Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib

Prezident İlham Əliyev İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib

11.05.2011 [10:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
İSESKO-nun Baş direktoru xalqımızın ümummilli lider Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu  və bu günün ən xoş hisslərlə qeyd edildiyini xüsusi vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycan ilə İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq Baş direktor Əbdüləziz bin Osman əl-Tüveycrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev bu yaxınlarda  Bakıda keçirilmiş ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq Əbdüləziz bin Osman əl-Tüveycrinin bu beynəlxalq tədbirdə iştirakının əhəmiyyətini vurğulayıb.
İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakının artıq  mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsinin önəmini qeyd edib.
Görüşdə Azərbaycan-İSESKO əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Paylaş:
Baxılıb: 1208 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31