Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan regionda sabitləşdirici amilə çevrilib

Azərbaycan regionda sabitləşdirici amilə çevrilib

02.06.2011 [10:06]

Prezident İlham Əliyev: Bu gün Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional inkişaf istiqamətlərini yüksək səviyyədə müəyyən edir
Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb və ölkəmizin beynəlxalq kredit reytinqi son illər davamlı olaraq artmaqdadır. 28 May - Respublika Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı Prezident İlham Əliyev respublikamızın yüksək inkişaf edən, dünyada öz mövqeyini möhkəmləndirən və güclü siyasi, iqtisadi, sosial strategiyaya malik ölkəyə çevrildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, son illər ərzində Azərbaycanda uğurla həyata keçirilən siyasət bütün sahələrdə dinamizmi yüksəldib, ölkəmizin milli təhlükəsizliyini tam möhkəmləndirib, iqtisadi-sosial uğurlarımızı gücləndirib: “Bu gün Azərbaycan sürətlə inkişaf edən, dinamik, müasir ölkədir. O ölkədir ki, burada bütün məsələlər ədalətli şəkildə həll olunur. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bu da nadir təcrübədir. Qürur hissi ilə deyə bilərəm ki, bu təcrübə dünyada öyrənilir”.
Bu gün Azərbaycanın inkişafının da əsas səbəbi məhz düşünülmüş iqtisadi strategiyanın həyata keçirilməsidir. Güclü iqtisadiyyat həm siyasi, həm də makroiqtisadi sabitlik nəticəsində mümkün olur. Xalqla iqtidar arasında olan birliyin daha da möhkəmlənməsi isə siyasi və iqtisadi sabitliyin güclənməsini təmin etməklə bərabər, xarici dövlətlərin ölkəmizlə əməkdaşlığa daha çox maraq göstərməsinə səbəb olur. Sabit və iqtisadi cəhətdən əlverişli mühitin tam təmin olunduğu Azərbaycan hər bir xarici dövlət üçün böyük maraq doğurur. Azərbaycanın regionda sabitləşdirici amilə çevrilməsi tərəfdaş ölkələrin bütün iqtisadi məsələlərdə respublikamıza önəm verməsini şərtləndirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın müəllifi olduğu, eyni zamanda, təşəbbüskarlıq göstərdiyi layihələrin reallaşması sayəsində respublikamız dünya birliyində ən etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Bu gün Azərbaycanın irəli sürdüyü və icra etdiyi layihələr tərəfdaş dövlətlərin sayının durmadan artmasına səbəb olmaqdadır. Hazırda Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla yeni ixrac marşrutlarının yaradılmasına imza atır. Respublikamız diversifikasiya siyasəti yürüdərək bölgənin coğrafi xəritəsini dəyişir, dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Dünyanın 30-dan çox ölkəsinə karbohidrogen resurslarının nəqli ilə gücünü artıran Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sırası hər il genişlənir. Təkcə, 2011-ci ilin ötən 5 ayı ərzində bir neçə dövlət başçısının respublikamıza davamlı xarakter alan səfərləri enerji sahəsində yeni əməkdaşlıq təmaslarının qurulmasının əyani nümunəsi sayıla bilər.
Dövlət başçısının bəyan etdiyi kimi, bu gün regional əməkdaşlığa töhfə verən Azərbaycanın təşəbbüsləri sayəsində bölgədə siyasi dialoq möhkəmlənir, iqtisadi əməkdaşlıq münasibətləri strateji nöqtəyə yüksəlir: “Bu gün Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional inkişaf istiqamətlərini yüksək səviyyədə müəyyən edir. Siyasi islahatlarla yanaşı, iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. Son 7-8 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfə artmışdır. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Sənaye istehsalı da təxminən 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 5 dəfə azalmışdır və bu gün bu rəqəm Azərbaycanda 9,1 faiz təşkil edir. Əminəm ki, görülən və görüləcək əlavə tədbirlər nəticəsində biz ilin sonuna qədər yoxsulluğun daha da aşağı düşməsinə nail olacağıq. ölkəmizdə bir milyona yaxın yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox ciddi addımlar atılmışdır və beləliklə, ölkəmizin iqtisadiyyatı artıq dayanıqlı iqtisadiyyatdır. Beynəlxalq aləmdə, beynəlxalq maliyyə qurumları tərəfindən ölkədə aparılan iqtisadi islahatlara verilən yüksək qiymət mənim sözlərimi bir daha təsdiqləyir”.
çoxşaxəli enerji nəqliyyatı infrastrukturu yaradaraq 7 neft və qaz kəməri vasitəsilə dünya bazarlarında ən etibarlı təchizatçıya çevrilən Azərbaycanın enerji siyasəti qarşıdakı illərdə daha da zənginləşəcək.
Hazırda iqtisadiyyatının şaxələndirilməsi üçün əhatəli tədbirlərin miqyasını artıran Azərbaycan hökuməti əlverişli sərmayə mühitini təmin etməklə ölkəyə geniş həcmdə sərmayə axınını stimullaşdırıb. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına xaricdən və yerli sahibkarlar tərəfindən qoyulan investisiyaların həcmi artır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan investisiyaların cəlb edilməsi istiqamətində çox böyük addımlar atıb və adambaşına düşən xarici sərmayələrin həcminə görə MDB məkanında qabaqcıl yerdə dayanır. Ən əsası isə odur ki, artıq daxili investisiyalar xarici investisiyaları üstələyir və bu amil ölkə daxilində güclü infrastrukturların, yüksək innovasiyaların tətbiqinə əlverişli zəmin yaradır. Regionlarda və Bakının qəsəbə və kəndlərində aparılan genişmiqyaslı yenidənqurma işləri ölkəmizin ümumi inkişafını gücləndirir. Bu gün hər bir rayonun kənd və qəsəbəsində çəkilən yeni yollar, dəyişdirilən su və kanalizasiya xətləri, aparılan qazlaşdırma işləri, tikilən məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi prosesi sürətlənib.
Prezident İlham Əliyev ölkəmizin hərtərəfli və davamlı inkişafı üçün məqsədyönlü siyasətin gücləndirildiyini diqqətə çatdıraraq hər bir rayonun özünün ayrıca inkişaf planının, sosial-iqtisadi vəziyyəti ilə bağlı konkret proqramın hazırlanaraq icra olunduğunu xatırladıb: “ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilir. İstər sosial məsələlərin həllində, istərsə də iqtisadi islahatların həyata keçirilməsində regional inkişaf proqramı uğurla icra edilir. Artıq biz ikinci proqramı icra edirik. Proqramın icrası nəticəsində, demək olar ki, bütün bölgələrimiz abadlaşır, şəhərlərimiz gözəlləşir. O ki qaldı Bakı şəhərinə, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının gözəlliyi artıq həqiqətdir, ölkəmizə və paytaxtımıza gələn bütün qonaqlar bunu görür və qeyd edirlər. Bir sözlə, ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmaqdadır”.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30