Azərbaycan-Litva münasibətləri uğurla inkişaf edir
03.05.2011 [10:15]
Dünən Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Litva dövləti başçısının rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Dalya Qribauskaytenin təkbətək görüşü olub. Prezident İlham Əliyev qonağı salamlayaraq deyib: “Hörmətli xanım Prezident, xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimə çox şadam. Bu, Sizin ölkəmizə ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq və biz çox maraqlı müzakirələr aparacağıq. çünki ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir və bir çox sahəni əhatə edir. Ona da əminəm ki, Sizin səfəriniz bu əlaqələrin genişləndirilməsində, aramızdakı siyasi dialoqun və iqtisadi əlaqələrin dərinləşməsində vacib rol oynayacaqdır. Əlbəttə ki, biz regional əhəmiyyət daşıyan bir sıra məsələləri də müzakirə edəcəyik. Uğurlu nəticələr əldə edəcəyimizə əminəm. Bir daha Sizə “Azərbaycana xoş gəlmisiniz” deyirəm və ümid edirəm ki, ölkəmizə səfəriniz uğurlu olacaqdır”.
Litva Prezidenti Dalya Qribauskayte təşəkkür edərək deyib: “Dəvətinizə görə çox minnətdaram. Bir neçə ay əvvəl Sizinlə danışanda artıq qərara gəlmişdim ki, ATƏT-ə sədrlik edən bir dövlətin başçısı kimi Azərbaycana səfərə gələcəyəm. Bu halda söhbət, təbii ki, regional məsələlərdən gedirdi. İkitərəfli iqtisadi münasibətlərimizin yaxşı olduğunu nəzərə alaraq, müzakirə edə biləcəyimiz bir çox məsələlər, görəcəyimiz bir çox işlər vardır. Avropa ilə apardığınız danışıqlardan, Tvininq layihəsi vasitəsilə verilən töhfədən, danışıqların aparılmasında təcrübə mübadiləsindən bəhrələnə bilərik. Biz Sizinlə təcrübə mübadiləsi aparmağa açığıq. Sağ olun”.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Dalya Qribauskayte mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib ki, Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir: “Əminəm ki, xanım Prezidentin səfəri ölkələrimiz arasında siyasi münasibətləri daha da möhkəmləndirəcəkdir. Zənnimcə, iqtisadi sahədə əlaqələrimizin, xüsusən də işgüzar dairələr arasında birbaşa təmasların inkişafı üçün yaxşı potensial vardır. Bilirəm ki, hazırda qarşılıqlı maraq artmaqdadır. Biznes dairələrimiz tərəfindən Litvada müxtəlif sərmayə imkanları qiymətləndirilir. Hesab edirəm ki, gələcəyə nəzər salaraq iqtisadi əlaqələrimizin genişləndirilməsi üzərində düşünməliyik. çünki iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, bir-birini tamamlayır. Buna görə əminəm ki, yaxşı siyasi münasibətlərimiz biznes dairələrimizə daha fəal olmaq üçün bir işarə olacaqdır”.
Dövlət başçısı İlham Əliyev bildirib ki, Azərbaycanın nəhəng neft və qaz ehtiyatları var: “ölkəmiz artıq mövcud daşıma infrastrukturuna və karbohidrogenlərimizi müxtəlif istiqamətlərə nəql edən çox sayda boru kəmərinə malikdir. Bu sahədə Avropa ilə Azərbaycan arasında mövcud əməkdaşlıq qarşılıqlı faydaya əsaslanır. Əminəm ki, gələn illər ərzində bunun daha yaxşı nəticələrini görəcəyik. Əlbəttə ki, enerji sahəsində əlaqələr Avropa İttifaqı ilə əməkdaşlığımızın mühüm bir hissəsidir. Biz Azərbaycanın iştirak etdiyi “Şərq tərəfdaşlığı” Proqramına verdiyi dəstəyə görə Litvaya minnətdarıq”.
Litva Prezidenti Dalya Qribauskayte çıxış edərək deyib ki, Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə gəldikdə, iqtisadi əlaqələrimizin təkmilləşməsindən çox razıyıq. Dalya Qribauskayte Litvanın Avropa İttifaqına üzvlük sahəsində apardığı danışıqlardan əldə etdiyi təcrübəni Azərbaycan ilə bölüşməyə hazır olduğunu deyib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsini müsbət qiymətləndirən Litva dövlətinin başçısı bu məsələnin, həmçinin onun ölkəsində gündəlikdə durduğunu bildirərək deyib: “Müəyyən müsbət addımlar vardır. Biz bunu, xüsusən də, yeni qəbul etdiyiniz korrupsiyaya qarşı proqramın həyata keçirilməsində görürük. Bu məsələ, həmçinin şəxsən mənim və ölkəmin gündəliyində duran məsələdir. Bu problem bu və ya digər dərəcədə hər bir ölkədə vardır. Sizin ölkənizdə Prezidentiniz tərəfindən bu proqramın başlanması çox yaxşı işarədir”.
Ali qonaq Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

