Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

18.02.2011 [10:57]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da dinamik şəkildə inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Azərbaycan-Kuba hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının önəmini vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu  deyib. Azərbaycanda Kubanın səfirliyinin açılmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq arenada daha fəal əməkdaşlıq etmələrinin zəruriliyini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, bunun münasibətlərimizin inkişafına mane olmayacağına ümidvar olduğunu deyib. Prezident İlham Əliyev Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilyanın ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.
Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, ölkəmizə ilk dəfə səfər etdiyini və Azərbaycan ilə tanışlığın onda çox böyük təəssürat yaratdığını deyib. Xarici işlər naziri ölkələrimizin xalqları və hökumətləri arasında tarixi və mədəni əlaqələrin mövcud olduğunu vurğulayaraq Kubada Azərbaycana xüsusi münasibət bəslənildiyini qeyd edib.

Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30