Heydər Əliyev: Mən Azərbaycanda əbədi olacağam!
10.12.2022 [10:00]
12 dekabr - Ümummilli Liderimizin anım günü
Onun arzuladığı güclü Azərbaycan
Mübariz FEYİZLİ
2003-cü il dekabrın 12-də Azərbaycana Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasından acı xəbər gəldi. Həmin xəbərdə adı müasir tariximizə qızıl hərflərlə yazılan, müstəqil Azərbaycanın möhkəm təməlini yaradan, bizləri heç vaxt dəyərini itirməyəcək azərbaycançılıq ideologiyası, gələcək inkişaf konsepsiyası ilə silahlandıran ümummilli liderimiz Heydər Əliyevin vəfat etdiyi bildirilirdi. Xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq Ulu Öndər dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olundu.
Ulu öndər Heydər Əliyevin vəfatından artıq 19 il ötür. Ancaq illər keçdikcə Onun Azərbaycan naminə gördüyü işlərin miqyası daha aydın şəkildə dərk olunur. Bu böyük, mütəfəkkir insanın fəaliyyətini qısa şəkildə dəyərləndirsək, belə deyə bilərik: Heydər Əliyev Azərbaycanın böyük inkişaf epoxasını yaradıb, respublikamızın iqtisadi və mədəni intibahını təmin edib. Müstəqil Azərbaycan bu möhkəm əsaslar üzərində daim zirvələrə doğru irəliləyəcək.
Çox doğru olaraq ulu öndər Heydər Əliyevin həyatı bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirilir. Heydər Əliyev əvvəlcə keçmiş ittifaq daxilində respublikamıza rəhbərlik etdiyi illərdə rejimin məhdudiyyətlərini yararaq milli dirçəlişə, gələcək müstəqil inkişafa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Bu əsaslar sırasına respublikamızın keçmiş ittifaqın aqrar əlavəsindən çıxarılaraq sənaye quruculuğu yolu ilə inkişaf etdirilməsi, müxtəlif sahələrə aid milli kadrların yetişdirilməsi, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin daha da zənginləşdirilməsi kimi mühüm məqamlar daxildir. Bu gün Heydər Əliyevin zamanında məqsədyönlü şəkildə yaratdığı irsdən kənarda istər iqtisadiyyatımız, istərsə də mədəniyyətimiz çox kasıb görünər. O illərdə Ulu Öndərin çox böyük səyləri hesabına yaradılan bu zəngin irs müstəqil Azərbaycanın maddi, mənəvi və mədəni əsasları qismində çıxış edir.
Növbəti mərhələdə isə Heydər Əliyev Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəni, xalqı yeni intibaha istiqamətləndirdi. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızda cərəyan edən prosesləri göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn “AXC-Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.
Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə, Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Bəhs olunan tarixi dövrə ekskurs edən Prezident İlham Əliyev vurğulayıb: “Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır”.
Ulu Öndərin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. O, Şuşanı Azərbaycanın rəmzi kimi səciyyələndirir və əminliyini ifadə edərək bildirirdi ki, biz Şuşaya mütləq gedəcəyik. Ulu Öndər işğala məruz qalan ərazilərimizin geri qaytarılması istiqamətində müdrik və ardıcıl siyasət aparırdı. Uzaqgörən siyasətçi olan Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanın ötən əsrin doxsanıncı illərindəki zəif vəziyyətində güclənmək üçün vaxt qazanmaq lazımdır. Məhz Onun böyük səyləri sayəsində 1994-cü ildə atəşkəsə nail olundu. Bundan sonra Azərbaycanın quruculuq dövrü başladı. Ulu Öndərin işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması, transmilli şirkətlərlə imzalanan neft müqavilələrinin sabitlik şəraitində icrası ölkəmizin iqtisadi inkişafına zəmin yaratdı. Sonrakı mərhələdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın iqtisadi potensialına əsaslanmaqla ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü Ordu yaratmağa nail oldu. Ulu Öndərin böyük arzularını, vəsiyyətlərini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. 44 günlük Vətən müharibəsində Ordumuz misilsiz şücaətlər göstərərək ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. 2020-ci il noyabrın 8-də Şuşanın geri qaytarılması ilə Heydər Əliyevin “biz Şuşaya mütləq qayıdacağıq” arzusu çin oldu. Məhz Şuşadakı sarsıdıcı məğlubiyyətdən sonra düşmən məğlubiyyətini etiraf etmək və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbə tariximizdə əbədi qalacaq.
Bu gün Azərbaycan hər mənada Ulu Öndərin arzuladığı Azərbaycandır. Ulu Öndər güclü Azərbaycan görmək istəyirdi. Prezident İlham Əliyev bunu təmin edib. Ulu Öndər ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını arzulayırdı. Prezident İlham Əliyev aylı, ulduzlu üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşada ucaldıb.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36

