/ / Prezident İlham Əliyev İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş təntənəli bayram mərasimində iştirak edib
Prezident İlham Əliyev İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş təntənəli bayram mərasimində iştirak edib
03.06.2011 [09:16]
Mərasimin iyunun 2-də keçirilməsi isə 65 il əvvəl -1946-cı il iyunun 2-də referendum yolu ilə monarxiyanın ləğvi və İtaliyanın respublika elan olunması ilə bağlıdır.
Bayram mərasimində iştirak etmək üçün paytaxt Romaya 80-dən çox ölkənin nümayəndə heyəti gəlib. ölkələrin əksəriyyəti dövlət və hökumət başçıları səviyyəsində təmsil olunublar.
İtaliyanın birləşməsi bu ölkə tarixinin ən önəmli səhifələrindən biridir. XIX əsrin ilk illərində İtaliyanın I Napoleon tərəfindən işğal edilərək Fransa təəbəliyinə qatılması ölkədə böyük narazılıqlara səbəb olmuşdu. Napoleon Bonapart taxtdan endirildikdən sonra, Vyana Konqresi İtaliyanın işğaldan əvvəlki krallıqlara verilməsi ideyasını dəstəkləmişdi. Beləliklə, Papalıq dövləti, Sardiniya-Piemonte, Toskana, Modena və Lombardiya-Venesiya krallıqları yenidən qurulub.
Bu ərəfədə “Karbonari” adlandırılan gizli dərnəklər İtaliyanın birləşməsi istiqamətində fəaliyyətə başlayıblar. Cüzeppe Mazzini və Cüzeppe Haribaldinin rəhbərlik etdiyi bu dərnəklərin fəaliyyəti nəticəsində birləşmə ideyası İtaliyada tədricən ümummilli məsələyə çevrilib. Birləşmə məsələsində Fransanın da dəstəyini almağa müvəffəq olan İtaliya 1859-cu ildə bu ölkə ilə birlikdə Avstriyanı məğlub edib və təsir dairəsində olan bütün İtaliya krallıqları Sürix sülhü ilə onun nəzarətindən çıxıb.
1861-ci ildə paytaxtı əvvəlcə Turin, sonra Florensiya, daha sonra Roma olmaqla birləşmiş İtaliya Krallığı yaranıb. 1946-cı ildən etibarən isə İtaliya respublikadır. İndi bu ölkə Avropanın qabaqcıl dövlətlərindən biridir.
Romada bayram təntənələrinin mərkəzi “İmperator forumları” meydanıdır. Bu meydan Romanın məşhur Venesiya prospektini Kolizeylə birləşdirir. İndiki bayramın əsas mərasimi də məhz bu meydanda olub. Burada təntənəli rəsmi parad keçirilib. İtaliya hökuməti 150 il bundan əvvəl ölkənin birləşməsində iştirak etmiş müxtəlif millətlərin nümayəndələrini və müttəfiq dövlətlərin hərbçilərini də hərbi parada dəvət edib. Paradda beş mindən çox hərbçi iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri də paradda dövlət bayrağı ilə təntənəli keçid ediblər.
Sonda aviasiya şousu nümayiş etdirilib.
Sonra İtaliya Prezidenti Ciorcio Napolitanonun adından nümayəndə heyəti başçılarının şərəfinə rəsmi ziyafət verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45

