Dövlət başçısı vətəndaşları korrupsiya ilə mübarizədə fəal olmağa çağırdı
12.02.2011 [09:39]
Prezident İlham Əliyevin ölkədə korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsinə dair tapşırığından sonra iqtisadi və sosial həyatın bir sıra sahələrində mövcud olan neqativ halların qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Nazirlik, komitə və iri dövlət qurumları kollegiya iclasları keçirərək korrupsiya hallarına yol vermiş işçiləri cəzalandırıblar və digər işçilərə ciddi xəbərdarlıq ediblər. Bununla yanaşı, ictimai qurumlar, cəmiyyətin üzvləri dövlət başçısının prinsipial mövqeyini və dəstəyini nəzərə alaraq bir sıra addımlar atmaqdadırlar.
Prezident İlham Əliyev bir daha müvafiq orqanlara xəbərdarlıq edərək ölkə həyatının bütün sahələrində şəffaflığı təmin etməyə çağırıb. Dövlətimizin başçısı ötən ay keçirilən Nazirlər Kabinetinin iclasında aidiyyəti orqanların rəhbərlərinə verdiyi tapşırıqları xatırladaraq iqtisadi, sosial, ictimai, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bölmələrdə korrupsiya və rüşvətxorluq hallarının yaranmasına rəvac verən məmurların bu neqativ əməllərinə son qoymasının vaxtının çatdığını bildirib. Prezident İlham Əliyev korrupsiya ilə mübarizə tədbirlərində effektivliyin yüksəlməsini daha da sürətləndirmək üçün cəmiyyətin və ölkə vətəndaşlarının da üzərinə böyük vəzifə düşdüyünü qeyd edərək onların bürokratik əngəllər, süni maneələr, ədalətsizliklər, əsassız yoxlamalar və digər problemlərlə bağlı birbaşa Prezident Administrasiyasına müraciət etmələrini məsələhət bilib: “ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq... ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı - yəni, inkişaf etmiş ölkələr bax bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur”.
Prezident İlham Əliyevin ölkə həyatının bütün sahələrində şəffaflığın təmin edilməsini başlıca vəzifə kimi qarşıya qoyması və bu sahədə öz prinsipial mövqeyini ortaya qoyaraq siyasi iradə nümayiş etdirməsi ölkə vətəndaşlarının korrupsiya və rüşvətxorluq halları ilə bağlı mübarizədə fəal olmasına ən böyük dəstəkdir. Dövlətimizin başçısı bu addımı atmaqla vətəndaşları iqtisadi və sosial fəaliyyət sahələrində qiymətlərin süni şəkildə şişirdilməsi, əsassız yoxlamaların aparılması, azad rəqabətin təmin edilməsinə maneələrin yaradılması, inhisarçılıq meyillərinə yol verilməsi və digər neqativ hallarla bağlı mübariz olmağa çağırır.
Prezidentin azad sahibkarlığa, özəl sektora verdiyi böyük siyasi dəstək rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, qeyd olunan neqativ halların qarşısının alınmasında birbaşa dövlətin başçısı öz güclü dəstəyini nümayiş etdirməklə bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər olmağa çağırır. Bu, eyni zamanda, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir.
Buna görə də, ictimaiyyət, cəmiyyətin bütün kateqoriyaları öz hüquqlarının qorunması üçün heç nədən çəkinməməli, problemlərlə qarşılaşanda bu tedensiyanı yaradanlara qarşı qanunamüvafiq qaydada hərəkət etməlidirlər. Cəmiyyətin hər bir üzvü ictimai bəlaya çevrilmiş korrupsiyaya qarşı birgə və sistemli şəkildə mübarizə aparmaq iradəsini ortaya qoyduqda və hansısa məmurun haqsız, müəyyən maddi maraq naminə əsassız tələbləri ilə üzləşərkən qətiyyət nümayiş etdirərək bu faktla bağlı ən yüksək instansiyaya məlumat verdiyi halda müsbət nəticələr əldə etmək mümkündür. Yəni, korrupsiya və rüşvətxorluqla mübarizə ictimaiyyətin bütün üzvlərinin sistemli şəkildə operativ aksiyasına çevrilərsə, bundan hamı fayda görmüş olar. İctimai nəzarət kompleks tədbirlər səviyyəsində möhkəmləndiyi təqdirdə, rüşvət və korrupsiya halları aradan qalxmış olacaq. Həm ölkə vətəndaşları neqativ hallarla üzləşməzlər, həm də korrupsiyaya şərait yaradan, rəvac verən qurumların nümayəndələri sərt təpki ilə qarşılaşdıqları halda insanları incitməyə, onlardan hansısa maddi nemət, pul tələb etmək cəsarətinə sahib olmazlar. Belə olan halda, ölkəmizdə şəffalığın təmin edilməsi, cəmiyyətin inkişafı ən yüksək səviyyəyə çatmış olar.
Onu da qeyd edək ki, şəffaflığın maksimum səviyyədə təmin olunması ölkə həyatının bütün sahələrində dinamizmin yüksəlməsinə, iqtisadi və sosial inkişafın pozitivliyinə impuls verən başlıca faktordur. Yəni, ölkə həyatının müxtəlif sahələrində hansısa neqativ halların baş verməsi, ümumilikdə inkişafın dinamikasına mənfi təsir edir, islahatların miqyasını və rentabelliyini aşağı salır, respublikamızın iqtisadi və sosial imicinə xələl gətirir. Bu mənada ölkəmizin inkişafına çalışan, demokratik islahatların sürətlənməsinə öz töhfəsini vermək, daha yaxşı yaşamaq istəyən hər bir vətəndaş neqativ hallara qarşı mübarizədə qətiyyətli olmalıdır. çünki bu mübarizlik dövlətin inkişafına mühüm töhfə verən strateji bir məqsəddir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkəmizin inkişafı naminə hər bir vətəndaş neqativ hallarla mübarizədə güclü iradəsini ortaya qoymalıdır: “Biz də bu yolla getməliyik, başqa yolumuz yoxdur. Bunu etmək üçün əlbəttə ki, təkcə rəhbərliyin siyasi iradəsi kifayət etməz. Burada bütün ictimaiyyət, bütün vətəndaşlar bir olmalıdırlar. Biz bir məqsədə qulluq etməliyik ki, ölkəmiz inkişaf etsin, güclənsin, sosial rifah daha da yüksək səviyyədə olsun, iqtisadiyyat daha da möhkəm olsun. Belə olan halda uzunmüddətli inkişaf strategiyamız öz nəticəsini verəcəkdir”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39

