/ / Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi "Cihaz" İstehsalat Birliyinin "Sənayecihaz" Elm-İstehsalat Mərkəzini yenidənqurmadan sonra işə salıb
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyi "Cihaz" İstehsalat Birliyinin "Sənayecihaz" Elm-İstehsalat Mərkəzini yenidənqurmadan sonra işə salıb
04.03.2011 [18:47]
Sonra nazir səhra şəraitində xidməti heyət üçün zəruri olan avadanlığı dövlətimizin başçısına təqdim edib. Bildirilib ki, yedəyə qoşulan sutəmizləyici qurğu səhra şəraitində 1 saatda 600 litr adi suyu və ya 500 litr duzlu suyu tam təmizləyərək içməli vəziyyətə gətirir. Səhra şəraitində olduqca mühüm əhəmiyyət kəsb edən yedəyə qoşulan mini çörək sexində 1 saat ərzində 100 qramlıq 1000, 200 qramlıq 500 çörək bişirmək mümkündür. çörək sexini xidməti heyətdən 2 nəfərin işlətməsi yetərlidir. Mətbəxdə 2 saat ərzində 4 çeşiddə yemək hazırlamaq mümkündür. Ehtiyac yaranarsa, səhra mətbəxində sutəmizləyən və çörəkbişirən avadanlıq da quraşdırmaq olar. Bu qurğu 400 nəfərin qidalanmasına imkan verən bütün zəruri avadanlıq və mətbəx əşyaları ilə təchiz edilib. Səhra sanitar qovşağı da müasirliyi və praktik xüsusiyyətləri ilə seçilir. Qurğu 1 saatda 2 ton 500 litr suyu isidir. Kondisioner sistemi ilə təchiz olunan qovşağın xidmətindən bir saatda 45 nəfər istifadə edə bilər. Bütün bu qurğuların dizel yanacağı ilə işləməsi olduqca vacib əhəmiyyət kəsb edir.
Sonra Prezident İlham Əliyev mərkəzi işə salan düyməni basdı, müəssisə barədə qısa filmə baxıb.
Məlumat verilib ki, “Sənayecihaz” Elm-İstehsalat Mərkəzi 1956-cı ildə yaradılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1993-cü ildə müəssisə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilib. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra “Sənayecihaz” Elm-İstehsalat Mərkəzinin istehsal sahələrinin bərpa olunması və yenidən qurulması üçün kompleks tədbirlər həyata keçirilib.
Azərbaycan Prezidenti müəssisədə istehsal olunan məhsulların sərgisi ilə tanış olub. Qeyd edilib ki, bu məmulatlar ən müasir standartlara cavab verir və rəqabətədavamlıdır. 2008-2010-cu illərdə “Sənayecihaz” Elm-İstehsalat Mərkəzində 56 müasir avadanlıq quraşdırılıb. Bu avadanlığın bir qismi ən son elmi-texniki yeniliklərə əsaslanan proqram təminatlı dəzgahlardır. Bunlar universal torna, frez, lazerlə kəsmə və pardaqlama dəzgahları, həmçinin şaquli emal mərkəzi, hidravlik presslər, kompressorlar və digər avadanlıqlardır. Yeni yaradılan istehsal sahələrində seysmik prinsipli mina partladıcısının istehsalı nəzərdə tutulub. Həyata keçirilən kompleks tədbirlər nəticəsində son 2 ildə əvvəlki illərlə müqayisədə mərkəzdə müdafiə təyinatlı məmulatın istehsalı bir neçə dəfə artıb. 2010-cu ildə müəssisədə seysmik prinsipli mina partladıcısının və bir neçə adda yaxın məsafəli döyüş vasitələrinin ehtiyat hissələrinin istehsalı həyata keçirilib. Güc strukturlarının sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirilib.
Prezident İlham Əliyevə yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlər barədə məlumat verilərkən qeyd olunub ki, 2011-ci ildə müəssisədə 5 adda yeni növ müdafiə təyinatlı məmulatın istehsalı qaydaya salınacaq. Bundan başqa, müəssisədə neft sənayesi üçün maye sayğacı, adi və smartkartla işləyən qaz və su sayğacları, sərfiyyatölçən və digər mülki təyinatlı məhsulların istehsalının genişləndirilməsi qarşıya məqsəd qoyulub.
Vurğulanıb ki, yaradılan yeni istehsal sahələrində əlavə olaraq 70 iş yeri açılacaqdır ki, bununla da işçilərin ümumi sayı 250 nəfərə çatdırılacaq. Kompleks yenidənqurma tədbirləri işçilərin orta aylıq əməkhaqqının artırılmasına da imkan yaradır.
Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb, ölkəmizin müdafiə sənayesinin potensialının daha da möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

