Prezident İlham Əliyev Gəncə şəhərinə və Samux rayonuna səfər edib
11.02.2011 [10:33]
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlib. Dövlətimizin başçısı şəhərin Heydər Əliyev meydanında Ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlətimizin başçısına məlumat verilib ki, meydanda geniş abadlıq işləri aparılıb, fəvvarə quraşdırılıb, sakinlərin istirahəti üçün maksimum lazımi şərait yaradılıb. Burada Heydər Əliyev muzeyi də fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkı ilə tanış olub. Dövlətimizin başçısının tapşırığına əsasən ayrılmış vəsait hesabına görülmüş yenidənqurma işlərindən sonra parkın siması tamamilə dəyişib. Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan “Xan bağı”nda belə genişmiqyaslı işlər ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Prezident İlham Əliyev parkı gəzib, görülmüş işlərlə tanış olub. ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb. Dövlətimizin başçısı “Xan bağı”nda yüksək səviyyədə aparılmış əsaslı yenidənqurma işlərindən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkı ilə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev gəncəlilərə müraciətlə deyib ki, “Xan bağı” nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma bir yerdir.
Dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Gəncənin tarixi çox zəngindir, çox böyükdür: “Mən çox şadam ki, Gəncənin qədim tarixi qorunur. Bununla bərabər, şəhər müasirləşir, abadlaşır, gözəlləşir, yeni binalar tikilir və belə gözəl parklar yenidən qurulur. Gəncənin inkişafı üçün böyük işlər görülmüşdür, bundan sonra da Gəncə həmişə diqqət mərkəzində olacaqdır. Burada həm sənaye müəssisələrinin yaradılması, həm də sosial infrastrukturun yeniləşməsi məsələləri öz həllini tapmaqdadır. Gəncədə böyük sənaye müəssisələrinin yaradılması prosesi davam edir”.
Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov görüş iştirakçıları adından Prezident İlham Əliyevə minnətdarlıq edib.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib. Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihələrindən olan Gəncə regional informasiya mərkəzinin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara, gənclərə, fiziki imkanları məhdud olan insanlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılıb.
Heydər Əliyev Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə yaratdıqları mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompyuter mərkəzi var. Oxu zalında gözdən əlillər üçün brayl əlifbası ilə nəşr olunmuş 1000-ə yaxın kitab, habelə zəif görən insanlar üçün böyük şriftlə çap edilmiş kitablar, 4 ədəd brayl displeyi, 2 ədəd “kitab həvəskarı - kompakt” sərbəst oxuyan maşın, 2 ədəd “videolight” böyüdücü cihazı və müvafiq printer var. Mərkəzdəki kompyuterlər əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlarla təmin edilib. Kitabxanada nitq və eşitmə problemi olanlar üçün subtitrli filmlər də göstəriləcək.
Bu mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən ümumilikdə 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcək.
Regional informasiya mərkəzinin internet saytı (www.ganja.rim.az) yaradılıb. Burada məhdud fiziki imkanlı insanlar özlərinə lazım olan informasiyanı əldə edə, habelə saytdakı “Tanışlıq” bölməsində bir-biriləri ilə ünsiyyət qura bilərlər.
Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində fevralın 9-da Bakı-Gürcüstan sərhədi avtomagistralının bir hissəsi olan Yevlax-Gəncə yolunda tikinti işlərinin gedişi ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına 50 kilometr uzunluğunda olan Yevlax-Gəncə avtomobil yolunun genişləndirilməsi layihəsində nəzərdə tutulan yol qovşaqları, Yevlax-Gəncə və Gəncə dairəvi avtomobil yolu layihələri barədə məlumat verib. “Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsi” mövcud ikinci dərəcəli avtomobil yolunun və körpülərin yenidən qurulmasını və bərpasını, habelə podrat müqaviləsi çərçivəsində əldə olunmuş qənaətlər hesabına Gəncə şəhərinə şərq tərəfdən 7,2 kilometr uzunluqda birinci dərəcəli giriş yolunun yenidən qurulmasını nəzərdə tutur. Yolda 4 körpü, çoxsaylı keçidlər və dayanacaqlar tikilib, Kür çayı üzərindəki körpü bərpa edilib.
Prezident İlham Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi istiqamətindəki körpüdə gedən yenidənqurma işləri ilə də tanış olub, strateji əhəmiyyətli yolda işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev fevralın 9-da Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olub. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov dövlətimizin başçısına müqəddəs “Qurani-Kərim” təqdim edib. Prezident İlham Əliyev ölkəmizdə ziyarətgahlara, müqəddəs ocaqlara, dini abidələrə göstərilən dövlət qayğısından danışıb.
Prezidentin orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan “İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə bağlı Sərəncamı imzalaması və Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılması dövlətin bu işlərə qayğısını bir daha təsdiq edir.
“İmamzadə” kompleksində ötən ilin aprelində başlanmış bərpa işlərini bu ilin sonunadək tamamlamaq nəzərdə tutulur. Kompleksin yerləşdiyi 2,5 hektara yaxın ərazidə 10 min kvadratmetrdən çox asfalt, 4400 poqonometr bəzəkli səki daşları döşənib. Ərazidə uzunluğu 100, eni 15 metr olan kompleks inşa edilir, burada 5 böyük, 36 kiçik günbəz tikiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. İnşaat işlərində əsasən yerli materiallardan istifadə edilir. Kompleksin keçmiş giriş qapısı tarixi abidə kimi bərpa olunacaq.
