfər əhvalında - Qələbə ovqatında qeyd edirik. Çünki 44 günlük Vətən müharibəsində əzəmətli Zəfər yürüşü edərək möhtəşəm qələbə qazanan şanlı Azərbaycan Ordusu tarix yazıb, adını tarixə əbədi həkk etdirib.
Heç şübhəsiz, bu tarixi nailiyyət təsadüfən, yaxud əldə edilməyib. Qələbə zirvəsinin fəthini mümkün edən əsas amillərdən biri uğurlu ordu quruculuğudur. Müstəqillik tariximizdə nizami ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Lakin xüsusi qeyd edilməlidir ki, Heydər Əliyev hələ SSRİ dövründə respublikamıza rəhbərlik edərkən peşəkar hərbi kadrların yetişdirilməsini diqqətdə saxlayır, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılırdı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olan Ulu Öndərimiz gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də müvəffəq olmuşdu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Naxçıvan əməliyyatında 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, nümunəvi qəhrəmanlıq, rəşadət və cəsarət göstəriblər.
Prezident İlham Əliyevin bu sahəni xüsusi diqqətdə saxlaması - silahlı qüvvələrin inkişafı ilə əlaqədar müasir çağırışlara uyğun tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan regionda ən güclü orduya malik dövlətə çevrilib. Və Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Ordumuz döyüş meydanında öz sözünü deyib - gücünü düşmənə və bütün dünyaya göstərib. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Naxçıvan əməliyyatı hərb tariximizin parlaq səhifələrindəndir. Aprel qələbəsindən 4, Günnüt zəfərindən isə 2 il sonra - 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbə vuraraq 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etməsi isə hərbi-siyasi və dövlətçilik tariximizin bənzərsiz nailiyyətidir.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Əsas məqamlardan biri odur ki, müharibə xalqın dəstəyini arxasına alaraq haqq mübarizəsi aparan - ədalət mücadiləsi verən Liderin siyasi portretinin cizgilərini aydın nümayiş etdirdi. Dünya ictimaiyyəti müharibə vəziyyətində xalqın və dövlətin liderinin hansı keyfiyyətlərin daşıyıcısı olmasının həlledici və zəruri olduğunu gördü. İlham Əliyev nümunəsi, sözün əsl mənasında, Liderlik obrazı idi. Azəbaycan Prezidentinin güclü strateq - cəsur və məğlubedilməz sərkərdə olduğu bir daha təsdiqləndi. İlham Əliyevin Ali Baş Komandan - cəsur və məğrur Sərkərdə kimi xalqın arasında, şəhid ailələrinin və qazilərin yanında olması da Azərbaycan əsgərinin, zabitinin döyüş ruhunu artırdı, onlara əlavə güc və inam bəxş etdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.
Xalqımız - dünya azərbaycanlıları haqlı olaraq, Müzəffər Ali Baş Komandanımızın təbiri ilə desək, öz əsgəri, zabiti və qalib Ordusu ilə fəxr edir. Ümummilli Liderimizin qeyd etdiyi kimi, Azərbaycan Ordusu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

