Avrasiyanın polad kəməri...
08.02.2011 [10:05]
III Yazı
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun regionda ən nəhəng infrastruktur-kommunikasiya şəbəkəsinə çevrilməsi barədə qənaətlər tamamilə özünü doğruldub və hazırda layihənin miqyasının böyük bir coğrafiyanı əhatə etməsi iştirakçı dövlətlərlə yanaşı, bu martşrutun imkanlarından yararlanmaq istəyən ölkələrin mövqeyini də təsdiqləmiş olur. Qeyd etdiyimiz kimi, Azərbaycan, Gürcüstan və Türkiyə ilə bərabər, digər dövlətlər də öz nəqliyyat şəbəkələrini bu kommunikasiya bağlantısına birləşdirməklə, Avropa və Asiyaya ən asan, rentabelli və sərfəli kəmərin gücündən istifadə etməyi düşünür. Avropa və Asiya regionunun iqtisadi və siyasi mənzərəsinin dəyişməsinə gətirib çıxaran bu hadisə trans-nəqliyyat sistemlərinin qovşağını yaratmaqla bərabər, dəmiryolunun keçdiyi ərazilərdə yerləşən dövlətlərin Avropaya inteqrasiyasının dərinləşməsinə impuls verəcək.
BTQ-nin ən mühüm komponentlərindən biri isə dəmiryolu xəttinin Naxçıvana qədər uzadılması təşəbbüsünün reallaşmasıdır. Artıq qardaş Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qarsın genişləndirilərək bu nəqliyyat dəhlizinin davamı kimi, Qars-İğdır-Naxçıvan dəmiryolunun çəkilməsini planlaşdırır. Artıq bununla bağlı layihə işləri üzərində hazırlıqlar başa çatıb, dəmiryolu xəttinin texniki-iqtisadi əsaslandırmasına start veriləcək. Qeyd edək ki, ərazidə geoloji işləri aparacaq şirkətin seçilməsi məqsədilə tender də elan olunub. Naxçıvanla Türkiyəni birləşdirmək üçün 7 km uzunluğunda dəmiryolunun tikiləcəyi nəzərdə tutulur.
Muxtar Respublika ilə Azərbaycanın digər bölgələri arasında bağlantısını təmin edəcək yeni dəmiryolu xətti iqtisadi mahiyyət kəsb etməklə yanaşı, Azərbaycan və Türkiyənin bölgədə tranzit mövqeyinin daha da güclənməsinə səbəb olacaq. 2012-ci ilin sonlarına qədər istifadəyə verilməsi planlaşdırılan nəqliyyat dəhlizi regiona marağın artmasına, həmçinin bütün məsələlərdə birgə siyasi iradə nümayiş etdirən Türkiyə və Azərbaycanın geostrateji mövqeyinin möhkəmlənməsinə impuls verəcək. Bakı-Tbilisi-Qars trans-nəqliyyat şəbəkəsinin genişləndirilərək Qars-İğdır-Naxçıvan dəmiryolu xətti ilə birləşdirilməsi miqyas baxımından daha böyük ərazini əhatə etməsinə səbəb olacaq və Avropa və Asiya regionunun iqtisadi və geosiyasi mənzərəsinin dəyişməsinə gətirib çıxaracaq. Bu, eyni zamanda, dəhlizin keçdiyi ərazilərdə yerləşən dövlətlərin Avropaya inteqrasiyasının dərinləşməsinə impuls verəcək.
Bakı-Tbilisi-Qars-İğdır-Naxçıvan dəmiryolunun gerçəkləşməsi dünyada geniş əməkdaşlıq dəhlizinin möhkəmlənməsinə səbəb olmaqla yanaşı, iki müxtəlif sivilizasiyanın qovuşmasına da öz töhfəsini verəcək. Belə ki, çinin timsalında Şərq sivilizasiyası ilə Avropa, yəni Qərb sivilizasiyası arasında mövcud olan gərginlik aradan qalxmış olacaq. BTC bu sivilizasiyaların bir-birinə yaxınlaşmasında həlledici rol oynaya bilər. Qars-İğdır-Naxçıvan dəmiryolunun çəkilməsindən sonra Naxçıvanın dünya ölkələri ilə sıx inteqrasiyası baş verəcək, amma əvəzində Muxtar Respublikanı blokadada saxlayan Ermənistan Avropa və Asiyaya çıxışına yol aça biləcək daha bir layihədən kənarda qalmış olacaq. Ermənistanın regionda iri layihələrdə iştirak etməsi üçün dəfələrlə əlverişli zəmin yaransa da, bu ölkənin yürütdüyü siyasət onun həmin layihələrdən kənarda qalması ilə nəticələnməkdədir. İşğalçı ölkə Türkiyə və Azərbaycana qarşı iddialarından əl çəkərək münasibətləri normal səviyyədə qura bilərsə, hansısa bir mərhələdə regional layihələrin imkanlarından istifadə edə bilər.
İğdır-Naxçıvan dəmiryolu xəttinin çəkilməsi iqtisadi mahiyyəti ilə yanaşı, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Bu addım, Azərbaycan hökumətinin Naxçıvanı blokadadan çıxartmaq istiqamətində siyasətinin təntənəsi kimi də qiymətləndirilə bilər. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti Naxçıvanın iqtisadi blokadada qalmasına səbəb olub. Amma Muxtar Respublikanın zəngin iqtisadi resursları və əlverişli iqtisadiyyatı qonşu ölkələrin marağının artmasına səbəb olub və Naxçıvanla sıx əlaqələrin qurulması MR-in inkişafına yol açıb. Təbii ki, bu layihələrin sırasına daha birinin əlavə olunması Naxçıvanın yüksək inkişafı və xarici bazarlara çıxışı üçün əlavə stimullar verir.
İğdır-Naxçıvan dəmiryolu xəttinin çəkilməsi Naxçıvanın inkişafı üçün impuls vermiş olacaq və bölgədə iqtisadi-strateji əhəmiyyət daşıyacaq. Bu layihə Muxtar Respublikanın iqtisadi və siyasi təhlükəsizliyini möhkəmləndirəcək. Dəmiryolu xəttinin çəkilməsi, eyni zamanda, qardaş Türkiyə ilə Muxtar Respublika arasında təmasların dərinləşməsinə əhəmiyyətli baza yaratmış olacaq. ümumiyyətlə, qardaş Türkiyə həmişə Naxçıvanın inkişafında öz misilsiz xidmətləri ilə seçilib və bu bölgədə ən mühüm kommunikasiya və enerji layihələrinin də reallaşmasında yaxından iştirak etmək niyyətindədir. Qlobal miqyaslı bir layihənin Naxçıvanı əhatə etməsi və nəqliyyat xidmətləri infrastrukturların genişləndirilməsi respublikamızla qardaş ölkə arasında strateji yaxınlığın əyani təzahürü kimi dəyərləndirilə bilər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42

