Sülh naminə: vasitəçi, yoxsa tərəfdaş...
08.03.2023 [10:40]
Məsələnin həlli prioritetdir!
Ağ Ev yeganə yolu birbaşa dialoqda görür
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda da diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda, vasitəçilik cəhdləri də təsdiqləyir. Danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, qeyd olunduğu kimi, sülh gündəliyi Qərbin, əsasən da ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir. Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, martın 5-də Qarabağda ölümlə nəticələnən atışma ilə bağlı xəbərləri izləyirik. Onun sözlərinə görə, sülhü təmin etməyin yeganə yolu danışıqlar masasına oturmaqdır: “İrəli getmək üçün yeganə yolun birbaşa dialoq və diplomatiya olduğunu diqqətə çatdırmaq üçün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono regiondadır. Dövlət katibinin qeyd etdiyi kimi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarının tərəfdarıdır”.
ABŞ vasitəçi yox, tərəfdaşdır...
Vurğulanmalıdır ki, son dövrlərdə ABŞ-ın sülhün əldə olunması yönündə apardığı xətt xüsusilə diqqət çəkir. Rəsmi Vaşinqtonun regionla bağlı siyasətinə nəzər saldıqda bəzi nüansları daha aydın görmək mümkündür:
- Ağ Ev ilk növbədə təhlükəsizlik arxitekturasının qurulmasını və möhkəmlənməsini istəyir;
- Dəfələrlə görüşlərin birbaşa dialoq kontekstində keçirilməsi fikrini ortaya qoyan ABŞ həm də regional etimadın formalaşdırılmasını arzulayır;
- Yeni situasiyada Azərbaycanın davranışları ABŞ, üçün xüsusi əhəmiyyət daşıyır - o baxımdan ki, ABŞ ölkəmizi regionun əsas dövləti kimi dəyərləndirir.
Azərbaycanın yaratdığı reallıqlar isə göz önündədir - ölkəmiz böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış edir. Bu isə həm də Azərbaycanın tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilməsinə yol açır. Bunu ABŞ tərəfi də etiraf edir - Ned Prays brifinqdəki çıxışında bildirib ki, sülh danışıqları prosesində ən yaxşı nəticə - Azərbaycanla Ermənistan arasında birbaşa dialoq və müzakirələrin davam etdirilməsi zərurətinin yaranmasıdır: “Bu, tərəflər üçün vacib şərtdir. Biz üçtərəfli qaydada xarici işlər nazirləri arasında, eləcə də liderlər səviyyəsində qarşılıqlı əlaqəni asanlaşdıraraq hər iki ölkə üçün tərəfdaş rolunu oynadıq. Biz davamlı sülhün qurulması səylərində, istər ikitərəfli, istər üçtərəfli, istərsə də çoxtərəfli qaydada tərəfdaşlığa davam etməyə hazırıq”.
O, Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana son səfəri zamanı səsləndirdiyi “Qarabağ problemini həll etməyin ən yaxşı yolu Rusiyanın vasitəçilik səylərinə sadiq qalmasıdır” fikrinə də münasibət bildirib. Prays deyib ki, bu, Azərbaycan və Ermənistana aid olan məsələdir, ABŞ vasitəçiliklə bağlı hər hansı digər təklifə qarşı çıxmaq fikrində deyil, əslində ABŞ vasitəçi deyil: “Biz bu hər iki ölkənin tərəfdaşıyıq. Düşünürəm ki, biz iki ölkə ilə münasibətlərimizin xarakterini, iki ölkəni bir araya gətirməyə qadir olduğumuzu, Ermənistanla Azərbaycan arasında münasibətlərin gələcək inkişafına töhfə verməyə hazır olduğumuzu həm sözdə, həm də əməldə nümayiş etdirdik”.
