Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

19.04.2011 [09:43]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə səfər proqramının kifayət qədər geniş olduğunu vurğulayan dövlətimizin başçısı bu səfərin  uğurlu olacağına əminliyini ifadə edib. Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə belə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinin  önəmini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etməsindən və genişlənməsindən məmnunluğunu bildirib. Riqada latviyalı həmkarı ilə əldə olunan razılaşmaya uyğun olaraq əlaqələrimizin bütün istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyini bildirən Prezident İlham Əliyev  Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə səfərinin  ikitərəfli münasibətlərimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu deyib. Daxili işlər naziri xanım Linda Murniese Latviya Respublikasının Prezidenti Valdis Zatlersin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Latviya Prezidentinin  Prezident İlham Əliyevin  Riqaya səfərini və dövlətimizin başçısı ilə keçirdiyi əvvəlki bütün görüşləri məmnunluqla xatırladığını vurğulayıb. Xanım Linda Murniese ölkəmizə səfəri zamanı keçirəcəyi görüşlərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 907 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30