/ / Prezident İlham Əliyevin tapşırığı əsasında Bakının kənd və qəsəbələrində aparılan abadlıq və quruculuq işlərinin miqyası daha da genişlənir
Prezident İlham Əliyevin tapşırığı əsasında Bakının kənd və qəsəbələrində aparılan abadlıq və quruculuq işlərinin miqyası daha da genişlənir
12.04.2011 [10:14]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdu.
Martın 31-də Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində görülən işlərlə tanış olarkən sakinlər Heydər Əliyev prospektinə çıxmaq üçün yeni yolun salınmasını dövlətimizin başçısından xahiş etmişdilər. Prezident İlham Əliyev həmin yolun salınması ilə bağlı yerində tapşırıqlar vermişdi. Dövlətimizin başçısının tapşırıqları qısa vaxt ərzində yerinə yetirilib.
Dünən Bülbülə qəsəbəsini Heydər Əliyev prospekti ilə birləşdirən yeni əlavə yol istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Yolun 4950 kvadratmetrlik hissəsində asfalt işlərinin aparıldığı, piyadaların rahat hərəkəti üçün qranitdən 110 metrlik uzunluğunda xüsusi səkilərin düzəldildiyi qeyd olunub. Girişli-çıxışlı yolun kənarlarındakı 2000 kvadratmetr ərazidə yaşıllıq zolaqları salınıb, 200-dən yuxarı müxtəlif ağac və gül kolları əkilib. Yolda müasir işıqlandırma sistemi də quraşdırılıb. Bildirilib ki, bütövlükdə Suraxanı rayonunun ayrı-ayrı kənd və qəsəbələrinin məhəllədaxili yollarının 36,5 min kvadratmetrlik hissəsinə yeni asfalt döşənib. Yolların 17 min kvadratmetrlik hissəsində asfalt döşəmək üçün hazırlıq işləri görülüb, əlavə olaraq 35 min kvadratmetrlik hissəsinə yeni asfalt örtüyünün döşənəcəyi nəzərdə tutulub.
Həyata keçirilən tədbirlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Prezident İlham Əliyev sakinləri salamlayaraq deyib: Bir həftə ərzində ikinci dəfədir görüşürük. çox şadam ki, dediyiniz bu məsələ qısa müddət ərzində öz həllini tapıbdır.
Sakin: Əgər biz bunu gözlərimizlə görməsəydik, inanmazdıq. Sizinlə görüşümüzün səhəri günü işə gedəndə artıq burada iş başlanılmışdı. Bütün bunlar bizi çox sevindirir. Siz, ümumiyyətlə, hər gün xalqımızı sevindirirsiniz. Bütün bunlara görə Sizə minnətdarıq. Bilirik ki, bu yolun davamı gözəl işıq dirəkləri, rahat səkilərlə “Atəşgah” məbədinə qədər uzanacaqdır. Eşitmişik ki, bu yol istismara veriləndən sonra, qəsəbədaxili yollar da əsaslı təmir ediləcəkdir.
Məktəb tikintisi ilə bağlı verdiyiniz Sərəncam, ayrılan vəsait bizi ürəkdən sevindirir. ümumiyyətlə, Sizin bizə bəxş etdiyiniz bu sevincin sayı-hesabı yoxdur. Hər gün bizi bir yeniliklə sevindirirsiniz. Bir müddət əvvəl qaza borclarımızı bizə bağışladınız. Bu günlərdə isə su və kanalizasiya xidməti borclarını əhaliyə bağışlamağınızın bizdə doğurduğu sevincin həddi-hüdudu yoxdur. Sizə minnətdarlığımızı bildirmək üçün söz tapa bilmirik.
Prezident İlham Əliyev: çox sağ olun, təşəkkür edirəm.
Sakin: Allah Sizə cansağlığı versin! Səsiniz həmişə uca zirvələrdən gəlsin. Siz bizə elə yaxşılıq etdiniz ki, bu sevincin həddi-hüdudu yoxdur. Möhtərəm Prezident, mənim 80 yaşım var. Lazım olanda poliklinikaya gedə bilmirdim. Siz bu yolu bizə hədiyyə etdiniz. İndi avtobusla gəlib poliklinikanın qarşısında düşəcəyik. Mən Sizə uzun ömür, cansağlığı, çətin və şərəfli işinizdə uğurlar arzulayıram.
Prezident İlham Əliyev: Mən çox şadam ki, qısa müddət ərzində Bakı qəsəbələrində sürətli işlər gedir. Keçən dəfə sizinlə görüşə məhz o məqsədlə gəlmişdim ki, sizdən eşidim, soruşum ki, hansı işlər görülməlidir?! çünki mən ümumi tapşırıq vermişdim ki, su və kanalizasiya, qazlaşdırma, işıq xətlərinin, yolların çəkilişi məsələləri həll olunsun. Ancaq siz deyəndə ki, ən vacib olan məsələ bu yoldur, gəldim, vəziyyətlə şəxsən tanış oldum, göstəriş verdim. Bir həftə ərzində belə gözəl yol çəkildi. İndi qəsəbəyə giriş-çıxış çox rahatdır. Bu ərazi indi daha gözəl və yaraşıqlı olacaqdır.
Sakin: Bu yollara baxanda adamın ürəyi açılır.
Prezident İlham Əliyev: Qəsəbənin bütün məsələləri ilə bağlı konkret proqramlar hazırlanır, ilkin vəsait ayrılıbdır. Əminəm ki, bu ay bütövlükdə qəsəbələrin proqramı təsdiq olunacaq və ondan sonra daha da böyük həcmdə quruculuq işləri aparılacaqdır. Bu yolun çəkilişi özlüyündə bir göstəricidir. Yəni, sizin xahişiniz və verilən tapşırıqlar nəticəsində bunu qısa müddət ərzində edə bildik. Bütün başqa məsələləri də həll edəcəyik.
