/ / Dövlət başçısı İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Mərdəkanda görülən işlərlə tanış olub
Dövlət başçısı İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Mərdəkanda görülən işlərlə tanış olub
13.05.2011 [10:09]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olub.
Dünən Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində görülən işlərlə yaxından tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında həyata keçirilən quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Bakının digər kənd və qəsəbələrində olduğu kimi, Mərdəkanda da qəsəbədaxili yolların əsaslı yenidən qurulması işlərinə başlanıb. Buradakı yolların 16 min 500 kvadratmetr sahəsinə artıq yeni asfalt döşənib, əlavə olaraq 19 min kvadratmetr əraziyə isə asfalt salınması nəzərdə tutulur. Mərdəkan qəsəbəsində su və qaz xətlərinin yeniləri ilə əvəzlənəcəyi, Bakının digər kənd və qəsəbələrində olduğu kimi, bu qəsəbədə də kanalizasiya sisteminin qurulacağının dövlət proqramına salındığı qeyd edilib. Qəsəbənin işıqlandırma sistemi də tamamilə yenidən qurulacaq. Mərdəkanda 181 nömrəli orta məktəbin, 91 və 221 nömrəli körpələr evi və uşaq bağçalarının, 26 nömrəli birləşmiş şəhər xəstəxanasının, 2 nömrəli vərəm sanatoriyasının binalarının əsaslı şəkildə yenidən qurulacağı və ən müasir tələblərə cavab verən avadanlıq və inventarlarla təchiz ediləcəyi bildirilib.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı qəsəbə sakinləri ilə görüşüb.
Prezident İlham Əliyev qəsəbə ictimaiyyətinin nümayəndələrini salamlayaraq deyib ki, Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi Proqram hazırlanıb, kompleks tədbirlər nəzərdə tutulur: “Bu ayın əvvəlində Proqram təsdiq olunub və yaxın zamanlarda işlər sürətlə aparılacaqdır. Artıq işlərin müəyyən hissəsi başlanmışdır. O cümlədən Mərdəkan qəsəbəsində yolların çəkilişi işləri başlanmışdır. Bu işlər geniş vüsət alacaqdır. Bütün qəsəbələrdə infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Proqram mətbuatda dərc edilib, hər kəs onunla tanış ola bilər. Hər bir qəsəbə üzrə konkret tapşırıqlar verilmişdir. O ki qaldı Mərdəkan qəsəbəsinə, burada məktəbin, uşaq bağçalarının təmiri nəzərdə tutulub. Xəstəxana əsaslı təmir olunacaqdır. Yollar çəkiləcəkdir. Qazlaşdırma layihəsi nəzərdə tutulur. Əlbəttə ki, su və kanalizasiya layihələri də öz həllini gözləyir. Beləliklə, Proqramın icrası nəticəsində 2013-cü ilə qədər hər bir qəsəbədə bütün sosial və iqtisadi məsələlər öz həllini tapmalıdır. Bilirsiniz ki, mən bu ərəfədə bir neçə qəsəbədə vəziyyətlə tanış olmuşam, sakinlərin arzularını dinləmişəm. Artıq Proqram qəbul edilib. Əlbəttə, gərək biz bu proqramın icrasını yoxlayaq, nəzarət edək, həm mən, həm də siz. Mən istəyirəm ki, bütün qəsəbələrdə işlər qısa müddət ərzində, sürətlə aparılsın ki, insanları narahat edən məsələlər həll olunsun. Biz bu məsələləri, bu problemləri bilirik. Ona görə hesab etdim ki, Bakı və Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi Dövlət Proqramı qəbul edilməli idi və biz bunu etdik. Bütün dövlət qurumlarına tapşırıqlar verilmişdir ki, fəal işləsinlər və yerli sakinlərin xahişləri, arzuları da mütləq nəzərə alınmalıdır. Biz çalışmışıq ki, Proqramda bütün məsələləri əhatə edək. Ancaq təcrübə göstərir ki, bəzi hallarda bu, mümkün olmur. çünki 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunanda orada bəzi məsələlər nəzərdə tutulmamışdı. Ona görə, biz vaxtaşırı o proqrama əlavələr də etmişik. Bu Proqramla da bağlı oxşar vəziyyət yarana bilər. Ona görə əlavə təkliflər olan zaman onlara da baxılacaqdır. Ancaq biz çalışmışıq ki, insanları narahat edən əsas infrastruktur məsələləri orada öz həllini tapsın. Artıq işlər başlanmışdır. Əminəm ki, bütün tapşırıqlar vaxtında yerinə yetiriləcəkdir”.
