/ / İnkişaf edən və güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətin ən gözəl nümunəsidir
İnkişaf edən və güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətin ən gözəl nümunəsidir
12.05.2011 [10:03]
Xəbər verdiyimiz kimi, mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Latviyanın birinci xanımı Lilita Zatlere xatirə şəkli çəkdiriblər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başlayıb.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək müstəqil Azərbaycanın mövcud olduğu 20 il ərzində ölkəmizin böyük uğurlar qazandığını bildirib. Bu gün Azərbaycanın güclü bir dövlət olduğunu vurğulayan Mehriban xanım Əliyeva deyib ki, biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət Heydər Əliyevin silinməz izlərini görürük: “Müstəqilliyimizin ilk illərini xatırlayaq. ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi və mən bu axşam onları sadalamaq istəməzdim. Qısa söyləsəm, sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. Uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, O, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu. Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün Onun ən sevimli kəlmələrindən birini - “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik”.
Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunun xalqa və Vətənə xidmət rəmzinə çevrildiyini vurğulayan Mehriban xanım Əliyeva Ulu öndərin adını daşıyan Fondun 7 illik fəaliyyətini xatırladıb: “Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır”.
Sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.
Ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə Azərbaycan xalqının dərin hörmət və ehtiramını ifadə edən dövlətimizin başçısı deyib ki, ümummilli lider bütün dövrlərdə doğma xalqına, Vətəninə sədaqətlə xidmət edib: “Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir. ümummilli lider ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanın inkişafına çox böyük töhfələr vermişdir”.
Prezident İlham Əliyev bildirib ki, Ulu öndər bütün dövrlərdə şərəflə yaşayıb, bütün sınaqlardan üzüağ çıxıb. ümummilli liderin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışının zamanın və xalqın tələbi olduğunu bildirən dövlətimizin başçısı qeyd edib ki, əgər o vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi: “Biz bütün bu tarixi anları yaxşı xatırlayırıq və bir daha bu məsələyə diqqət verməklə Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu bir daha görürük. Məhz o illərdə Azərbaycanın müasir siyasi sisteminin formalaşması üçün tarixi hadisə baş vermişdir. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdır. Yarandığı gündən indiyə qədər Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə olaraq, ölkəmizin inkişafı üçün böyük xidmətlər göstərmişdir. Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı da zamanın və xalqın tələbi idi. O vaxt Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı, ölkədə xaos, anarxiya, böhran hökm sürürdü. İqtisadi və siyasi böhran ölkəmizin gələcək müstəqil həyatını sual altına qoymuşdu. Xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı, bütün qanunsuz silahlı birləşmələr tərk-silah edildi, sabitlik yarandı və Azərbaycan inkişaf etməyə başladı. Əgər o vaxt Heydər Əliyev qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi”.
1993-2003-cü illərin Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qaldığını deyən Prezident İlham Əliyev bildirib ki, dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993-cü ildə qoyulub və o vaxtdan bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir: “Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.
Müstəqilliyin bizim üçün ən böyük sərvət olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir.
Sonra Heydər Əliyev Mükafatının təqdimatı olub.
Heydər Əliyev Mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin 2011-ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə yazıçı Anar Rəsul oğlu Rzayev Heydər Əliyev Mükafatı ilə təltif olunub.
Dövlətimizin başçısı mükafatı Anar Rzayevə təqdim edib.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının 2011-ci il qalibləri elan olunub.
İlk nominasiyada qalib ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, ölkəmizin YUNESKO ilə əlaqələrinin inkişafına, mədəniyyətlərarası mübadilədə Azərbaycanın uğurlu təqdimatına verdiyi töhfələrə görə YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura elan olunub.
Növbəti nominasiyanın qalibi isə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri elan edilib.
Hər iki qalibə Heydər Əliyev Fondunun beynəlxalq mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.
Mükafatlandırma mərasimindən sonra Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub.
Konsertdə dünya şöhrətli “İl-divo” qrupunun və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, istedadlı tenor Samir Cəfərovun ifaları da maraqla qarşılanıb.
Bununla da mərasim başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24