Məktəbin açılışında da bərabər iştirak edəcəyik, digər məsələlərin həlli ilə bağlı görüşəcəyik. Bu, böyük və genişmiqyaslı proqramdır, bütün qəsəbələri əhatə edəcəkdir. Buradakı xəritədə çəkilmiş və çəkiləcək yollar da göstərilir. İndi su-kanalizasiya layihələri də icra olunmağa başlayır. Əlbəttə, elə etməliyik ki, su-kanalizasiya xətlərinin çəkilişindən sonra asfalt salınsın.
O ki qaldı, su borclarının silinməsinə, bilirsiniz ki, Azərbaycanda çox güclü sosial siyasət aparılır. İndi biz elə etməliyik ki, insanlar daha da rahat yaşasınlar. Biz bilirik ki, bəzi insanların imkanı hələ ki, məhduddur. O borclar uzun illərdir ki, yığılıbdır. Onların hesablanmasında da müəyyən çətinliklər olmuşdur. Ona görə bu məsələnin birdəfəlik həlli üçün qərar qəbul etdik ki, borclar silinsin. Amma o şərtlə ki, bundan sonra su tarifləri ödənilsin.
Bir daha sizi təbrik edirəm. Bu, görülmüş işlərin ancaq başlanğıcıdır. Biz hələ belə gözəl tədbirlərdə çox görüşəcəyik.
Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda sakinlər Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşüb.
Prezident İlham Əliyev qəsəbə sakinlərini salamlayaraq deyib: “Salam, sabahınız xeyir. Bütün qəsəbələrdə işlər gedir. Bu yaxınlarda Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramı qəbul olunacaqdır. Proqramda hər bir qəsəbəyə aid xüsusi məsələlərin həlli də nəzərdə tutulub. Ona görə mən indi bütün qəsəbələri gəzirəm, insanlarla görüşürəm ki, hansı məsələlərin sizi narahat etdiyini sizdən eşidim, nəyi əlavə etməliyik? Hansı məsələlər birinci dərəcəli məsələlərdir ki, biz bütün işləri lazımi səviyyədə görək. Biz indi qəsəbələrdə yolların çəkilişi ilə ciddi məşğuluq. Biləcəri qəsəbəsində də bu proses başlamışdır. Burada yolların əksər hissəsi torpaq yollardır. Qış aylarında yollardan keçmək o qədər də asan deyildir. Ona görə də yolların çəkilişi birinci dərəcəli məsələdir. Digər bütün məsələlər də öz həllini tapmalıdır. Biləcəri qəsəbəsi böyük qəsəbədir. Burada əhalinin sayı da kifayət qədər çoxdur. Böyük maliyyə resursları tələb edən proqramdır. Ancaq biz bunu etməliyik. İndi regionlarda, demək olar ki, bütün rayonlarda quruculuq işləri gedir. Hər bir rayonda məktəb, xəstəxana tikilir, qaz xətləri, su xətləri çəkilir. Eyni zamanda, Bakı qəsəbələrində də bu işlər yüksək səviyyədə görülməlidir. Bakıda 40-dan yuxarı qəsəbə vardır. Bu qəsəbələrdə səkkiz yüz mindən artıq əhali yaşayır. Bu insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti nə lazımdırsa, onu edəcəkdir. Sosial infrastrukturun yaradılması, yollar, qaz, işıq, kanalizasiya məsələləri həll ediləcəkdir. Biləcəridə bu məsələlərin böyük hissəsi öz həllini tapıb. Qazlaşdırma yüz faizdir, elektrik enerjisi ilə, ümumiyyətlə, ölkə daxilində heç bir problem yoxdur. Kanalizasiya xətləri var, suyun verilməsi təmin edilir. Buna görə sizdən də eşitmək istəyirəm ki, birinci növbədə hansı məsələlərin həlli vacibdir? Necə edək ki, bu qəsəbədə bütün infrastruktur, sosial məsələlər öz həllini yüksək səviyyədə tapsın? Bu məqsədlə gəlmişəm ki, sizdən eşidim, əlavə biz nə etməliyik?”.
Biləcəri qəsəbəsində su, kanalizasiya, enerji və qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirən sakinlər görülən işlərlə bağlı Prezidentə minnətdarlıq ediblər. Sakinlər dövlətimizin başçısından qəsəbədə yeni məktəb binasının inşa olunmasını və əhalinin istirahəti üçün lazımi şəraitin olmadığı Dəmiryolçular parkında yenidənqurma işlərinin aparılmasını xahiş ediblər.
Sakinlərlə görüşdən sonra Prezident İlham Əliyev Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkına gəlib və buradakı vəziyyətlə yerində tanış olub.
Böyük bir ərazini əhatə edən park vaxtilə qəsəbə sakinlərinin ən çox istirahət etdiyi guşələrdən biri olub.
Parkdakı mövcud vəziyyətlə tanış olan dövlətimizin başçısı sakinlərin istirahəti üçün burada tələb olunan müasir infrastrukturun yaradılması, bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müvafiq göstərişlərini verib.
Sonda sakinlər Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Qəsəbədə su və kanalizasiya məsələlərinin həll ediləcəyi, məhəllədaxili küçələrdə müasir işıqlandırma sisteminin qurulacağı bildirilib.
Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Sulutəpə qəsəbəsinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıq edən sakinlər qəsəbədə fəaliyyət göstərən orta məktəb binasının əlavə korpusa ehtiyac olduğunu deyiblər və yeni korpusun inşa edilməsini dövlət başçısından xahiş ediblər.
Prezident İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36

