2010-cu ildə Azərbaycanın hərbi sənaye potensialı güclənib
12.01.2011 [09:51]
Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı həyata keçirilən davamlı layihələr 2010-cu ildə daha geniş vüsət alıb və bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. 2010-cu ildə müdafiə sənayesinə böyük həcmdə maliyyə vəsaitləri yönəldilib və bu tendensiya respublikamızın hərbi-sənaye sektorunda yeni məhsulların istehsalına əlverişli imkan yaradıb. ötən il Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsulların çeşidi artıb və müdafiə sənayesinə aid müəssisələrdə ən son texnologiyalara əsaslanan avadanlıqlar quraşdırılıb. Bu isə həmin müəssisələrin istehsal imkanlarının artmasına səbəb olmaqla yanaşı, ən modern hərbi məhsulların istehsal olunmasına imkan verib.
Respublikamızın 2010-cu ildə istehsal etdiyi hərbi təyinatlı məhsulların çeşidi kifayət qədər geniş olub. Yola saldığımız il ərzində Azərbaycan iriçaplı snayper tüfəngləri, müxtəlif təyinatlı tapançalar, iriçaplı güllələr, minaatanlar, qumbaraatanlar, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsulları, piyadalar əleyhinə minalar, zirehli texnikalar və onların hissələri, radioelektron məmulatlar, elektron çap lövhələri, artilleriya minaları, optik cihazlar və digər texnikalar istehsal edib. Respublikamızın istehsal etdiyi bir sıra hərbi məhsullar bütün texniki parametrlərinə görə, dünya dövlətlərinin analoji texnikalarından üstünlüyü ilə fərqlənir. Məsələn, “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsullar hərbi-texniki və keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silahlardan hesab olunur. “İqlim”də istehsal olunan “Boran” artilleriya qurğusu, iriçaplı yarımavtomat “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar və digər məhsulların da dünyada analoqu yoxdur. Həmin texnikalar ən çətin coğrafi-fiziki şəraitlərdə döyüş tapşırığının yerinə yetirilməsinə və qarşıya qoyulan tələblərə yüksək səviyyədə nail olmağa imkan verir. Xüsusilə də, “İnam”, “Qürur” tapançaları və “İstiqlal” snayper tüfəngi hava temperaturunun ən aşağı olduğu şəraitlərdə belə atəş dəqiqliyinə görə böyük üstünlüyə malikdir. 3 km məsafədə hədəfi dəqiqliklə vurmağa imkan verən bu unikal silah bəzi dövlətlərin analoji silahını geridə qoyur. 20 kq çəkisi olan “İstiqlal” snayperi, hətta -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir və yağmur, palçıq, qar, toz təsirinə qarşı davamlılığı ilə fərqlənir. ölkəmizə məxsus motodor və morodor tipli zirehli texnikanın ilk nümunələri də hərbi parametrlərinə görə xüsusi üstünlüyə malikdir. Eləcə də, digər müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkələrin istehsal məhsulları ilə rəqabət aparmaq imkanlarına malikdir.
2010-cu ildə Azərbaycan hərbi məhsulların nümayiş edildiyi beynəlxalq sərgilərdə də yüksək səviyyədə təmsil olunub. Respublikamız ötən il Yaxın Şərqin ən böyük hərbi sərgilərindən olan və Əmmanda səkkizinci dəfə təşkil olunan SOFEX-2010 beynəlxalq sərgisində iştirak edib. İordaniya hökumətinin təşəbbüsü ilə keçirilən bu tədbirdə respublikamızın yüksək səviyyədə təmsil olunması üçün hər cür şərait yaradılıb. SOFEX sərgisində respublikamıza məxsus ən son nəsil texnologiyalarla hazırlanmış hərbi məhsullardan “İstiqlal” tipli 14,5 və 12,7 mm çaplı snayper tüfəngləri, müxtəlif təyinatlı tapançalar, iriçaplı güllələr, minaatanlar, qumbaraatanlar, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsullar, “Paramount Group” şirkəti ilə birgə istehsal edilən zirehli texnikalar, radioelektron məmulatları, elektron çap lövhələri və digər texnikalar nümayiş etdirilib. Bundan başqa, respublikamız indiyədək dünya ölkələrinə təqdim olunmayan “İqlim” və “Dalğa” elm-istehsalat müəssisələrində hazırlanmış ən modern və analoqu olmayan hərbi təyinatlı məhsullarını sərgiyə çıxarıb.
Eyni zamanda, ötən ilin oktyabr ayında Cənubi Afrika Respublikasında keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində respublikamıza məxsus ən son hərbi təyinatlı məhsullar nümayiş etdirilib. Keyptaun şəhərində keçirilən “AAD-Afrika Aerospace Defence-2010” sərgisində Cənubi Qafqaz ölkələri içərisində yeganə olaraq Azərbaycan iştirak edib. Azərbaycanın sərgidə təqdim etdiyi məhsullar sırasına yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə olunan müxtəlif laylı çap lövhələri üstünlük təşkil edib. Azərbaycanla Cənubi Afrika Respublikasının birgə istehsalı olan “Matador” və “Marauder” tipli zirehli maşınlar da sərgidə nümayiş etdirilib.
Azərbaycanın beynəlxalq müdafiə sənayesi sərgilərində iştirakının intensivləşməsi respublikamızın hərbi sənaye sahəsində ən inkişaf etmiş dövlətlərlə sıx əməkdaşlığının artmasına səbəb olub. Eyni zamanda, Azərbaycan xarici dövlətlərə hərbi təyinatlı məhsulların ixracına başlayıb. Son bir ildə Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirmək və ölkəmizə məxsus silah-sursatları, texnikaları əldə etmək istəyən ölkələrin sayı artıb. Azərbaycanın istehsal etdiyi “Zəfər”, “Zəfər-K”, “İnam”, “Qürur” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları, “Boran” artilleriya qurğusu, “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar, motodor və morodor tipli zirehli texnikalar xarici dövlətlərin ən çox üstünlük verdiyi hərbi məhsullar hesab olunur. Amerika ötən il Azərbaycandan minaatanlar, PKM pulemyotları, iri çaplı patronlar, minaatanlar üçün döyüş sursatları, qumbaraatanlar üçün sursatlar almaq üçün sifarişlər verib.
Azərbaycan 2011-ci ildə yeni hərbi təyinatlı məhsullar istehsal etməyi nəzərdə tutur. Artıq bu ildən ölkəmizdə T-55 tanklarının şassisi üzərində yeni zirehli döyüş maşınlarının yaradılması layihəsinə başlanacaq. Hazırda ölkəmiz Pakistan, çexiya, Türkiyə, Cənubi Koreya, Belarus, Ukrayna, İordaniya, CAR, Polşa və digər dövlətlərlə müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq etməkdədir. Həmin ölkələrlə birgə optik cihaz və naviqasiya sistemlərinin, vertolyotların, zirehli tank və aviasiya texnikasının, artilleriya sistemlərinin, radiolokasiya stansiyalarının və zenit-raket komplekslərinin, kiçik döyüş gəmilərinin istehsalı planlaşdırılır. Bütün bu faktorlar hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycanın bir neçə ildən sonra regionda və xarici bazarlarda hərbi təyinatlı məhsullar ixracatçısı kimi tanınmasına səbəb olacaq. Respublikamızın hərbi-müdafiə qabiliyyətinin artması və Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsi isə Ermənistanın işğal etdiyi torpaqların hərbi yolla azad olunmasına imkan verir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

