Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

19.01.2011 [09:14]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet özel yeni vəzifəyə təyin olunduqdan sonra ilk xarici səfərini dost və qardaş Azərbaycana etdiyini vurğulayaraq Azərbaycanı ikinci vətən saydıqlarını deyib. O, Türkiyədə gənc nəslin də bu ruhda yetişməsinə çalışdıqlarını bildirib. Necdet özel səfər zamanı əməkdaşlığımızın inkişafına dair çox yaxşı müzakirələr apardıqlarını da qeyd edib. Dövlətimizin başçısı Türkiyənin yüksək rütbəli rəsmilərinin ilk xarici səfərlərini Azərbaycana etməsinin artıq yaxşı bir ənənə halını aldığını deyib. ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin insanlar arasında da özünü büruzə verməsindən məmnun olduğunu deyən Prezident İlham Əliyev hər iki ölkə rəsmilərinin sıx əlaqələrinin yaradılmasının vacibliyini bildirib. Necdet özelin Azərbaycana səfərinin ölkəmizi yaxından tanımaq üçün yaxşı imkan yaratdığını qeyd edən  dövlətimizin başçısı qonağın azərbaycanlı həmkarları ilə səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 917 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30