Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Rusiya münasibətləri inkişaf edir

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir

03.03.2011 [18:40]

Prezident İlham Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovu qəbul edib.
Dövlətimizin başçısı Tatarıstan Prezidentinin respublika rəhbəri kimi yüksək vəzifəyə seçildikdən sonra özünün ilk səfərlərindən birini ölkəmizə etməsini yüksək qiymətləndirib. Azərbaycan və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun ölkəmizə səfəri zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirib və səfərin qarşılıqlı fəaliyyət və əlaqələrimizin müxtəlif istiqamətlərdə genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
ölkəmizə səfərindən və Prezident İlham Əliyev ilə görüşmək imkanı əldə etməsindən məmnunluğunu bildirən Rustam Minnixanov Tatarıstan Respublikasının keçmiş Prezidenti Mintimer Şaymiyevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında daim mövcud olan sıx münasibətlərin əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.
*  *  *
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun şərəfinə işçi nahar verilib.

Paylaş:
Baxılıb: 1162 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31