Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir
10.06.2011 [10:05]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 8-də Serbiyanın Baş naziri Mirko Tsvetkoviçin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə işçi nahar verilib.
Dövlətimizin başçısına məlumat verilib ki, Taşmaydan parkı Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşir. İki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə yerləşən karxanadan daş çıxarıblar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olub. Osmanlılar dövründə Belqradda inşa olunmuş tikili və divarlar bu karxanadan çıxarılan daşlardan tikilib. Taşmaydanda XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunublar. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülüb və burada yaşıllıqlar salınıb. İndi bu park Belqrad sakinlərinin istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.
Parkda ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ucaldılıb. Hazırda dünyanın bir çox ölkəsində Ulu öndər Heydər Əliyevin adı əbədiləşdirilib, Onun adına park və xiyabanlar salınıb, abidələr ucaldılıb. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasına dəlalət etməklə yanaşı, həm də serb xalqının bu dahi şəxsiyyətin xatirəsinə olan ehtiramından xəbər verir.
Azərbaycan və Serbiya prezidentləri parkda rəmzi olaraq ağac əkiblər.
Dövlət başçıları mərasimdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün Serbiya-Azərbaycan əlaqələrinin inkişafında çox gözəl və əlamətdar bir gündür: “Bu gün bizim tariximizdə dostluq günü kimi qalacaqdır. Bu gün Belqradın gözəl guşələrindən birində iki xalqın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılıb. Bu dostluq rəmzi əminəm ki, hər iki xalqın qəlbində gözəl əks-səda verəcəkdir. Serb xalqının böyük oğlu, filosof və yazıçı Milorad Paviçin abidəsi, Azərbaycan xalqının böyük oğlu, dövlət xadimi, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin abidəsi bir-birinin yanında iki qədim xalqın dostluq rəmzinə çevrilib”.
Dövlətimizin başçısı İlham Əliyev söyləyib ki, Bakı şəhər meriyası Bakının parklarının birində serb xalqının böyük oğlu, dünya şöhrətli alim Nikola Teslanın abidəsinin ucaldılması haqqında qərar verib: “Əminəm ki, yaxın zamanlarda gözəl parkda Nikola Teslanın abidəsi ucaldılacaqdır. Sizin hamınızı o tədbirə dəvət edirəm. Belə hadisələr xalqlarımızı birləşdirir. Biz istəyirik ki, xalqlarımız da bir olsunlar, ölkələrimiz də daim bir-birinin yanında olsunlar. Bu tarixi gündə Bakı şəhər meriyasının Nikola Teslanın abidəsinin ucaldılması haqqında verdiyi qərarın surətini Sizə təqdim etmək istəyirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısının Nikola Teslanın abidəsinin ucaldılması haqqında qərarının surətini Belqrad şəhərinin merinə təqdim edib.
çıxış edən Serbiya Prezidenti Boris Tadiç vurğulayıb ki, burada Azərbaycanın və Serbiyanın bayraqları ucaldılıb: “Hər iki xalqın tarixində mühüm rol oynamış şəxsiyyətlərin burada abidələri ucaldılıb. Burada müasir Azərbaycanın yaradıcısı, böyük öndər Heydər Əliyevin abidəsi ucaldılıb. Eyni zamanda, Serbiya xalqının böyük oğlu yazıçı Milorad Paviçin heykəli də burada dayanıb. Qeyd etmək istəyirik ki, biz bu işləri əməkdaşlığımız nəticəsində görmüşük və bundan sonra da hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan konkret layihələrin həyata keçirilməsi üzərində çalışacağıq”.
Prezident Boris Tadiç deyib ki, Azərbaycan ilə Serbiya siyasi sahədə əməkdaşlıq edir.
Sonra Azərbaycan və Serbiya prezidentləri ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.
Daha sonra Prezident İlham Əliyev parkda Belqrad ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sakinlər ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin daha da inkişafına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Parkın açılışı münasibətilə Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Konsert böyük maraqla qarşılanıb.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
“Bu gün Serbiya-Azərbaycan əlaqələrinin inkişafında çox əlamətdar və tarixi bir gündür”, - deyən dövlətimizin başçısı bildirib ki, gün ərzində keçirilən bir neçə mühüm və əlamətdar tədbir bunu söyləməyə əsas verir. Taşmaydan parkının iki xalqın dostluq rəmzinə çevriləcəyini deyən Prezident İlham Əliyev səfər çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxunub. “Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir”, - deyən dövlətimizin başçısı ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bundan sonra Azərbaycan beynəlxalq təşkilatlarda Serbiyanın yanında olacaq. Hər iki ölkənin siyasi rəhbərliyi tərəfindən ərazi bütövlüyü məsələsinə dair mühüm bəyanatların verildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, səfər çərçivəsində iqtisadiyyat, enerji sahələrində perspektivlər barədə də fikir mübadiləsi aparılıb və müzakirə olunan məsələlərin heç biri ilə bağlı fikir ayrılığı yoxdur.
