Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Bakı Metropoliteninin "Dərnəgül" stansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Metropoliteninin "Dərnəgül" stansiyasının açılışında iştirak edib

30.06.2011 [10:43]

İctimai sərnişindaşımada müstəsna rolu olan Bakı Metropoliteninin davamlı inkişafı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” əsasında reallaşır
Dünən Bakının 7-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin növbəti - “Dərnəgül” stansiyasının açılışı olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Paytaxt ictimaiyyətinin nümayəndələri, Bakı Metropoliteninin əməkdaşları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.
Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.
Baş nazirin müavini Abid Şərifov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və “Azərtunelmetrotikinti” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Şaiq Əfəndiyev dövlətimizin başçısına məlumat veriblər ki, Bakı Metropoliteni fəaliyyət göstərdiyi 44 il ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 32,9 kilometr yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilib. Metropolitenin inkişafı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu öndərin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrədək Bakı Metropolitenində cəmi 6 stansiya və 8,8 kilometr metro xətti var idi. 1969-cu ildən sonra isə metropolitenin 14 stansiyası və 21,1 kilometr metro xətti inşa edilərək istismara verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına metropoliten xətləri inkişaf etdirilib, “Nəsimi”, “Azadlıq prospekti” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı istismara verilib. “İçərişəhər” stansiyası tamamilə yenidən qurulub. Metronun “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında da inşaat işləri davam etdirilir. İctimai sərnişindaşımada müstəsna rolu olan Bakı Metropoliteninin davamlı inkişafı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” əsasında reallaşır.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, “Dərnəgül” stansiyası paytaxt metrosunun sayca 23-cü stansiyasıdır. Metronun “Dərnəgül” də daxil olmaqla üç stansiya və bir depodan ibarət olan üçüncü növbəsinin şimal sahəsinin tikintisinə 1989-cu ildən başlanıb. Tikinti işləri 1990-cı illərin əvvəlində dayandırılıb, 2006-cı ilin noyabrında bərpa olunub. Artıq Bakı Metropoliteninin şimal hissəsində “Nəsimi”, “Azadlıq prospekti” stansiyaları istismara verilib. “Azadlıq prospekti” stansiyasının davamı olaraq Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində inşa edilən “Dərnəgül” stansiyası 7-ci mikrorayon yaşayış massivini əhatə edir.
Bildirilib ki, stansiyanın yerüstü sahəsini əhatə edən 10,2 hektarlıq ərazidə yeni park salınıb, abadlıq və yaşıllaşdırma işləri görülüb, sel suları üçün kanalizasiya sistemi tikilib, su kəməri çəkilib, suvarma sistemi yaradılıb. Sakinlərin istirahəti üçün 34 oturacaq, xarici işıqlandırma sistemi üçün 120 işıq dirəyi quraşdırılıb, asfalt örtüyü salınıb. Stansiyanı elektrik enerjisi ilə 10 kilovoltluq yarımstansiya təmin edəcək.
Qeyd olunub ki, stansiyanın girişləri informasiya monitorları ilə təmin edilib. Stansiyaya daxil olmaq üçün iki yeraltı keçid və dörd giriş-çıxış var.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya stansiyada quraşdırılmış sensorlu interaktiv sorğu köşkü barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, displeydə Azərbaycan, ingilis və rus dillərindən birini seçdikdən sonra sərnişin yola sərf edəcəyi vaxt, keçid stansiyası, gedəcəyi stansiyanın ətrafındakı obyektlər barədə ətraflı məlumat alacaq.
Dövlətimizin başçısına bildirilib ki, yeni stansiyanın buraxılış kompleksinin ümumi uzunluğu 1548, stansiya kompleksinin ümumi uzunluğu isə 302 paqonometrdir. Müasir üslubda inşa olunmuş stansiya bədii-memarlıq tərtibatı ilə diqqəti cəlb edir. Obyektdə platforma döşəməsinin və yol divarlarının ornamentlərinin işlənməsində Azərbaycan memarlıq ənənələri əsas götürülüb. Stansiyada üzlənmə işləri görülərkən Ukrayna, Türkiyə və Hindistandan gətirilən təbii mərmər və qranitdən istifadə olunub. Sütunsuz tağvarı sərnişin platforması Almaniyanın “Durlum” şirkətinin istehsalı olan yüksək estetik görünüşə malik, yığma lövhəli asma tavan tipli sistem vasitəsilə işıqlandırılır.
Dövlətimizin başçısı və xanımı Bakı Metropoliteninin inkişafına ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısını əks etdirən filmə baxıblar. Filmdə Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Bakı Metropoliteninin keçdiyi əsaslı inkişaf yolu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyev Bakı Metropoliteninin yeni inkişaf mərhələsinə təkan verib. Filmdə, həmçinin, bu ilin avqustundan metro tikintisində ilk dəfə yeni tunellərin qazılmasında və inşasında istifadə ediləcək Almaniya istehsalı olan ən müasir tunelqazma maşınları barədə də ətraflı söhbət açılıb. Qeyd olunub ki, bu, işin keyfiyyətlə və daha sürətlə yerinə yetirilməsinə imkan yaradacaq.
Məlumat verilib ki, ilk dəfə olaraq Bakı Metropolitenində “SOS” həyəcan sistemi tətbiq edilib. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Bakı Metropoliteninin və sərnişinlərin təhlükəsizliyi üçün quraşdırılan yeni sistem barədə də ətraflı məlumat verilib. Bildirilib ki, ötən ilin sonunda Bakı Metropoliteninə ayrılan vəsait hesabına 3 minədək kamera quraşdırılıb. Bütün stansiyalarda olduğu kimi, “Dərnəgül”də də tunel və stansiyaları tam əhatə edən və birbaşa server mərkəzinə ötürülən videomüşahidə, sərnişinsayan və sifəttanıma sistemləri tətbiq olunub. Bu sistemlər metropolitenin, eləcə də sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə imkan yaradır.
Vurğulanıb ki, “Dərnəgül” stansiyasında platformadan kassa zalına çıxış üçün Almaniya istehsalı olan üç eskalator quraşdırılıb. Stansiyanın platformasında yeni tipli elektron interval saatları da müasirliyi ilə seçilir.
Prezident İlham Əliyev mərasim iştirakçılarını yeni stansiyanın açılışı münasibətilə təbrik edib.
Binəqədi rayonu ictimaiyyətinin nümayəndələri və Bakı Metropoliteninin əməkdaşları göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30