Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda inkişaf dinamikası sürətlənir

Azərbaycanda inkişaf dinamikası sürətlənir

16.02.2011 [16:06]

2011-ci ilin yanvar ayında iqtisadiyyatın bütün bölmələrində inkişaf meyilləri müşahidə olunub, bölgələrdə yeni müəsissələrin yaradılması intensiv xarakter alıb
Azərbaycanda həyata keçirilən mükəmməl makroiqtisadi siyasət respublikamızda davam edən inkişaf dinamikasının sürətlənməsinə səbəb olmaqdadır. 2011-ci ilin ötən ilk ayında qeydə alınan makroiqtisadi göstəricilər respublikamızın dayanıqlı və dinamik inkişafının ilbəil daha geniş miqyas almasını şərtləndirir. Yanvar ayı ərzində iqtisadi islahatların keyfiyyət və kəmiyyət baxımından daha da genişlənməsi iqtisadiyyatın real sektorunda dinamizmi və iqtisadi artımı sürətləndirib. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bütün sferalarında rəqabətqabiliyyətlilik və davamlılıq güclənib. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanın inkişaf etmiş dövlət kimi mövqeyini möhkəmləndirib.
2010-cu ilin yanvar ayı ərzində iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul (üDM) istehsalı təxminən 1 faiz artıb və ötən ay ərzində 3,4 milyard manat dəyərində milli məhsul istehsal edilib. 2010-cu ilin müvafiq dövrü ilə müqayisə etsək bu ilin birinci ayı üzrə 0,8 faizlik artım tempi qeydə alınıb. Milli məhsulun böyük bir hissəsi, təxminən 65 faizi istehsalı sahələrinin payına düşür. Bu isə ötən illə nisbətdə üDM-nin strukturunda istehsal faktorunun üstünlük təşkil etməsini göstərir. Eyni zamanda, istehsalın dinamikasında yerli müəssisələrin payının artımı müşahidə olunur. Bu tendensiyaya əsaslanaraq, Azərbaycanın yerli istehsal müəssisələrinin rəqabətqabiliyyətinin artdığını və onların xarici dövlətlərin iri şirkətlərini geridə qoyduğunu deyə bilərik.
Prezident İlham Əliyev daim yerli şirkətlərin imkanlarının artmasının müqabilində ölkəmizin ixrac potensialının güclənməsini tövsiyə edib və artıq dövlətimizin başçısının bu istəyi tamamilə özünü doğrultmaqdadır. Bir neçə gün öncə Qərb rayonlarına səfər edən dövlət başçısı yerli müəssisələrin istehsal imkanları ilə tanış olaraq ölkəmizdə rəqabət gücünə malik milli şirkətlərin formalaşdığına diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, hazırda bölgələrdə yaradılan çoxsaylı müəssisələr gələcəkdə Azərbaycanın inkişaf etdirilməsində öz rolunu oynayacaq. Azərbaycan dövləti yerli istehsal müəssisələrinin, özəl sahibkarlığın inkişafı üçün lazımi tədbirlər görür. “Biz daha çox qeyri-neft sektoruna investisiyalar cəlb edirik ki, iş yerləri yaradılsın, Azərbaycanda işsizlik tamamilə aradan qaldırılsın. Son illərdə bütün qəbul edilmiş proqramlar icra olundu, işsizliyin aradan qaldırılması üçün böyük və təsirli addımlar atıldı, yoxsulluğun səviyyəsinin aşağı salınması üçün çox ciddi işlər görüldü və təbii ki, insanların maddi rifahı yüksəldi. Ancaq biz elə etməliyik ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla ümumiyyətlə aradan qaldırılsın, işsizlik tamamilə aradan qaldırılsın. Azərbaycanda istehsal olunan məhsullar xarici bazarlara ixrac edilsin, biz artıq buna başlamışıq və daha da böyük həcmdə etməliyik. Daxili tələbatımızı özümüz təmin etməliyik və elə güclü sənaye potensialı yaratmalıyıq ki, Azərbaycan neft amilindən asılı olmayaraq, bundan sonra onilliklər ərzində inkişaf etsin və xalqımız yaxşı yaşasın”.
Yanvar ayında makroiqtisadi inkişafın əsas seqmentlərindən biri qeyri-neft sektorundakı artımın ötən illə nisbətdə artması ilə bağlıdır. Yeni ilin ilk ayında neft və mədənçıxarma bölməsində hasilatın həcmi azalsa da, neftdən kənar sahələrdə yüksək artım müşahidə olunub. Belə ki, sənaye, emal, kənd təsərrüfatı və qida məhsulları, yüngül sənaye, məişət avadanlıqları, kimya sənayesi məhsulları, mineral içkilər və digər qeyri-neft bölmələrində məhsul istehsalı artıb. ümumiyyətlə, son 2 ildə qeyri-neft sektorunun yüksək artımı intensiv xarakter alıb və bu da Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirdiyi strateji inkişaf konsepsiyasının öz mühüm bəhrələrini göstərdiyini təsdiq edir.
İqtisadi islahatları keyfiyyət və kəmiyyət baxımından daha da dərinləşdirərək ən son texnologiyaların tətbiqinə əsaslanan innovativ iqtisadiyyatı təmin etməyi qarşıya məqsəd qoyan hökumət neftdən kənar sahələrin dinamik inkişafına əlverişli zəmin yaradıb. Azərbaycanın hazırladığı uzunmüddətli inkişaf strategiyasının əsas prioritetləri iqtisadiyyatın diversifikasiyasının əhatəli şəkildə həyata keçirilməsindən ibarətdir. Bu tendensiya, bir daha respublikamızda yüksək inkişaf mərhələsinə qədəm qoyan neft sənayesi ilə yanaşı, neftdən kənar sahələrin davamlı sıçrayışının nəticəsi kimi dəyərləndirilə bilər.
Respublikamızda həyata keçirilən kompleks islahatlar və iqtisadiyyatın diversifikasiyası ilə bağlı siyasətin dərinləşməsi 2011-ci ilin birinci ayında aqrar bölmədə artım meyillərinin əldə edilməsinə səbəb olub. Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, yanvar ayında 33,9 min ton diri çəkidə ət, 118,3 min ton süd, 92,2 milyon ədəd yumurta və 2120 ton tərəvəz istehsal edilib. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı 10,9 faiz, yumurta istehsalı 0,1 faiz, tərəvəz istehsalı 10 faiz artıb. Yanvar ayında kənd təsərrüfatının ümumi məhsul istehsalının artım dinamikası 6,6 faiz təşkil edib ki, bu son 2 ildə ən yüksək nəticə sayıla bilər.
2011-ci ilin ilk ayında regionların sosial-iqtisadi inkişafında da əhəmiyyətli pozitiv meyillər qeydə alınıb. Bütün bölgələrdə dinamik inkişafın sürətlənməsinə səbəb olan layihələrin miqyası daha da genişlənib və ötən ay hər bir rayonun sosial-iqtisadi həyatında daha mühüm dəyişikliklər, böyük canlanma müşahidə olunub. Dövlət başçısının rayonlara səfərləri zamanı istifadəyə verilən onlarla obyektin, müəssisənin fəaliyyətə başlaması bir daha onu göstərir ki, bütün bölgələrdə həm iqtisadi inkişaf, həm sosial infrasruktur, həm də yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətli dərəcədə yeni dinamizm elementləri hiss olunur. Xüsusilə də, yeni müəssisələrin və iş yerlərinin yaradılması ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
Paylaş:
Baxılıb: 1066 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30