Həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bəyan edib
06.12.2010 [10:12]
Gözlənildiyi kimi, Qazaxıstanın paytaxtı Astanada keçirilən ATƏT-in VII Sammiti çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olan məsələlərdən biri olub. Belə ki, Sammitin ilk günündə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri - Rusiya Prezidenti Dmitri Medvedev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ-ın dövlət katibi Hillari Klinton, eləcə də, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan təşkilatın Astanada keçirilən Sammiti çərçivəsində birgə bəyanatla çıxış ediblər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha ciddi səy göstərməyin vacibliyi qeyd olunur.
Sözügedən bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısı ilə birgə 2008-ci il 2 noyabr tarixində Moskvada və oktyabrın 27-si 2010-cu il tarixində Həştərxanda qəbul etdikləri bəyanata riayət edilməsinin əhəmiyyəti vurğulanır. Konfliktin sülh yolu ilə nizamlanmasının bölgəyə stabillik və təhlükəsizlik gətirəcək, region xalqlarının barışmasını təmin edəcək yeganə üsul olduğu da sənəddə öz əksini tapıb. Sözügedən bəyanatda, həmçinin, münaqişə tərəflərinin problemin həllində beynəlxalq normaları əldə rəhbər tutduğu qeyd olunub: “Azərbaycan və Ermənistan prezidentləri bir daha Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki yekun aktı, prezidentlər Medvedev, Sarkozi və Obamanın 2009-cu il iyulun 10-da Akvill bəyannaməsi və 2010-cu il 26 iyun tarixində imzalanan Muskoka bəyannaməsi əsasında birdəfəlik nizamlanmasına nail olmaq barədə öhdəliklərini təsdiqləyiblər”.
Sammitdə qəbul olunan bəyanatda Azərbaycan və Ermənistanla yanaşı, Minsk üçlüsü olan Rusiya, ABŞ və Fransanın üzərinə düşən öhdəliklər də öz əksini tapıb. Belə ki, Minsk qrupuna həmsədrlik edən ölkələr Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə nizamlanmasında dəstək verəcəklərini bəyan ediblər. Qeyd olunub ki, tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi, bütün sahələrdə etimad mühitinin gücləndirilməsi üçün tədbirlər görməyə çağırılıb, həmsədrlərə isə danışıqlar üçün ən yaxşı atmosfer formalaşdırmağa kömək etmək üçün münaqişə tərəfləri ilə işi davam etdirmək tapşırılıb.
Beləliklə, budəfəki Sammit və Sammitdə səsləndirilən bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyini bir daha təsdiqlədi. Eyni zamanda, qeyd etdiyimiz kimi, bəyanatda münaqişənin Moskva və Həştərxan, eləcə də, Akvill və Muskoka bəyannamələri əsasında həllinin vacibliyi qeyd olunur. Məlum olduğu kimi, adıçəkilən sənədlərdə münaqişənin beynəlxalq hüquq normaları, dövlətlərin ərazi bütövlüyü prinsipi və Madrid təklifləri əsasında həlli imkanları öz əksini tapıb. Bu isə Azərbaycanın problemin həlli ilə bağlı tutduğu mövqeyə uyğundur. Məlum olduğu kimi, Azərbaycan tərəfi münaqişənin ölkənin ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin öz torpaqlarına qayıtması prinsipləri başda olmaqla sülh yolu ilə həllinə tərəfdardır. Digər tərəfdən, bəyanatda qeyd olunan BMT Nizamnaməsi və Helsinki yekun aktında nəzərdə tutulan prinsiplər də ölkəmizin Dağlıq Qarabağa Azərbaycan sərhədləri daxilində özünüidarə hüququnun verilməsi ilə bağlı təklifinə müvafiqdir.
Lakin o da məlumdur ki, bütün səylərə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarının işğalından əl çəkmək fikrində deyil. Bu səbəbdən, Astana bəyanatı işğalçı ölkədə narahatlıqla qarşılanıb. Belə ki, müxalifətçi Erməni Milli Konqresinin təmsilçisi Vladimir Karapetyan bildirib ki, Sarkisyan Astanada qəbul edilmiş bəyanatı imzalamaqla Ermənistanın zəifləməsi istiqamətində daha bir addım atıb. O bildirib ki, bu sənəd Minsk qrupuna həmsədrlik edən ölkə başçılarının 2010-cu il iyunun 26-da Muskokada qəbul etdiyi bəyanata əsaslanır. Həmin sənəddə isə Dağlıq Qarabağ ətrafındakı rayonlar işğal edilmiş ərazilər kimi göstərilib. Karapetyan bunu qəbuledilməz adlandırıb: “Bu, bizimçün qəbuledilməzdir. Sarkisyan bu bəyanatı imzalayıb, bununla da, Muskoka sənədini ratifikasiya edib. Orada torpaqların Azərbaycana qaytarılmasına dair konkret bənd var”.
Erməni siyasətçinin narahatlığı başadüşüləndir, çünki adıçəkilən bəyannamələr işğalın dayandırılmasını tələb edir. Astanada qəbul olunan bəyanatı isə rəsmi Yerevana konstruktiv addım atması üçün növbəti çağırış kimi dəyərləndirmək olar.
Danışıqlar prosesində mühüm məqamlardan biri də Minsk qrupunun fəaliyyəti ilə bağlıdır. Ekspertlərin fikrincə, Astana Sammiti həmsədrlərin fəaliyyətini bundan sonra daha səmərəli qurması üçün stimul ola bilər. Doğrudur, danışıqların aparıldığı 20 ilə yaxın müddət ərzində həmsədrlər bir sıra təkliflər irəli sürüb, Azərbaycan və Ermənistan rəhbərləri arasında dəfələrlə görüşlərin keçirilməsinə nail olublar. Lakin problemin həlli istiqamətində hələlik konkret irəliləyiş əldə olunmayıb. Ona görə də, ümid etmək olar ki, ATƏT-in Astanada keçirilən Sammiti və Sammit çərçivəsində qəbul olunan bəyanat həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə fəaliyyətini gücləndirməsinə, problemin sülh yolu ilə nizamlanması üçün səylərin artırılmasına kömək edəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52

