Azərbaycan regionda sabitləşdirici amildir
18.06.2011 [12:28]
Azərbaycan Respublikasının yüksək inkişafı ölkəmizin yerləşdiyi regionun lider dövlətinə çevrilməsi ilə yanaşı, dünyanın aparıcı ölkələri ilə də yaxın tərəfdaşlıq əlaqələri qurmasında əsaslı rol oynayır. Bu inkişaf isə ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna əsaslanır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyin yaradılmasına nail oldu. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən, beynəlxalq təşkilatlar ilə ikitərəfli əlaqələrə malikdir. Bu əlaqələr isə dünyanın çoxsaylı dövlətlərinin ölkəmizə olan iqtisadi marağının artmasına imkan yaradır. Azərbaycan bu gün nəinki yerləşdiyi Cənubi Qafqaz regionunda, hətta bir sıra yaxın ölkələri də nəzərə alsaq böyük bir coğrafiyada xarici sərmayələrə açıq və təminat verəcək dövlət sayılır. Digər tərəfdən, Azərbaycan həm də regionun siyasi cəhətdən də ən sabit ölkəsidir. Azərbaycanda demokratik prinsiplərə sadiqlik nümayiş etdirilir, aparılan siyasi islahatlar ölkəmizin demokratik inkişafının təminatında, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında böyük əhəmiyyət daşıyır.
Qeyd olunduğu kimi, bu gün Azərbaycanın iqtisadi imkanları artdıqca beynəlxalq mövqeləri də möhkəmlənir. Bu isə problemlərimizin həllində əsaslı rol oynayır. Prezident İlham Əliyev də bildirib ki, iqtisadi imkanlarımızın, regiondakı rolumuzun artması beynəlxalq mövqelərimizin möhkəmlənməsinə şərait yaradır: “Eyni zamanda, ölkədə iqtisadi və sosial məsələlər öz həllini tapmaqdadır. Son 7 il ərzində büdcə xərclərimiz 12 dəfə artmışdır. Maaşlar, pensiyalar dəfələrlə artmışdır. Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir. Bununla bərabər, ölkəmizin sosial-iqtisadi inkişafının davamı üçün konkret layihələr, konkret proqramlar icra edilir”.
Azərbaycandakı iqtisadi inkişafın əsasında isə sabitlik amili dayanır. ölkə başçısı bu məqamı xüsusi qeyd edib ki, bu gün Azərbaycan regionda sabitləşdirici amildir: “Bizim təşəbbüslər bir çox hallarda regionda həlledici rol oynayır. Regional məsələlərdə iştirakımız regional əməkdaşlığı daha da zənginləşdirir. Bu regional əməkdaşlığın hüdudları da genişləndirilir. Bizim irəli sürdüyümüz və icra etdiyimiz layihələr tərəfdaş dövlətləri də cəlb edir. Azərbaycan artıq çox etibarlı tərəfdaş kimi özünü dünyada təsdiq etmişdir”.
Bəli, bu gün Azərbaycan faktiki olaraq Cənubi Qafqaz regionunun təhlükəsizlik qarantına çevrilib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası ölkəmizin bu nailiyyətlərə imza atmasına şərait yaradıb. Bu, bir həqiqətdir ki, Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı böyükmiqyaslı layihələrin reallaşması mümkün deyil. İstər coğrafi-tranzit şəraiti baxımından, istərsə də karbohidrogen ehtiyatları Azərbaycanın regiondakı çəkisinin günü-gündən artmasına imkan verir. Bu gün Azərbaycan sözün əsl mənasında yerləşdiyi ərazidə lider ölkədir. Bu isə Prezident İlham Əliyevin yürütdüyü düzgün, davamlı və qətiyyətli siyasi kursun qanunauyğun nailiyyətidir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