Prezident İlham Əliyev vurğulayıb ki, Xəzər rayonu böyük, qədim rayondur: “Mərdəkan böyük tarixə malik olan qəsəbədir, böyük və zəngin tarixi, mədəniyyəti vardır. Mən çox istəyirəm ki, burada bütün işlər yüksək səviyyədə görülsün. İndi Mərdəkana çox möhtəşəm giriş də yaradırıq, gözəl körpü tikilir. Siz yaxşı bilirsiniz ki, vaxtilə Mərdəkan dairəsində maşınlar bir neçə dəqiqə, bəlkə də yarım saat tıxacda dayanırdı. Mərdəkana məsafə azalmasa da, indi zaman baxımından daha sürətlə gəlmək mümkündür. çünki artıq bu yolda heç bir dairə qalmamışdır. Onların yerində gözəl körpülər, yol ötürücüləri tikilib, yol genişləndirilib. İndi şəhərə getmək çox rahatdır.
Mərdəkanın daxili yolları da təmir olunacaqdır. Siz yaxşı bilirsiniz ki, bu yollar o qədər də enli deyildir. Amma əsas küçənin yenidən qurulması layihəsi işlənilir, təqdim olunacaq və bərabər baxacağıq ki, o küçəni nəqliyyat və piyadalar üçün daha da yüksək səviyyədə quraq. Bütün bu məsələlər öz həllini tapacaqdır. Sadəcə, mən istəyirəm ki, bu işlər sürətlə həll olunsun.
Qəbul edilmiş Proqram çox böyük proqramdır. Həm texniki cəhətdən, həm maliyyə baxımından böyük iş tələb edən layihədir. Bu Proqramın icrası üçün çox böyük vəsait tələb olunacaqdır. Biz bu il dövlət büdcəsinə əlavələr də edəcəyik ki, bu işləri təxirə salmadan həll edək. Ancaq buna baxmayaraq, Proqramın icra müddəti cəmi iki il yarımdır. Nə üçün? çünki mən istəyirəm ki, bu məsələlər tezliklə həll olunsun. Əlbəttə ki, burada ictimai nəzarət də çox güclü olmalıdır. İctimai nəzarət də sizdən asılı olacaqdır. İndi işlər başlanacaq, yollar, su xətləri çəkiləcək, qaz xətləri yenidən çəkiləcəkdir. Elə etməliyik ki, keyfiyyətli olsun. çünki dövlət vəsait ayırır və işlər görülür, bəzi hallarda görülmüş işlər bizi qane etmir. Nə üçün?! çünki ictimai nəzarət zəif olubdur. İş icraçıları vəzifə borclarına məsuliyyətsiz yanaşmışlar. Ona görə ictimai nəzarət çox güclü olmalıdır. Sizdən və bütün qəsəbələrdə yaşayan sakinlərdən xahiş edirəm ki, əgər hansısa bir məsələ düzgün həll olunmursa, yaxud da ki, hansısa qüsur varsa, mütləq mənə məlumat göndərin. İndi həm məktub göndərmək olar, elektron poçt vardır, yəni müxtəlif yollarla məlumat çatdırmaq mümkündür. Elə etməliyik ki, işlər yüksək səviyyədə görülsün və sakinlərin arzuları mütləq nəzərə alınsın”.
Mərdəkanda həyata keçirilən quruculuq tədbirlərinə görə dövlətimizin başçısına minnətdarlıq edən sakinlər görüləcək işlərlə bağlı fikir və təkliflərini söyləyiblər.
Qəsəbə ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.
Sonra Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin binası ilə tanış olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

