Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hərbçilərin sosial müdafiəsi məsələləri öz həllini tapır

Hərbçilərin sosial müdafiəsi məsələləri öz həllini tapır

01.07.2011 [06:02]

Prezident İlham Əliyev: Azərbaycan dövləti bu məsələni daim diqqət mərkəzində saxlayır, hərbçilərin sosial-məişət problemləri öz həllini tapır, əməkhaqları qaldırılır
Hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən ordu quruculuğu prosesinin və sosial islahatların mühüm tərkib hissəsini təşkil edir. Məlumdur ki, ölkənin müdafiəsini təmin edən hərbçilərin istər peşəkarlıq, istərsə də maddi rifah vəziyyətinin yüksək olması dövlət əhəmiyyəti kəsb edən məsələdir. Bu baxımdan, regionda ordusunun maddi-texniki bazasına, hazırlıq səviyyəsinə görə seçilən Azərbaycan həm də hərbçilərinin sosial-maddi təminatına görə öndədir. Dövlətin həssaslıqla yanaşdığı bu məsələnin əhəmiyyəti Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə keçirilən hərbi parad öncəsi çıxış edən Prezident İlham Əliyevin nitqində bir daha vurğulanıb: “Hərbçilərin sosial müdafiəsi məsələləri öz həllini tapır. Sosial məsələlərə gəldikdə, Azərbaycan dövləti bu məsələni daim diqqət mərkəzində saxlayır, hərbçilərin sosial-məişət problemləri öz həllini tapır, əməkhaqları qaldırılır”.
Qeyd etdiyimiz kimi, digər məsələlərdə olduğu kimi bu sahədə də ardıcıl və məqsədyönlü siyasət həyata keçirilməkdədir. Bu günlərdə, daha doğrusu, iyunun 25-də imzalanan “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” dövlət başçısının Sərəncamı ilə hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir mühüm addım atılıb. Sərəncama əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 25 faiz, Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq məvacibləri 10 faiz artırılıb. Qeyd edək ki, bu, hərbçilərin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə atılan yeganə belə addım deyil. Bu sahədə illərdir sistemli işlər görülür, islahatlar həyata keçirilir, ölkənin müdafiə xərcləri ildən-ilə artırılır. Hələ 2002-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu yaradılıb. Fondun fəaliyyəti Silahlı Qüvvələrin müasir tələblərə uyğun inkişafının təmin edilməsinə, həmçinin, hərbi qulluqçuların sosial müdafiəsi layihələrinin icrasına maliyyə dəstəyinin göstərilməsinə xidmət edir. Bundan əlavə, Prezident İlham Əliyevin 2004-cü il 24 iyun tarixli Sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin maaşları həmin il iyulun 1-dən orta hesabla 1,5 dəfə artırılıb. Dövlət başçısının “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında” 23 yanvar 2006-cı il tarixli Sərəncamı isə hərbi peşə sahiblərinə göstərilən dövlət qayğısına dair çoxsaylı nümunələrdən biridir. Sözügedən Sərəncamla Müdafiə Nazirliyi hərbi qulluqçularının rütbə maaşları 2006-cı il yanvar ayının 1-dən etibarən iki dəfə artırılıb. Hərbi qulluqçuların maaşlarının növbəti artımı isə 2010-cu il sentyabrın 20-də imzalanan Sərəncamla gerçəkləşib. Sözügedən Sərəncama uyğun olaraq, Müdafiə Nazirliyi, o cümlədən, digər güc strukturlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Maaşların artırılmasına paralel olaraq, bu illər ərzində hərbi qulluqçulara və həbi xidmətlə bağlı olan digər şəxslərə verilən imtiyaz və güzəştlərin miqyası genişləndirilib. Belə ki, 2006-cı il Sərəncamı ilə hərbi qulluqçuların güzəştli ipoteka kreditləri ilə təmin olunmasına dair təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıqlar verən dövlət başçısı bundan təxminən bir il sonra hərbçilərə ipoteka kreditlərinin verilməsi qaydaları haqqında Fərmanı imzalayıb. Eyni zamanda, dövlət başçısının müvafiq fərmanları, hərbi qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər əsasında hərbçilərə verilən ipoteka kreditlərinin illik faizinin yuxarı həddinin 4 faizdən artıq olmaması, müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın hərbi qulluqçular üçün hər ay konkret məbləğdə müəyyənləşdirilməsi, xidməti mənzillərin tikintisinin dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi təmin edilib. Dövlət başçısının 2010-cu il iyunun 23-də imzaladığı Sərəncama əsasən, xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikilməsinə 5 milyon manat əlavə vəsait ayrılıb. Hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması işləri cari ildə də davam etdirilir. Artıq Daxili Qoşunların hərbi qulluqçularının 80 faizi xidməti mənzillə təmin olunub.
Beləliklə, görülən tədbirlər təkcə hərbi qulluqçuların özlərinin deyil, onların ailə üzvlərinin də maddi rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə təkan verir. Heç şübhəsiz, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, maliyyə imkanlarının genişlənməsi bütün bu tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır. Hərbçilərimizə göstərilən bu diqqət və dəstək Azərbaycanın artan gücündən xəbər verir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 963 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30