Bütün imkanlar ölkədə yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib
23.02.2011 [01:15]
Hazırda daha bilikli və bacarıqlı kadrlara malik olmaq istəyən dövlətlər gənclərin xarici ölkələrdəki nüfuzlu ali məktəblərdə təhsil almalarına üstünlük verirlər. Məlum olduğu kimi, bu məsələ Azərbaycan dövlətinin də diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, hər il yüzlərlə azərbaycanlı tələbə dövlət hesabına xaricə təhsil almağa göndərilir. Gənclərimiz Türkiyə, Rusiya, çin, Misir, çexiya, Slovakiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yeni Zellandiya, Avstriya, Yaponiya, Avstraliya, Cənubi Koreya, İsveç, Niderland kimi ölkələrin ali məktəblərinin bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində təhsilə cəlb olunur.
Azərbaycan gənclərinin dünyanın ən aparıcı tədris müəssisələrində təhsil almasının vacibliyini nəzərə alaraq, ölkə Prezidenti 2006-cı ilin oktyabrında “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” və 2007-ci ilin aprelində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” sərəncamlar imzalayıb. Proqram çərçivəsində 2007-2015-ci illər ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub. Başa çatan 2010-cu ildə də azərbaycanlı gənclərin dövlət xətti ilə dünyanın bir sıra ölkələrində müxtəlif pillələr üzrə təhsil almağa göndərilməsi davam etdirilib.
Bir sözlə, gənclərin xaricdə təhsili, müasir tələblər səviyyəsində kadr hazırlığı Azərbaycan dövlətinin əsas məqsədlərindəndir. Eyni zamanda, ölkədə daha çox ehtiyac duyulan sahələr üzrə kadr hazırlığı gələcək inkişaf üçün vacib amil hesab olunur. İxtisaslı kadrların sonradan işlə təmin olunması və onlardan ehtiyac duyulan sahələrdə istifadə edilməsi isə kadrların hazırlığı qədər əhəmiyyətlidir. Prezident İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində bu məqama xüsusi diqqət çəkərək deyib: “Biz gənclərimizin xaricdə təhsil alması proqramını həyata keçiririk. Artıq bir neçə ildir ki, dövlət bu proqramı tam maliyyələşdirir, minlərlə gəncimiz təhsil almışdır və artıq Azərbaycana qayıdır, burada işləyir, öz təcrübəsini tətbiq edir. ölkəmizdə elə şərait yaratmalıyıq ki, insanlar buraya işləməyə gəlmək istəsinlər, çünki buna məcbur etmək mümkün deyildir. Hazırda Bakıda və digər yerlərdə inkişaf etmiş Avropa ölkələrində olan hər şey, üstəgəl yaxşı iqlim və isti hava vardır. Buna görə də, mən hesab edirəm ki, Azərbaycandan xaricə oxumağa gedənlərin hamısı qayıdacaq və öz ölkəsinin rifahı naminə işləyəcəkdir”.
Məlumat üçün deyək ki, ölkəmizdə dövlət xətti ilə xaricdə təhsil alan tələbələrə test keçmədən dövlət qulluğuna birbaşa qəbul olunmaq hüququ da verilib. Bununla da onlara dövlət qulluğunda işləmək üçün daha geniş imkanlar yaradılıb. Yəni görünən odur ki, Dövlət Proqramı əsasında xaricdə təhsil alan tələbələrin işlə təmin olunması yüksək səviyyədə həyata keçirilir. Hətta Fransanın Leon Universitetinin tibb fakültəsində təhsil alan 2 məzunumuz Azərbaycana gələndən dərhal sonra Dövlət Gömrük Komitəsinə məxsus hərbi xəstəxanada şöbə müdiri vəzifəsinə təyin olunub.
Deməli, xaricdə təhsil alıb geri dönən gənclərimiz üçün Azərbaycanda iş tapmaq problemi yoxdur. Əksinə, işçi gözləyən xeyli sayda boş iş yerləri mövcuddur. Belə ki, son illər ərzində həyata keçirilən tədbirlər, irimiqyaslı dövlət proqramları bu sahədə çox böyük nəticələr əldə etməyə imkan yaradıb. Xüsusən, yeni iş yerlərinin sayı artıb. Son illər ölkəmizdə açılan 900 min iş yerinin 700 mindən çoxu daimidir. Həmin müsahibəsində, ölkədə həyata keçirilən işlərə də diqqəti yönəldən Prezident İlham Əliyev bildirib ki, məhz bunun nəticəsində daxili miqrasiya prosesi praktiki olaraq aradan qalxmaqdadır: “Biz 2004-cü ildən regional inkişaf proqramlarını həyata keçiririk-infrastruktur, sosial infrastruktur yaradır, yollar, elektrik stansiyaları tikirik ki, insanlar regionlarda qalıb yaşasınlar və nə Bakıya, nə də başqa ölkələrə miqrasiya etməsinlər. Deməliyəm ki, daxili miqrasiya prosesi praktik olaraq aradan qalxmaqdadır”.
Bir sözlə, qətiyyətlə demək olar ki, hazırda bütün imkanlar ölkədə yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib. Azərbaycanda bir tərəfdən yeni iş yerləri açılır, digər tərəfdən isə, yoxsulluğa səbəb ola biləcək bir sıra amillərə qarşı mübarizə tədbirləri gücləndirilir. Qeyd etməliyik ki, indiyədək qarşıya qoyulan bütün sosial proqramlar yerinə yetirilib. Azərbaycanın yarım milyondan çox vətəndaşı hər ay dövlətdən sosial yardım alır. Bir qism ailələr passiv yardım tədbirlərinə cəlb edilir, digər qism ailələrə isə aktiv proqramlara cəlb etmək yolu ilə yoxsulluq həddindən çıxmalarına kömək göstərilir. Nəticədə, yoxsulluğun səviyyəsi demək olar, 50 faizdən 9 faizə endirilib. Orta aylıq əməkhaqqı 400 dollardan çoxdur və bu, son hədd deyil.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

