Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici sərmayələrin həcmi 50 milyard dolları ötüb
17.02.2011 [09:19]
Azərbaycan iqtisadiyyatının dinamik inkişaf meyilləri ilə müşahidə olunması respublikamızın maliyyə imkanlarının güclənməsinə əhəmiyyətli dərəcədə zəmin yaratmaqdadır. Sərmayə qoyuluşlarının dinamikası ötən il daha intensiv xarakter alıb və iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə edib. Bir sıra dövlətlərdə qlobal böhranla bağlı maliyyə və bank sisteminin problemlərlə üzləşməsi səbəbindən infrastruktur və investisiyayönümlü layihələrin icrası təxirə salınsa da, ölkəmizdə sərmayə proqramlarının icrası davamlı xarakter daşıyıb. Böhrana qarşı təmkinli, çevik və mükəmməl strategiya hazırlayaraq həyata keçirən Azərbaycan hökuməti yerli investisiya bazarını nəinki xarici təsirlərdən qorumağa nail olub, eyni zamanda, bu sahəyə sərmayə qoyuluşlarının daha da artırılmasını təmin edib.
ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti sayəsində respublikamızda ilbəil xarici investorların Azərbaycan iqtisadiyyatına kapital axınlarının həcmi yüksəlib. 1995-ci ildən başlayaraq əcnəbi investorlar iqtisadiyyatın əsas bölmələrinə, xüsusilə də neft və qaz sektoruna investisiya yönəldiblər. İlkin dövrdə sərmayələr enerji sektorunu əhatə edirdisə, 1998-ci ildən etibarən xarici kapital qoyuluşları qeyri-neft bölmələrində də intensiv xarakter alıb. Xüsusilə də, 1998-2002-ci illər ərzində Fransa, İngiltərə, Norveç, Türkiyə, İsveç, Rusiya, Belarus, ABŞ, Yaponiya, çin və digər dövlətlərin iri investorları respublikamızın qeyri-neft bölmələrində mühüm layihələr həyata keçirməyə başladı. Energetika, sənayenin müxtəlif sahələri, emal və kənd təsərrüfatı, nəqliyyat, rabitə, infrastruktur, su-meliorasiya, mineral içkilər, turizm bölmələrinə əhəmiyyətli dərəcədə sərmayə qoyuluşları yönəldildi. Beləliklə, XXI əsrin ilk illərindən etibarən neftdən kənar sahələr ümumi sərmayə qoyuluşlarında üstünlük təşkil etməyə başladı.
Son 17 ildə Azərbaycan iqtisadiyyatına yatırılan ümumi sərmayələrin həcmi 82 milyard dolları ötüb. Sərmayələrin təxminən 55-60 faizi xarici sərmayələrin payına düşür. Yəni, xarici investorlar tərəfindən ölkəmizin iqtisadiyyatına yatırılmış sərmayələrin həcmi 50 milyard dollardan çoxdur. Bu tendensiya bir daha ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin mövcudluğunu təsdiqləyir. Xarici sərmayələrin təxminən 12-15 milyard dolları qeyri-neft bölmələrini əhatə edir. Belə ki, 2000-ci ilə kimi sərmayə bumu əsasən neft sektoruna istiqamətlənib və 1994-cü ildən 2005-ci ilə kimi hasilat sənayesinə 30 milyard dollardan artıq kapital qoyulub. Son 6-7 ildə isə ümumi xarici sərmayə portfelində əsas üstünlük neftdən kənar sahələrdə qeydə alınıb. Məsələn, ötən il ölkəmizə cəlb olunmuş xarici sərmayələrin cəmi 35,8 faizi neft sektoruna yönəldilib. İnvestisiyaların 65 faizi qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edib.
Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faiz təşkil edir və respublikamız bu region üzrə kapital qoyuluşlarında əsas ölkə hesab olunur. Son 17 ildə Cənubi Qafqaz iqtisadiyyatına təxminən 65 milyard dollar investisiya qoyulub ki, onun 55 milyarda yaxını ölkəmizin payına düşür. Yəni, Azərbaycan iqtisadiyyatına cəlb olunmuş xarici sərmayələrin həcmi Gürcüstan və Ermənistanın birlikdə iqtisadiyyatına yönəldilmiş investisiyalardan 6 dəfə çoxdur. Bədnam qonşumuz olan Ermənistana son 15 ildə yönəldilmiş sərmayələrin ümumi həcmi respublikamızın təkcə elektroenergetika təsərrüfatına yatırılmış sərmayələrin həcmindən 2 dəfə azdır. ölkəmiz adambaşına düşən xarici investisiyaların həcminə görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən biridir. Azərbaycanda hər nəfərə düşən sərmayənin həcmi təxminən 9 min dollara bərabərdir.
Göründüyü kimi, respublikamıza xarici kapital qoyuluşları intensiv şəkildə davam edir və hər ay təxminən iqtisadiyyata 700-800 milyon dollar həcmində investisiya qoyulur. Məsələn, 2010-cu ildə xarici ölkələr tərəfindən Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın xarici investisiyalar yönəldilib ki, bu da ay ərzində 750 milyon dollar kapital deməkdir. Sərmayələrin sərf olunduğu sahələr isə daha çox infrastruktur, tikinti, nəqliyyat, sənaye və yenildənqurma bölmələrindən ibarətdir. Digər tərəfdən, sərmayə qoyuluşlarının çoxunun qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm uğurlarını təsdiqləyir. Yəni, hökumət qeyri-neft sahələrinə böyük məbləğdə investisiya qoyuluşlarını stimullaşdırmaqla sənaye, kənd təsərrüfatı, turizm, infrastruktur, tikinti, nəqliyyat, rabitə, ticarət, xidmət, emal və digər bölmələrdə yüksək inkişafı təmin etmiş olur. Bu siyasət, həm də bölgələrin inkişafına öz töhfəsini verir. Məlum olduğu kimi, bölgələr əsasən qeyri-neft sahələri üzrə ixtisaslaşıb və həmin sektora sərmayə axınının artması regionlarda inkişafa böyük stimul verir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