“İmamzadə”, yaxud “Göy imam” türbəsi 5-ci imam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üstündə tikilib. Bu faktı məqbərənin günbəzinin daxilindəki yazılar da təsdiqləyir.
“İmamzadə” türbəsinin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı məscid, sərdabə və digər türbələrin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi indiyədək qorunub saxlanıb. Sonuncu dəfə 1878-79-cu illərdə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edilmiş “İmamzadə” türbəsi sovet hakimiyyəti illərində baxımsızlıqdan dağılmışdı.
“İmamzadə” əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn dindarların ziyarətgahına çevrilib. Bu dini kompleks Gəncənin qədimliyini sübut etməklə yanaşı, onun İslam aləmindəki yerini və nüfuzunu da göstərir.
Prezident İlham Əliyev İbrahimin məzarını ziyarət edib, tikinti işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Samux rayonunda olub. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev fevralın 9-da Samuxda “NAA Agrotara” MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan müəssisəni işə salıb, istehsal prosesini izləyib. Müəssisədə ildə 1500 ton meyvə və tərəvəz, o cümlədən göyərti qurutmaq mümkündür. Burada 150 nəfər daimi, 60 nəfər isə mövsümi işçi çalışacaq. Müəssisə yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq Quba rayonundan 800 ton alma tədarük edilib. Qurudulmuş məhsullar yüksək keyfiyyəti, təbii olması ilə seçilir. Hələlik burada alma qurudulur və standartlara uyğun olaraq paketlərdə qablaşdırılır. Müəssisədə sanitariya qaydaları da tam beynəlxalq standartlara uyğundur. İstehsal olunan məhsullar artıq ölkə mağazalarında MEYVİTA ticarət nişanı ilə satışa çıxarılıb. “NAA Agrotara” Azərbaycan bazarında meyvə, tərəvəz və digər məhsulların saxlanması üzrə aparıcı soyuducu-anbar bazası olaraq, fermerlərdən və ticarət şirkətlərindən 5 min tondan artıq məhsul qəbul edərək anbar xidmətləri göstərir. Adi soyuducu kameralarından başqa, anbar ərazisində alma, üzüm, xurma və narın saxlanması üçün xüsusi təchiz olunmuş kameralar da var. Bu kameralarda tətbiq olunan müasir texnologiyalar belə məhsulların 12 ayadək saxlanmasına imkan verir. Azərbaycan İnvestisiya Şirkəti və özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən təsis edilmiş Xəzər Beynəlxalq İnvestisiya Şirkəti müəssisəyə 5,5 milyon manat investisiya qoyaraq, “NAA Agrotara” MMC-nin 36 faiz payçısı olub. Prezident İlham Əliyev yeni müəssisənin kollektivinə uğurlar arzulayıb.
Prezident İlham Əliyev fevralın 9-da Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. İndiyədək Samux RİH 1937-ci ildə tikilmiş binada yerləşirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2009-cu ildə yeni inzibati binanın inşasına başlanıb və tikinti 2010-cu ildə başa çatdırılıb. İkimərtəbəli binanın foyesində Ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşə yaradılıb.
Müasir avadanlıqla təchiz edilmiş binada 280 nəfərlik iclas salonu, konfrans salonu, 57 iş otağı və qəbul otağı var. Yeni bina ilə tanış olan dövlətimizin başçısı İcra Hakimiyyətinin əməkdaşlarına uğurlar arzulayıb.
Prezident İlham Əliyevə yaxınlıqda yaradılmış Dövlət bayrağı meydanı haqqında da məlumat verilib. Bildirilib ki, 8,7 min kvadratmetr sahəsi olan meydanın mərkəzində ucaldılmış 36 metr hündürlüyündə metal dirəkdə Azərbaycanın dövlət bayrağı dalğalanır. Meydanda müasir işıqlandırma sistemi quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq salınıb.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon sakini, Əməkdar müəllim Göyçək Namazova samuxlular adından Prezident İlham Əliyevə minnətdarlıq edib.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev fevralın 9-da Samux rayonunda 500 kilovoltluq “Samux” yardımçı stansiyasının açılışında iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verərək bildirib ki, rayonun Lək kəndi ərazisində ayrılmış 30 hektar sahədə 2008-ci ilin iyulunda başlanmış inşaat işləri 2010-cu ilin sonunda yekunlaşdırılıb.
Böyüklüyünə görə respublikamızda ikinci olan “Samux” yardımçı stansiyası Gəncə şəhərindəki poladəritmə və alüminium zavodlarını elektrik enerjisi ilə təchiz edəcək. Layihə çərçivəsində Gəncə alüminium zavodunda 330/110/10 kilovoltluq və 110/35 kilovoltluq yardımçı stansiyalar da tikilib, enerjinin ötürülməsi üçün 26 kilometr uzunluğunda 500 kilovoltluq və 64 kilometr uzunluğunda 330 kilovoltluq elektrik xətləri çəkilib. “Samux” yardımçı stansiyasında 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Prezident İlham Əliyev yardımçı stansiyanın inzibati binası ilə tanış olub. Burada yaradılmış fotoguşədə Ulu öndər Heydər Əliyevin Azərbaycanın energetika sisteminin inkişafı sahəsində gördüyü işləri əks etdirən şəkillər toplanıb.
Dövlətimizin başçısı idarəetmə mərkəzində yardımçı stansiyanı işə salıb, inşaatçılara və energetiklərə uğurlar arzulayıb.
Dünən Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda və Naftalan şəhərində də olub, habelə Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilmiş 42 kilometrlik hissəsinin açılışında iştirak edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

