Azərbaycanla Latviya arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın böyük perspektivləri var
18.01.2011 [09:46]
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib.
Dünən Latviya Prezidentinin iqamətgahında - “Riqa” qəsrində Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Valdis Zatlersə təqdim olunub.
Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.
Sonra hədiyyələr təqdim edilib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Valdis Zatlersin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Azərbaycan Prezidenti İlham Əliyevi Latviyada görməkdən məmnun olduğunu bildirən Prezident Valdis Zatlers özünün Azərbaycana rəsmi səfərinin uğurlu olduğunu xatırladıb. Azərbaycanın dövlət başçısının indiki səfərindən sonra Bakı ilə Riqa arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.
Latviya kimi gözəl ölkəyə səfər etməsindən məmnunluğunu ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, bu səfər ikitərəfli münasibətlərin müzakirəsi, qarşılıqlı surətdə faydalı dialoq və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı bir imkandır.
Prezident İlham Əliyev bildirib ki, keçiriləcək Latviya-Azərbaycan biznes forumunun nəticələri uğurlu olacaq və ölkələrimiz arasında əməkdaşlığın inkişafına fayda verəcək.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, ölkələrimiz arasında iqtisadi, enerji, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar, təhsil sahələrində əlaqələr müzakirə edilib, ikitərəfli münasibətlərin Avropa İttifaqı çərçivəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb və bu əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi olub.
Dövlət başçıları İlham Əliyev və Valdis Zatlers “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi”ni imzalayıblar.
“Azərbaycan Respublikasının Hökuməti ilə Latviya Respublikasının Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Latviyanın daxili işlər naziri xanım Linda Murniese imzalayıblar.
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və informasiya mübadiləsi haqqında saziş”i Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Latviyanın Gəlirlər üzrə Dövlət Agentliyinin baş direktoru xanım Nelija Jezdakova imzalayıblar.
Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olub.
Dövlət başçıları əvvəlcə birgə bəyanatla çıxış ediblər.
Latviya Prezidenti Valdis Zatlers Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində salamlamaqdan böyük şərəf duyduğunu, gələcəkdə iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənəcəyini bildirib. “Bizim ikitərəfli əlaqələrimiz çox müsbətdir və son illərdə dünyada iqtisadi geriləmə müşayiət olunduğu bir dövrdə bizim ölkələr arasında iqtisadi əməkdaşlıq 10 faiz artıb”, - deyən Latviyanın dövlət başçısı biznes forumların ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu vurğulayıb.
Latviya-Azərbaycan işçi şurasının yaradılacağını bildirən Valdis Zatlers deyib ki, ikitərəfli münasibətlər Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından da mühümdür.
Azərbaycan Prezidenti İlham Əliyev də imzalanan sənədlərin, xüsusilə də, dövlət başçılarının imzaladığı Birgə bəyannamənin əhəmiyyətinə toxunub. ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın böyük perspektivlərinin olduğunu bildirib.
ölkələrimizin dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev Riqada keçiriləcək Latviya-Azərbaycan biznes forumunun böyük əhəmiyyətə malik olacağını bildirərək, bu forumda Azərbaycan tərəfdən 50-dən çox iş adamının iştirak edəcəyini söyləyib. “Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq edir və ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır”, - deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar barədə də məlumat verib. O bildirib ki, münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Prezident İlham Əliyev Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının icrasına Azərbaycanın böyük ümidlərlə baxdığını bildirib.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab veriblər.
Dövlət başçıları abidənin önünə gül qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər. Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.
Latviya Prezidenti Valdis Zatlers Azərbaycanın dövlət başçısına məlumat verib ki, latış xalqının azadlıq rəmzi olan bu abidə 1935-ci il noyabrın 18-də ucaldılıb. Latviya 1918-ci ildə məhz noyabrın 18-də müstəqil respublika elan edilmişdi. 1940-cı ildə Latviya Sovet İttifaqına birləşdirildikdən sonra bu abidənin önünə gül-çiçək qoymaq, əslində, qadağan olunmuşdu. Buna baxmayaraq, latış xalqı milli azadlıq hərəkatlarının, tarixi hadisələrin ildönümünü, repressiya qurbanlarının xatirəsini burada yad edirdi. Keçən əsrin sonunda xalqın yenidən müstəqillik uğrunda mübarizəsi də məhz buradan başlanmışdı.
Azərbaycan Prezidenti İlham Əliyev Riqanın qocaman sakini ilə söhbət edib, xatirə şəkli çəkdirib.