Başqa sözlə, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ-ın özünü tərəfdaş adlandırması Azərbaycanla münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər yaradır. Azərbaycanın apardığı siyasət həm də ABŞ-ın ölkəmizə olan diqqətinin artmasında əhəmiyyətli rol oynayır. ABŞ qlobal səviyyədə təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlərdə ardıcıl siyasət yürüdür və Azərbaycan hər zaman rəsmi
Vaşinqtonun vacib tərəfdaşı qismində çıxış edib. Bir sıra ölkələrdə sülhməramlı missiyanın tərkibində uğurlu iştirakı Azərbaycan ilə ABŞ-a terrorizmə qarşı mübarizədə vahid platformadan çıxış etmək imkanı qazandırıb. Eyni zamanda, enerji və iqtisadi mövzularda, qaçaqmalçılıqla, kibercinayətkarlıqla, iqtisadi cinayətkarlıqla mübarizədə iki dövlət hər zaman eyni mövqedən çıxış edib. Bu sahələr üzrə mübarizədə də həmişə Azərbaycan ABŞ-ın vacib tərəfdaşı olub.
Ən əsası isə enerji məsələsində Azərbaycan ilə ABŞ-ın maraqları hər zaman üst-üstə düşüb. Hazırki situasiyada ABŞ-ın Azərbaycanı tərəfdaş adlandırması, münasibətləri bu istiqamətdə inkişaf etdirməyə çalışması isə Amerikanın Cənubi Qafqazda mövqelərinin möhkəmləndirməsinə yol açacaq faktora çevrilə bilər. Çünki Azərbaycan II Qarabağ müharibəsində qazanılan zəfər nəticəsində bu gün regional güc mərkəzi statusunda çıxış edir. Bu mənada regionda formalaşacaq əməkdaşlıq platformaları da məhz Azərbaycanın iştirakı və təşəbbüsü ilə yaranır...
Həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur...
Təbii ki, əməkdaşlığın daha yüksək səviyyəyə çatması üçün isə ilkin şərtlər formalaşdırılmalıdır. Başqa sözlə, təhlükəsizlik arxitekturasının formalaşması və qarşılıqlı münasibətlərin etimad dərəcəsinə yüksəlməsi üçün ilk növbədə sülh yaradılmalıdır. Sülh prosesinin uzanması isə Ermənistanın qeyri-konstruktiv mövqeyindən irəli gəlir. Brüssel formatı çərçivəsində qısa zamanda sülhə nail olmaq mümkün idi və bu amil həm Aİ, həm də ABŞ tərəfindən etiraf edilir. Amma Ermənistan bütün hallarda bunun qarşısına sədd çəkməyə çalışıb - məsələn, Brüssel danışıqlarında müzakirə olunan və dayanıqlı sülhün söykənəcəyi beş baza prinsiplərinə nəzər saldıqda, Azərbaycanın yaratdığı ədalət mənzərəsi bir daha aydın olur. Sülhün formalaşdırılması isə bu 5 təməl prinsip üzərində qurulacaq - buraya dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək kimi şərtlər daxildir. Eyni zamanda, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alır. Bu isə bütövlükdə prosesin tərəfləri olaraq həm Ermənistan, həm də Azərbaycanın maraqlarına xidmət edir. Qeyd edilməlidir ki, sülhün formalaşması regionun inkişafında yeni mərhələ yaradacaq ki, bu da həm sosial, həm də iqtisadi platformalarda mühüm yeniliklərə yol açacaq. Ned Prays açıqlamasında onu da vurğulayıb ki, ölkəsinin bütün səyləri iki ölkə arasında uzun müddətdir davam edən münaqişənin və təəssüf ki, martın 5-də olduğu kimi mütəmadi olaraq insanların həyatını itirməsinə səbəb olan insidentlərin həllinə nail olmaq üçün edir: “Biz sülh və təhlükəsizlikdə maraqlıyıq. Bu, həm də Ermənistan və Azərbaycanın xalqlarının maraqlarına uyğundur”“.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

