Azərbaycan dövləti aztəminatlı ailələrə yüksək səviyyədə qayğı göstərir
03.02.2011 [09:58]
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. Aztəminatlı əhali qruplarına dövlət qayğısının daha da artırılması məqsədilə həyata keçirilən tədbirlər ölkəmizin davamlı inkişafına uygun olaraq, ötən il də uğurla davam etdirilib.
Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə 552 514 nəfər ailə üzvünü əhatə edən 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 108,54 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24,12 manat təşkil edir. ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6 faizini təşkil edir. ünvanlı sosial yardım təyin olunan ailələrdən 95,8 faizi vəsaiti plastik kart vasitəsi ilə alır.
2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397 388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Dövlət başçısının “Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanına əsasən, ölkəmizdə 340 405 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği ötən ilin sentyabrından orta hesabla 12 faiz artırılıb. ümumiyyətlə, görülən tədbirlər nəticəsində sosial müavinətlərin orta aylıq məbləği 2006-cı illə müqayisədə 2,2 dəfə artırılaraq 46,2 manata çatdırılıb.
ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda fiziki sağlamlığını itirən vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir neçə ildir ki, həyata keçirilən tədbirlərə də ara verilməyib. Əksinə, mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan əlil və şəhid ailələrinin müasir tələblərə cavab verən yeni mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar dövlət başçısının tapşırığına uyğun olaraq, 2010-cu ildə mənzil tikintisi yüksək templə davam etdirilib. Nəticədə, belə ailələr üçün 2008-ci ildə 396 mənzil, 2009-cu ildə bundan təxminən iki dəfə artıq - 707 mənzil inşa etdirilmişdisə, ötən ilin tikinti planı üzrə mənzillərin sayı 715-ə çatdırılıb. Nəticədə də, bu vaxtadək dövlət hesabına mənzillə təmin olunan əlil və şəhid ailələrinin sayı 3600-ü ötüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildiriblər ki, artıq yeni tikilən binaların hündürmərtəbəli olmasına üstünlük verilir. Belə ki, ötən il paytaxtın Qaradağ, Xəzər, Yasamal və Sabunçu rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli yaşayış binaları istifadəyə verilib. Sumqayıt şəhərində əlil və şəhid ailələri üçün ilk dəfə olaraq 12 mərtəbəli binanın inşasına başlanılıb.
Əlillərin minik avtomobilləri ilə təminatı işləri də davam etdirilib. ötən il 352 ədəd avtomobil yeni sahiblərinə təqdim olunub. Qeyd edək ki, 1998-ci ildən 2010-cu ilin sonuna kimi ölkəmizə əlillər üçün 2940 ədəd “OKA” və “Slavuta” markalı avtomaşınlar alınıb gətirilib və növbədə olan müharibə əlillərinə təqdim olunub.
Göründüyü kimi enerji sektorunda görülən işlər nəticəsində dövlət xəzinəsinə daxil olan vəsaitlərin artması vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olur. Yeri gəlmişkən, yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı Prezdent İlham Əliyev bu məsələyə də toxunaraq deyib: “Azərbaycanda enerji sektorunda görülən işlər nəticəsində ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur”.
Rəqəmlərə görə, ötən il ərzində əlillərin tam reabilitasiyası da 5,7 faizə yüksəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, bu nəticəyə nəzarətin gücləndirilməsi sayəsində nail olublar. Bundan sonra isə tibbi-sosial ekspert komissiyaları yeni strukturla fəaliyyətini davam etdirəcək, reabilitasiya göstəricilərinin yüksəldilməsi istiqamətində səylərini daha da artıracaqlar. Əlillərin problemlərinə kompleks şəkildə yanaşmanı təmin etmək məqsədilə, respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının yaradılması işləri uğurla davam etdirilir. Bu məqsədlə hazırlanmış sorğu anketi xüsusi proqram təminatı əsasında şəbəkəyə qoşulub. İndiyədək bazada 101 000 nəfərə yaxın əlil haqqında məlumat toplanıb.
ötən il Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən əvvəlki illə müqayisədə 3,6 faiz çox, yəni 29 399 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub, 3921 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. O cümlədən, Naxçıvan MR daxil olmaqla, respublikanın 68 şəhər və rayonlarında 58 Əmək Yarmarkaları təşkil olunub. Bu yarmarkalarda 7500 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub.
ötən il Dövlət Əmək Müfəttişliyi tərəfindən iş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi işləri davam etdirilib, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, 3201 müəssisədə həyata keçirilən dövlət nəzarəti nəticəsində 9511 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar olunub. Bu müddətdə işəgötürənlərə yol verdikləri hüquq pozuntularına görə ümumilikdə 827 200 manat məbləğində cərimə tətbiq olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsi tərəfindən verilən fərdi icazə əsasında respublikada 2010-cu ildə 88 ölkənin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olub. ötən il 5900 əcnəbiyə fərdi icazə verilib və əvvəlki illər ərzində verilmiş 2808 fərdi icazənin müddəti uzadılıb. 2010-cu ildə Azərbaycanda fərdi icazə əsasında 1007 müəssisədə 8708 əcnəbi işləyib ki, bu da 2009-cu ilin müvafiq dövründəkindən (5784) 1.5 dəfə çoxdur.
Hazırda Azərbaycan hökumətinin həyata keçirdiyi sosial islahatlara və siyasətə dəstək vermək məqsədilə Dünya Bankı və ƏƏSMN tərəfindən yeni “Sosial Müdafiənin İnkişafı” layihəsi həyata keçirilir. Layihə sosial müdafiə və əmək bazarı institutlarının inkişaf etdirilməsi və potensialının artırılması məqsədinə xidmət edir. Layihə çərçivəsində əmək bazarı institutlarının gücləndirilməsi komponenti üzrə modul tipli təlim proqramlarının hazırlanması, ölkədə təkmilləşdirilmiş 200 peşə və 100 təlim standartının, həmçinin, 200 qiymətləndirmə standartının və peşə təsnifatının müasir tələblərə uyğunlaşdırılması məqsədilə təkliflər və Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi-institusional baza hazırlanır. Bununla yanaşı, “Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması” layihəsinin icrasına başlanılıb və 3 illik strateji fəaliyyət planı hazırlanıb.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