Prezident İlham Əliyev deyib ki, bu gün bizim strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlərimiz artıq müttəfiqlik səviyyəsinə qalxır.
Mərasimdə iştirak edən Serbiyanın xarici işlər naziri Vuk Yeremiç bu tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyir və ölkələrimizdə səfirliklərin açılması ikitərəfli əməkdaşlığımıza mühüm töhfələr verəcək.
ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov Prezident İlham Əliyevə Azərbaycanın Serbiyadakı diplomatik missiyasının fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edib. Səfir bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətinə böyük diqqət yetirirdi. Bu siyasəti Prezident İlham Əliyev də davam etdirir.
Eldar Həsənov Serbiya-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün səfirliyin xətti ilə həyata keçirilən layihələr barədə də məlumat verib.
Görkəmli serb yazıçısı Milorad Paviçin xanımı Yasmina Mixayloviç həyat yoldaşının xatirəsinə göstərilən diqqət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. O qeyd edib ki, Milorad Paviçin xatirəsi Serbiyada olduğu kimi, Azərbaycanda da hər zaman dərin hörmətlə anılacaq.
Yasmina Mixayloviç Milorad Paviçin müəllifi olduğu “Xəzər” lüğəti kitabının əlyazmasını Prezident İlham Əliyevə təqdim edib.
Sonra mərasimə dəvət olunan xarici ölkələrin səfirliklərinin nümayəndələri Prezident İlham Əliyev ilə görüşlərində Azərbaycana beynəlxalq aləmdə böyük marağın olduğunu, ölkəmizin iqtisadi inkişafının dünyada diqqətlə izlənildiyini bildiriblər və Serbiyada Azərbaycan səfirliyinin iqamətgahının açılması münasibətilə dövlətimizin başçısını təbrik ediblər.
Görüşdə parlamentlərarası əlaqələrin i
kitərəfli münasibətlərimizin daha da genişlənməsinə yönəldiyi və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu bildirilib. Qeyd olunub ki, ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə dinamik inkişaf edir. Bu da ölkələrimizin əməkdaşlığını daha da gücləndirir.
Serbiyanın mədəni həyatına daha bir töhfəni Azərbaycan verib. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Novi Sadda dahi Azərbaycan bəstəkarı üzeyir Hacıbəylinin büstü ucaldılıb.
Dövlətimizin başçısına məlumat verilib ki, büstün yerləşdiyi parkın ərazisində abadlıq işləri aparılıb, şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.
Mərasimin aparıcısı üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, dahi Azərbaycan bəstəkarı üzeyir Hacıbəylinin yaradıcılıq irsi nəinki Azərbaycan xalqının milli sərvətidir, həm də dünya mədəniyyətinin incisidir. Bu dahi insanın musiqisi dünya mədəniyyətinin qızıl fonduna daxil olub. Bəstəkarın yaratdığı musiqi, ədəbi və elmi irs ölməz və əbədidir.
Mərasimdə çıxış edən Novi Sad şəhərinin meri İqor Pabliçiç dahi bəstəkar üzeyir Hacıbəylinin büstünün açılması münasibətilə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Qeyd edib ki, çoxmədəniyyətli ölkə olan Serbiya digər mədəniyyətlərə hörmətlə yanaşır və üzeyir Hacıbəylinin büstünün Novi Sadda ucaldılması bu şəhərin sakinləri üçün böyük şərəfdir.
İ.Pabliçiç şəhərin Azərbaycan ilə iqtisadi əməkdaşlıqda maraqlı olduğunu və bu tədbirin ölkələrimiz arasında dostluğu daha da möhkəmləndirəcəyini vurğulayıb.
Azərbaycan və Serbiya prezidentləri büstün üzərindəki örtüyü götürüblər.
Dövlət başçıları mərasimdə çıxış ediblər.
Prezident İlham Əliyev və Prezident Boris Tadiç üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkarın əsərlərini dinləyiblər.
Sonra dövlət başçıları dahi bəstəkarın büstünün yerləşdiyi parkın yaxınlığından keçən Dunay çayının sahilini seyr ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01

