Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir
14.05.2011 [00:57]
Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. ölkəmizin beynəlxalq reytinqi son illər davamlı olaraq artmaqdadır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilən mərasimdəki çıxışında Prezident İlham Əliyev respublikamızın yüksək inkişaf edən, dünyada öz mövqeyini möhkəmləndirən və güclü siyasi, iqtisadi, sosial strategiyaya malik ölkəyə çevrildiyini bəyan edib: “Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir. Bununla bərabər, ölkəmizin sosial-iqtisadi inkişafının davamı üçün konkret layihələr, konkret proqramlar icra edilir. Bu gün Azərbaycan, eyni zamanda, regionda sabitləşdirici amildir. Bizim təşəbbüslər bir çox hallarda regionda həlledici rol oynayır. Regional məsələlərdə iştirakımız regional əməkdaşlığı daha da zənginləşdirir. Bu regional əməkdaşlığın hüdudları da genişləndirilir”.
Bu gün Azərbaycanın inkişafının da əsas səbəbi məhz düşünülmüş iqtisadi strategiyanın həyata keçirilməsidir. Güclü iqtisadiyyat həm siyasi, həm də makroiqtisadi sabitlik nəticəsində mümkün olur. Sabitliyin möhkəm olmasının əsas göstəricisi isə xalqla iqtidar arasında olan birlikdir. Bu birliyin daha da möhkəmlənməsi siyasi və iqtisadi sabitliyin güclənməsini təmin etməklə bərabər, xarici dövlətlərin ölkəmizlə əməkdaşlıq niyyətlərini artırır. Sabit və iqtisadi cəhətdən əlverişli mühitin tam təmin olunduğu Azərbaycan hər bir xarici dövlət üçün böyük maraq doğurur. Azərbaycanın regionda sabitləşdirici amilə çevrilməsi tərəfdaş ölkələrin bütün iqtisadi məsələlərdə respublikamıza önəm verməsini şərtləndirir. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycanın müəllifi olduğu, eyni zamanda, təşəbbüskarlıq göstərdiyi layihələrin reallaşması sayəsində respublikamız dünya birliyində ən etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Bu gün Azərbaycanın irəli sürdüyü və icra etdiyi layihələr tərəfdaş dövlətlərin sayının durmadan artmasına səbəb olmaqdadır.
Hazırda Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla yeni ixrac marşrutlarının yaradılmasına imza atır. Respublikamız diversifikasiya siyasəti yürüdərək bölgənin geocoğrafi xəritəsini dəyişir, dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Dünyanın 30-dan çox ölkəsinə karbohidrogen resurslarının nəqli ilə gücünü artıran Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırası hər il genişlənir. Təkcə, 2011-ci ilin ötən 4 ayı ərzində bir neçə dövlət başçısının respublikamıza davamlı xarakter alan səfərləri enerji sahəsində yeni əməkdaşlıq təmaslarının qurulmasının əyani nümunəsi sayıla bilər. Bu faktorlar, Azərbaycanın zəngin və ən etibarlı enerji ölkəsi olmasını təsdiqləməklə bərabər, respublikamızın 100, 200 il dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır.
Respublikamızda həyata keçirilən siyasət, eyni zamanda, ölkə daxilində güclü infrastrukturların, yüksək innovasiyaların tətbiqinə səbəb olmaqdadır. Regionlarda və Bakının qəsəbə və kəndlərində aparılan genişmiqyaslı yenidənqurma işləri ölkəmizin ümumi inkişafını gücləndirir. Bu gün hər bir rayonun kənd və qəsəbəsində çəkilən yeni yollar, dəyişdirilən su və kanalizasiya xətləri, aparılan qazlaşdırma işləri, tikilən məktəb, xəstəxana və digər sosial obyektlər istifadəyə verildikdən sonra qarşıdakı illərdə müasir inkişaf mərhələsinin reallıqlarına əsasən daha yeni-yeni bu cür infrastrukturlar yaradılacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxacaq. Dövlət bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək.
Prezident İlham Əliyev ölkəmizin hərtərəfli və davamlı inkişafı üçün məqsədyönlü siyasətin gücləndirildiyini diqqətə çatdıraraq hər bir rayonun özünün ayrıca inkişaf planının, sosial-iqtisadi vəziyyəti ilə bağlı konkret proqramın hazırlanaraq icra olunduğunu xatırladıb: “ölkəmizdə elə bir sahə yoxdur ki, o sahə üzrə konkret proqram olmasın və həmin proqram icra edilməsin. Bir sözlə, bugünkü Azərbaycan güclü, müasir, öz gücünə arxalanan dövlətdir. Biz elə etməliyik ki, ölkəmizi bundan sonra da gücləndirək, inkişaf etdirək, qarşıda duran bütün vəzifələri icra edək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq üçün əlavə tədbirlər görək, iqtisadi və sosial məsələlərin həllinə nail olaq”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

