Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şərqi Zəngəzur yenidən qurulur!

Şərqi Zəngəzur yenidən qurulur!

23.11.2022 [10:02]

Mübariz FEYİZLİ

Vətən müharibəsində şanlı Qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü təmin edən Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Bu, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması dövrüdür. Qarşıda duran işin miqyası kifayət qədər böyükdür. Söhbət təxminən 11 min kvadratkilometr ərazinin dirçəldilməsindən, ora həyatın qaytarılmasından gedir. Üç onilliyi əhatə edən işğal dövründə mənfur düşmən bu ərazilərdəki bütün tikililəri - tarixi, mədəni-dini abidələri, yaşayış binalarını, mülki infrastrukturu tamam dağıdıb, ekologiyamıza ciddi ziyan vurub. Bu ərazilərə həyatı yenidən qaytarmaq üçün hər şeyi yenidən qurmaq lazımdır. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan bəhs olunan ərazilərdə bərpa işlərinə müharibə başa çatandan dərhal sonra başladı. Prezident

İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən məmnunluğunu ifadə edərək vurğulayıb: “İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq”.

Böyük Qayıdışa dair I Dövlət Proqramı

2030-cu ilədək olan strateji mərhələdə Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın ləyaqətli şəkildə təmin olunması ölkəmizin beş mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Dövlət Proqramı hazırlanıb. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Azərbaycan işğaldan azad edilmiş ərazilərə üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın Böyük Qayıdışını qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.

Güclü institusional baza

İşğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələrin icrasında səmərəliliyin təmin olunması əsas hədəflərdən biridir. Sənəddə vurğulandığı kimi, Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir. Qeyd olunan istiqamətlər üzrə sistemli və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi üçün institusional mexanizmlər postmüharibə dövrünün ilk günlərində təsis edilib. Belə ki, Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Bu Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılıb. Həmçinin bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlayıb. Bununla yanaşı, dövlət başçısının 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılıb.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılıb və Prezident

İlham Əliyevin imzaladığı 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmana əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bəhs olunan Dövlət Proqramı məhz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir. İqtisadi rayonların yeni təsnifatlandırılmasına əsasən, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları; Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir.

Vaxtında icrası təmin olunan layihələr

Ötən iki ilin təcrübəsi göstərir ki, yaradılan çevik institusional baza işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlər üzrə layihələrin icrasını yüksək səviyyədə təmin edir. Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Müvafiq institusional qurumların səmərəli və koordinasiyalı fəaliyyətinin nəticəsidir ki, indiyədək layihələrin icrasında hər hansı bir yubanma baş verməyib.

Biz göz önündə yeni, müasir Zəngəzurun formalaşmasına şahidlik edirik.  Bəhs olunan ərazilərdə yol layihələrinin icrası geniş vüsət alıb. İndiyədək Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çox sayda yeni yolların istifadəyə verilməsi mərasimlərinə qatılıb. İşğaldan azad olunmuş ərazilərdə üç beynəlxalq səviyyəli hava limanının inşası planlaşdırılıb. İlk olaraq Füzuli Beynəlxalq Hava Limanının inşası tamamlandı. 2022-ci il oktyabrın 20-də isə Qarabağda ikinci, Şərqi Zəngəzurda isə ilk belə infrastruktur obyekti sayılan Zəngilan Beynəlxalq Hava Limanı prezidentlər İlham Əliyevin və Rəcəb

Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

İşğaldan azad olunmuş ərazilərə ilk sakinlərin köçürülməsi böyük müjdədir. Söhbət Zəngilan rayonunun Ağalı kəndinin inşasının bu il tamamlanmasından və oraya sakinlərin köçürülməsindən gedir. Bu yaşayış məntəqəsi “Ağıllı kənd” konseptinə uyğun inşa olunub. Burada sakinlərin yaşaması və əmək fəaliyyətinə cəlb olunmaları üçün hər cür şərait yaradılıb. Bütövlükdə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad olunmuş ərazilər yeni yanaşmalar əsasında bərpa olunur və burada “yaşıl iqtisadiyyat” quruculuğuna böyük önəm verilir.

Paylaş:
Baxılıb: 331 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30