Azərbaycan olmayanda Türkiyə, Türkiyə olmayanda Azərbaycan!
18.04.2023 [10:12]
Mübariz ABDULLAYEV
Qardaşlığın, qarşılıqlı münasibətlərin ucadan-uca zirvədə dayanan nümunəsi. Xoş günlərin sevincini bölüşmək, kədərli anlarda bir yerdə olmaq, çətin sınaqlardan çiyin-çiyinə dayanaraq keçmək nümunəsi. Söhbət tarixin dərin qatlarından gələn və əbədiyyətə qədər davam edəcək Azərbaycan-Türkiyə dostluğundan gedir. Olub ki, məkrli qüvvələr xəbis niyyətlərini ortaya qoyaraq dəfələrlə bu dostluğa xələl gətirməyə cəhdlər göstəriblər. Ancaq hər belə cəhd uğursuzluqla nəticələnib, xalqlarımızın sınaqlardan çıxan qardaşlığı getdikcə daha sarsılmaz olub.
Azərbaycan və Türkiyə onlara edilən xain hücumlara həmişə birlikdə cavab veriblər. Azərbaycan olmayanda Türkiyə, Türkiyə olmayanda Azərbaycan cəsarətlə qabağa duraraq haqqın, ədalətin, dost mənafeyinin müdafiəsinə qalxıblar. Buna aid iki nümunənəyə nəzər salmaq yerinə düşər. Diqqət çəkən məqam ondan ibarətdir ki, hər iki halda Azərbaycanın və Türkiyənin bədxahı qismində Ermənistan çıxış edib. Bəhs olunan hadisələrdən biri bu günlərdə Ermənistanın paytaxtı İrəvanda baş tutan ağır atletika üzrə Avropa çempionatında yaşanıb. Digər oxşar məzmunlu hadisəyə isə 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə şahidlik etmişdik.
“Mən buradayam”
Əvvəlcə Praqa sammitində baş verənləri xatırlayaq. Sammitin baş tutduğu tarixin aprelin 24-nə təsadüf etməsinə xüsusi nəzər salaq. Bu, Ermənistanda saxta “soyqırımının” yad edildiyi gündür. Ermənilər heç bir tarixi faktla təsdiqləyə bilmədikləri “soyqırımının” məsuliyyətinin Türkiyənin daşıdığı iddiasındadırlar. Türkiyə dəfələrlə arxivlərin açılmasını, tarixin mütəxəssislər tərəfindən sənədlər əsasında araşdırılmasını təklif etsə də, Ermənistan dövləti və cəmiyyəti öz iddialarından əl çəkmək istəmir. Bu ölkənin sabiq dövlət başçısı Serjik Sarkisyan xəstə erməni təxəyyülünün məhsulu olan iddianı növbəti dəfə bəhs olunan Praqa sammitində gündəmə gətirmək istəyib. Belə ki, Ermənistanın sabiq prezidenti zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlüklə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan rəsmisi bununla da zirvə görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Serjik Sarkisyan bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistanın sabiq prezidenti çıxışında hər vəchlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma “soyqırımı” ilə bağlı daha təsirli mövqe tutmalıdır.
Praqada Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar, qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serjik Sarkisyana tutarlı cavab verməsi heç vaxt yaddaşlardan silinməyəcək. “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”, - deyə dövlətimizin başçısı Ermənistan rəsmisi tərəfindən saxta ittihamlara tuş gələn Türkiyənin müdafiəsinə qalxıb. Azərbaycan Prezidenti sammitdəki tarixi çıxışında Ermənistanın riyakarlığını, işğalçılıq siyasətinin əsl mahiyyətini yüksək tribunadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Dünya bir daha eşidib ki, “ermənilərin soyqırımı” iddiaları blefdir, hər hansı bir tarixi fakta söykənmir. Sərhədlərin bağlanmasına səbəb isə Ermənistanın Azərbaycana qarşı bağladığı işğalçılıq siyasəti olub. Beləliklə, Ermənistanın sabiq dövlət başçısı çıxılmaz durumda qalıb. Onun, sadəcə, deməyə sözü yox idi. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin sammitdə qardaş ölkəni müdafiə məqsədilə səsləndirdiyi fikirlər Türkiyə ictimaiyyəti tərəfindən düşmən ölkənin rəhbərinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirildi.
“Medalı azərbaycanlı qardaşlarıma həsr edirəm”
İndi isə bir neçə gün bundan əvvəl İrəvanda ağır atletika üzrə Avropa çepionatında yaşananlara diqqət çəkək. Bu dəfə Ermənistanın bədxahlığına tuş gələn Azərbaycan idi. Çempionatın açılış mərasimində vandalizm əməlinə yol verildi: Bayraqların paradında Azərbaycan Bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb. Ermənistan liderinin - baş nazir Nikol Paşinyanın qatıldığı tədbirdə belə bir hadisənin yaşanması Ermənistanda rasizmin, Azərbaycanafobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldildiyini əyani şəkildə təsdiqləyir. İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə əlaqədar millimizin yarışda iştirakından imtina edilib. Bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanatında bildirilib.
Bu dəfə Türkiyə təmsilçiləri Azərbaycan idmançılarının müdafiəsinə qalxıblar. Çempionatda türkiyəli idmançı qızıl medal qazanıb. Belə ki, 45 kiloqram çəki dərəcəsində çıxış edən Cansu Bektaş fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub. İrəvanda Azərbaycan Bayrağının yandırılmasından mütəssir olduğunu gizlətməyən türkiyəli atlet idmançılarımıza dəstək jesti edərək belə deyib: “Aldığım medalı azərbaycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızdayıq!”.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