Dövlətimizin başçısına abidənin yerləşdiyi meydanın ətrafında aparılmış abadlıq işləri barədə də məlumat verilib.
Latviya parlamentinin rəhbəri dövlətimizin başçısına qanunvericilik orqanının binası, strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra keçirilən görüşdə Latviya Seyminin sədri bildirib ki, onun ölkəsi Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verir.
Seymdə Azərbaycan ilə dostluq qrupunun fəaliyyət göstərdiyini xatırladan sədr Solvita Aboltina Latviyanın Azərbaycan ilə parlamentlərarası əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. Gələcəkdə bu əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin inkişafının ölkələrimiz arasında ikitərəfli münasibətlərimizə böyük töhfə verdiyini vurğulayıb.
Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin, o cümlədən, parlamentlərarası əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə edib.
* * *
Dünən Riqada Azərbaycan-Latviya biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers biznes forumda iştirak ediblər. Forum iştirakçıları Azərbaycanın və Latviyanın dövlət başçılarını hərarətlə qarşılayıblar. Biznes forumda hər iki ölkədən 200 iş adamı iştirak etmişdir. Forumun əsas məqsədi sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır. Prezidentlər biznes forumda çıxış ediblər.
Latviya dövlətinin başçısı bildirib ki, bundan əvvəl keçirilmiş biznes forumlar zamanı ölkələrimiz arasında səmərəli əlaqələr qurulub. Bunun nəticəsində müxtəlif layihələr həyata keçirilib. Bu qarşılıqlı faydalı işbirliyinin səmərəli siyasi əməkdaşlıqdan qaynaqlandığını vurğulayan Valdis Zatlers qeyd edib ki, bunun üçün müvafiq qanunvericilik bazası da hazırlanıb.
Prezident İlham Əliyevin Latviyaya səfərinin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin təzahürü olduğunu vurğulayan Valdis Zatlers deyib ki, bu səfər çərçivəsində dövlət başçılarının imzaladığı bəyannamə əsasında əməkdaşlığımız daha da inkişaf edəcək. ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə İKT sahəsində inkişaf etdiyini bildirən Latviya Prezidenti mədəni mübadilənin də genişləndiyini deyib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış edib. Dövlətimizin başçısı tədbirin əhəmiyyətini vurğulayaraq artıq Latviya-Azərbaycan biznes forumlarının ənənəvi xarakter daşıdığını deyib. ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bugünkü siyasi əlaqələr və Azərbaycan ilə Latviya arasında olan əməkdaşlıq meyilləri biznes sahəsində inkişafa da gözəl şərait yaradır. Riqada hər iki ölkə prezidentlərinin imzaladığı bəyannamənin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sənədin gələcək əməkdaşlığın perspektivlərini müəyyən etdiyini deyib. Azərbaycanın iqtisadi inkişafı barədə danışan Prezident İlham Əliyev son 7 ildə ölkəmizdə üDM-in təxminən 3 dəfə artdığını, yoxsulluğun 4-5 dəfə azaldığını, 900 mindən artıq iş yerinin açıldığını, təkcə ötən il 15,5 milyard dollar məbləğində investisiya qoyulduğunu bildirib. Azərbaycanda çox əlverişli investisiya mühitinin olduğunu deyən dövlətimizin başçısı bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün səylər göstərildiyini bildirib.
Azərbaycanda geniş modernləşdirmə prosesinin getdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizin də xaricdə investisiyalar qoyduğunu deyib.
Bu günlərdə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri zamanı Avropa İttifaqı ilə ölkəmiz arasında energetika sahəsinə dair mühüm sənədin imzalandığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Latviya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə öz töhfəsini verir.
Xəzər dənizi hövzəsi ölkələrinin Baltikyanı dövlətlərlə ənənəvi əlaqələrinin inkişafında nəqliyyat layihələrinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini xüsusi qeyd edib.
Dövlətimizin başçısı biznes forumun gələcəkdə uğurlu nəticələr verəcəyinə əmin olduğunu deyib.
Tədbirdə Azərbaycan ilə Latviya arasında biznes və investisiyalar sahəsində əməkdaşlığa dair birgə sənədlər imzalanıb.
Biznes forumda Azərbaycanın və Latviyanın iqtisadi inkişafı, investisiya imkanları və əməkdaşlıq potensialı barədə ətraflı məlumat verilib, müxtəlif layihələrin təqdimatları keçirilib.
Azərbaycan və Latviya prezidentləri tədbir çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olublar, hər iki ölkədə istehsal edilən müxtəlif növ məhsulların nümunələrinə baxıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

