Azərbaycan dünyada analoqu olmayan inkişaf yolu keçib
30.04.2011 [09:52]
Məlum olduğu kimi, Prezident İlham Əliyev həyata keçirdiyi mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Azərbaycanın yeni iqtisadi modeli çoxşaxəli iqtisadiyyatın inkişafına və innovativ iqtisadiyyatın möhkəmlənməsinə əsaslanır. Bu modelin baza sütunları diversifikasiya siyasətinin dərinləşdirilməsi nəticəsində iqtisadiyyatda liberalizmin daha dərin xarakter almasından, innovasiyaların iqtisadi idarəetmədə möhkəmlənməsindən ibarətdir. İqtisadiyyatdakı dinamizm, idarəetmə sisteminin bütün bölmələrində struktur baxımından keyfiyyət dəyişiklikləri, sosial islahatların tamamilə modernizasiyası yeni iqtisadi modelin doğurduğu pozitiv tendensiyaların məntiqi nəticəsidir. Təsadüfi deyil ki, bu strateji konsepsiyanın həyata keçirilməsi nəticəsində respublikamız keçid iqtisadiyyatını arxada qoyub.
Son illərin makroiqtisadi mənzərəsi fonunda onu demək mümkündür ki, Azərbaycan tamamilə yeni inkişaf erasına daxil olub, özünün mükəmməl iqtisadi modelini tətbiq etməklə davamlı və pozitiv artım meyilləri əldə edib. Bu gün Azərbaycan iqtisadiyyatı dünyada nisbətən daha dinamik inkişaf edən iqtisadiyyatlardan biridir və son beş il ərzində üDM-in artım tempinə görə MDB-də liderlik edir. Bütün bu amillər isə Azərbaycanın dünyada analoqu olmayan inkişaf yolu keçdiyini şərtləndirir. Bu yüksək uğurları qiymətləndirən Prezident İlham Əliyev deyib ki, respublikamız öz mükəmməl iqtisadi inkişafı ilə dünyada fenomen iqtisadiyyata malikdir: “Son yeddi ildə Azərbaycanda bir milyona yaxın yeni iş yerləri açılmışdır ki, bunların mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır. Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir”.
Prezident İlham Əliyevin bildirdiyi kimi, son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik. Bununla bərabər, iqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. 2010-cu ildə Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. Yola saldığımız ildə qeydə alınan yüksək makroiqtisadi indikatorlar nüfuzlu tədqiqat institutları tərəfindən təqdir olunub. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, “Ernst ənd Yonq”, “Mudz”, “Fitç İbka”, “Standart ənd Purs” kimi dünyanın ən nüfuzlu maliyyə institutları və reytinq təşkilatlarının 2010-cu ilə dair hazırladığı rəy sorğularında və hesabatlarda respublikamızdakı inkişaf dinamikası və sistemli islahatlar öz müsbət təsdiqini tapıb.
Dövlət başçısı qeyd edib ki, respublikamızın mövcud iqtisadi resursları, əmək ehtiyatları və elmi-nəzəri əsaslara malik olan inkişaf modeli hesabına davamlı və uzunmüddətli sosial-iqtisadi tərəqqini təmin etmək mümkündür. ölkəmizin qarşıdakı illər üzrə sıçrayışlı inkişafına baza yaradan başlıca təməllərin əsasını düşünülmüş iqtisadi strategiyanın elmi-konseptual istiqamətləri təşkil edir. Azərbaycanın müəyyən olunmuş mükəmməl iqtisadi strategiyasının alt qatında isə zəngin iqtisadi resursları hərəkətə gətirən və dünya bazarlarına nəql etməyə imkan verən elmi-iqtisadi-nəzəri konsepsiya dayanır. Dövlət başçısının bəyan etdiyi kimi, bu konsepsiya, bu siyasət Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafını təmin edəcək: “Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?!”.
Azərbaycan artıq XXI əsrin ikinci onilliyində daha çox neftdən kənar sahələrin inkişafını stimullaşdırmaqla yaxın illərdə qeyri-neft sektorunun tarazlı inkişafını təmin etməyi başlıca məqsəd hesab edir. Postneft mərhələsindən sonra iqtisadiyyatda dominantlığın qeyri-neft sektoruna keçəcəyi şübhəsizdir və artıq bunun təzahürləri açıq şəkildə hiss olunur.
Hazırda ölkəmizin siyasi və iqtisadi reformalarında ana xətt sosial inkişafa təminat verən və vətəndaşların cəmiyyətdə yüksək sosial imkanlara malik olmasını təmin edən komponentlərdən ibarətdir. Bu isə yüksək gəlirli dövlətin güclü sosial islahatlar aparmaq iqtidarının və əzminin sayəsində mümkün olur. Sirr deyil ki, artıq dünya Azərbaycanı “orta gəlirli ölkələr” statusunda qəbul edir və bu iqtisadi güc sözsüz ki, ölkənin və onun insanlarının yaxşı yaşayışının göstəricisini müəyyən edir. Bu siyasətin başlıca mahiyyəti yaxın illərdə respublikamızın “orta gəlirli ölkələr” şkalasındakı daha pozitiv indikatorlara çatmasından ibarətdir.
Məlumdur ki, “orta gəlirli ölkələr” qrupunun daha yüksək şkalası var və burada adambaşına düşən milli məhsulun həcmi 17-18 min dollara çatdırılması əsas meyardır. ölkəmizdə hazırda hər nəfərə düşən üDM-in həcmi təxminən 10 min dollar təşkil edir. Yəni, ölkəmizin iqtisadiyyatının artım tempini 2 dəfə artırmaqla buna nail olmaq mümkündür. üDM-in həcmi təxminən 70-75 milyard manat təşkil etməli, dövlət büdcəsinin gəlirləri isə 20-22 milyard manata bərabər olmalıdır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

