Sosialyönümlü layihələrin icrası 2010-cu ildə də uğurla davam etdirilib
26.01.2011 [10:20]
2010-cu ildə Azərbaycanda bütün sosial proqramlar uğurla icra edilib. İqtisadi böhranın dünyanı ağuşuna aldığı bir dövrdə ölkəmiz heç bir sosial layihəni yarımçıq qoymayıb. Əksinə, iqtisadi cəhətdən güclənən Azərbaycanın inkişafı bu sahədə də özünü göstərib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cari ildə də ölkə iqtisadiyyatı və ümumiyyətlə, Azərbaycanın inkişafı üçün vacib olan sosial sahənin həmişə olduğu kimi, diqqət mərkəzində olacağını vurğulayıb: “Qeyd etdiyim kimi, minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırıldı. ünvanlı sosial yardım proqramı icra edilir, bu proqram çərçivəsində 550 min nəfər dövlətdən yardım alır və biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. çünki hələ də ehtiyac içində yaşayanlar var. Baxmayaraq ki, yoxsulluğun səviyyəsi aşağı düşür, ancaq biz elə etməliyik ki, çətinlik çəkənlər üçün də dövlət öz qayğısını əsirgəməsin”.
Minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırıldı
Məlum olduğu kimi, pensiyaların sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq hər il Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamla indeksləşdirilir. Belə ki, 2009-cu ildə dövlətin həyata keçirdiyi uğurlu antiböhran tədbirləri nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin edilib, bununla belə 1,5 faiz həcmində istehlak qiymətlərinin indeksi müşayiət olunub. Həmin göstəricinin pensiyalara təsirini aradan qaldırmaq məqsədilə ötən ilin fevralında pensiya məbləğinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün Prezident İlham Əliyev “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2009-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2010-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılıb.
ötən ilin sentyabrın 1-dən isə Prezident İlham Əliyevin Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 85 manat müəyyən edilib.
Pensiyanın baza hissəsini 100 faiz alanların pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olub. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar üzrə artım 12 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə isə 20 manat təşkil edib.
Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 170 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 157 manat 25 qəpiyə çatdırılıb. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artıb. Böyük Vətən müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 11 manat artırılıb. Böyük Vətən müharibəsi iştirakçısı olan I qrup müharibə əlillərinin pensiyasına 25 manat 50 qəpik, II qrup əlillərin pensiyasına 21 manat, III qrup əlillərin pensiyasına isə 19 manat əlavə edilib.
Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yeri tutur. Nümunə üçün bildirək ki, Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 ABŞ dolları, Rusiyada 90,2 dollar, Belarusda 82,1 dollar, Ukraynada 89,8 dollar, Ermənistanda 21, 6 dollar təşkil edir.
Onu da vuğulamaq yerinə düşər ki, əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxarıb. Belə ki, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 112 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olub. Bu qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu və əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi. Artıq bütün bu çatışmazlıqlar tam aradan qaldırılıb. Sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının (2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat) hesablanmasına keçilib.
550 min nəfər dövlətdən yardım alır
Azərbaycanda 122 min 781 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnib. Həmin ailələrin hər birinə ayda orta hesabla 108,54 manat ünvanlı yardım ödənilib. Hər ailə üzvünə təxminən 24,12 manat ünvanlı dövlət sosial yardım düşüb. Yardım alan 48 min 675 ailə tərkibində 3 və daha çox uşaq olanlardır və bu rəqəm ümumilikdə yardım alanların 39,6 faizini təşkil edir.
Bununla yanaşı, əlil və şəhid ailələri üçün Gəncə, Lənkəran və Quba şəhərlərində, Cəlilabad, Gədəbəy, Lerik və Neftçala rayonlarında, həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda yaşayış binalarının inşası tam başa çatdırılıb. İsmayıllı rayonunda, Bakı şəhərinin Yasamal, Xəzər və Sabunçu rayonlarında, həmçinin, Gəncədə də yeni mənzillər, fərdi yaşayış evləri yaşayış üçün tam hazırdır.
Xatırladaq ki, indiyədək 3 500-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Əlillərin minik avtomobilləri ilə təminatı üçün 240 ədəd minik avtomobili bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək 2 900-dən artıq əlil dövlət hesabına minik avtomobilinə sahib olub.
40-dan çox səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilib
ölkəmizdə sosial infrastrukturun yaradılması istiqamətində də ötən il ərzində böyük işlər görülüb.
2010-cu ildə Səhiyyə Nazirliyi tərəfindən 45 iri səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Nazirliyin yeni inzibati binası, Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikası, M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Ə. Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası, M. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Psixiatriya xəstəxanasının 3 korpusu, Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsi, habelə, Balakən Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib. İstifadəyə tam hazır olan, yalnız açılışı ləngiyən səhiyyə ocaqları isə qısa müddət ərzində qapılarını hər kəsin üzünə açacaq. Dövlət İnvestisiya Proqramı çərçivəsində əsaslı təmir edilən həmin səhiyyə ocaqlarının əksəriyyətinin açılışı məhz Prezident İlham Əliyevin iştirakı ilə reallaşıb.
ötən il Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin və uşaq bağçalarının təmiri və yenidən qurulması işləri üçün 20,65 milyon manat vəsait ayırıb. Dövlət İnvestisiya Proqramı çərçivəsində Nazirlik tərəfindən 27 yeni məktəb tikilib. 1 məktəbdə 840 şagird yerlik əlavə korpus tikilərək istifadəyə verilib, 7 tədris müəssisəsində bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb. Qeyd edək ki, şagirdlərin ixtiyarına verilən 4428 yerlik 8 məktəb Naxçıvandadır.
2010-cu ildə 388 obyekt, o cümlədən, 356 məktəb və 32 uşaq bağçası təmir edilib. 2011-ci ildə 24 yeni tədris ocağının və 1 məktəbdə 560 şagird yerlik korpusun tikintisi davam etdiriləcək.
Dövlətin təhsilə göstərdiyi qayğı nəticəsində məktəblərin problemlərinin həllinə başqa qurumlar da biganə qalmır. Bu ənənənin əsasını isə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ilə Heydər Əliyev Fondu qoyub. Odur ki, ötən il tikilən, təmir olunan məktəblərdə Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin, “Azərenerji”nin və başqa qurumların da payı olub. Məsələn, FHN 1568 şagird yeri olan 9 məktəbin tikintisini maliyyələşdirib. ARDNŞ və “Azərenerji” hər biri bir məktəb tikərək şagirdlərin istifadəsinə verib.
Prezident İlham Əliyev qarşıdakı ilin prioritetlərindən danışarkən bu 2011-ci ildə də sosial infrastruktur layihələrin Dövlətin İnvestisiya Proqramından kənarda qalmayacağını bildirib: “Bir sözlə, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkənin inkişafı üçün vacib olan sosial sahə həmişə olduğu kimi, diqqət mərkəzindədir. Bu, 2011-ci ildə də belə olmalıdır və şübhəsiz, investisiya proqramında, sosialyönümlü layihələr nəzərdə tutulacaqdır”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

