Azərbaycanın iqtisadi inkişafı bu günə qədər dünyada heç bir başqa ölkədə təkrarlanmayıbdır
30.03.2011 [10:03]
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi inkişaf strategiyası nəticəsində büdcə vəsaitlərinin artması kompleks islahatların reallaşdırılmasına, əhalinin həyat şəraiti, sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb. Bu istiqamətdə görülmüş tədbirlərə uyğun olaraq aztəminatlı ailələrin, ailə başçılarını itirənlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olanların - əlillərin, ahıl vətəndaşların və uşaqların sosial müdafiəsi sahəsində mühüm işlər həyata keçirilib. Sosial təminatın yaxşılaşdırılması məqsədilə pensiya və müavinətlərin həcmi artırılıb. Bununla yanaşı, maaş və əhalinin pul gəlirlərinin, əmanət və depozit qoyuluşlarının artması üçün baza yaradılıb, işsizliyin səviyyəsi azaldılıb.
ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən iqtisadi inkişaf siyasəti bu gün 5-10 il bundan öncə həyata keçirilməsi mümkün olmayan sosial proqramları reallaşdırmağa imkan verir. Adambaşına düşən sosial xərclərə görə Azərbaycan bütün MDB məkanında üçüncü yerdədir.
Bütövlükdə, 2004-2010-cu illər ərzində Azərbaycanda 910 mindən artıq yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 4,5 dəfə aşağı düşüb, iqtisadiyyatın artım tempi 2,8 dəfə, büdcə xərcləri 12 dəfə artıb. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi əvvəlki illərlə müqayisədə azalaraq 9,1 faiz təşkil edib, orta aylıq əmək haqqı 215 manat olub. Prezident İlham Əliyev dövlətin maliyyə imkanlarının yüksəlməsi nəticəsində vəsaitlərin ilk növbədə əhalinin maddi rifah halının yaxşılaşmasına yönəldiləcəyini bildirib. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında bu məsələyə bir daha toxunaraq bildirib ki, biz ölkəmizi müasirləşdiririk və strateji xəttimiz güclü dövlət yaratmaqdır: “Biz əlbəttə ki, gərək bütün meyarları bilək. İnkişaf etmiş ölkələrin meyarlarını bilirik. Hədəfimiz ondan ibarətdir ki, biz də inkişaf etmiş ölkəyə çevrilək. Mən hesab edirəm ki, burada ilk növbədə, Avropa İttifaqına üzv olan ölkələrin təcrübəsi daha da dərindən öyrənilməlidir... Biz o təcrübəni öyrənirik və öyrənməliyik ki, Azərbaycanda da bütün meyarlar inkişaf etmiş ölkələrdəki səviyyədə olsun. Bizim gözəl imkanlarımız, gözəl perspektivlərimiz var - güclü dövlət, güclü iqtisadiyyat, güclü sosial siyasət, infrastruktur layihələri. Azərbaycanın iqtisadi inkişafı bu günə qədər dünyada heç bir başqa ölkədə təkrarlanmayıbdır”.
ümumiyyətlə, ötən ilin sentyabr ayının 9-dan minimum əmək haqqı və minimum pensiyanın həcmi dövlət başçısının Sərəncamı ilə artırılaraq 85 manata çatdırılıb. Bununla yanaşı, Prezident İlham Əliyev sosial sahədə əhalinin imkansız və aztəminatlı təbəqəsinin vəziyyətinin yaxşılaşdırılıması və ünvanlı sosial yardımların tətbiqi məqsədilə davamlı addımlar atır. Bu mexanizmin reallaşması ilə bu gün Azərbaycan hökuməti 500 mindən artıq vətəndaşa dövlət tərəfindən müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyalar üzrə aylıq və ya birdəfəlik ödənilmək şərti ilə sosial yardımlar verir. Məsələn, uşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə uşağın anadan olmasına görə sosial müavinət 50 faiz artırılaraq 75 manata çatdırılıb, eyni zamanda, 100 mindən artıq aztəminatlı ailəyə hər ay dövlətdən 106 manat məbləğində pul verilir.
Bu siyasətin mühüm istiqamətləri, həmçinin, paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsinə də xidmət edir. Azərbaycanda yeni inkişaf strategiyasının başlıca istiqamətləri respublikanın bütün mövcud potensialından səmərəli istifadə etməklə yoxsul təbəqənin, işsizliyin sayının minimuma endirilməsindən ibarətdir. Zəngin valyuta sərvətlərinin ölkəyə daxil olmasının fonunda sözsüz ki, bütün sosial təbəqələr və sahələr üzrə yüksək sıçrayışların müşayiət olunması qaçılmazdır.
Sosial siyasət paralel olaraq dayanıqlı iqtisadi artımın və ölkə iqtisadiyyatının müasirləşməsinin təmin olunmasını əsaslandıran iqtisadi strategiya, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin artırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərlə aparılacaq ki, bu da öz növbəsində, müsbət nəticələrin əldə olunmasına səbəb olacaq.
Sosial siyasətin ən böyük uğuru Azərbaycan hökumətinin qısa müddətdə qaçqın və məcburi köçkünlərin sosial şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olmasıdır. Dövlət başçısının bəyan etdiyi kimi məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycan dövlətinin əsas prioritet məsələsidir və bu məqsədlərə böyük vəsait ayrılır. Bu məqsədlər üçün qəbul olunmuş proqramlar, imzalanmış fərman və sərəncamlar, qəbul edilmiş qərarlar insanların həyat səviyyəsini yaxşılaşdırıb, çadır şəhərciklərinin ləğvinə gətirib çıxarıb. Eyni zamanda, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində şəhid ailələri, məcburi köçkün və qaçqınların, ayrı-ayrı müxtəlif ixtisas sahiblərinin, gənc ailələrin mənzillərlə təmin edilməsi istiqamətində işlər görülüb.
SEVİNC
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33

