Dövlət başçısı İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
14.06.2011 [10:20]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib: “Hörmətli cənab Baş nazir, əziz qardaşım, 12 iyun 2011-ci ildə Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxdur ki, bu qələbə hakimiyyətdə olduğunuz illər ərzində gördüyünüz işlərin nəticəsi, xalq tərəfindən fəaliyyətinizə verilən yüksək qiymətdir.
Azərbaycanla Türkiyə arasında əlaqələr dərin tarixi köklər üzərində qurulub və strateji tərəfdaşlıq münasibətləridir. Bu çoxşaxəli münasibətlər siyasi, iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə ildən-ilə daha da güclənir və inkişaf edir. Beynəlxalq aləmdə ölkələrimizin daim bir-birini dəstəkləməsi mühüm əhəmiyyət daşıyır və böyük məmnunluq doğurur. İnanıram ki, Azərbaycanla Türkiyənin dost, qardaş və strateji tərəfdaş münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir. Fürsətdən istifadə edərək, gələcək əməkdaşlıq imkanlarını birlikdə nəzərdən keçirərək daha da inkişaf etdirmək üçün Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm.
Hörmətli cənab Baş nazir, əziz qardaşım, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər, dost və qardaş Türkiyə xalqına daim firavanlıq və tərəqqi arzulayıram”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

