Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakıda Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzi açılıb

Bakıda Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzi açılıb

05.07.2011 [10:02]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər
Dünən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak ediblər.
Xidmətin şəxsi heyəti və Müalicə-Diaqnostika Mərkəzinin kollektivi Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşılayıblar.
XDMX-nin rəisi, general-polkovnik Vaqif Axundov dövlətimizin başçısına raport verib.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.
Prezident İlham Əliyev səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı və xanımı mərkəzlə tanış olublar.
General-polkovnik Vaqif Axundov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib ki, mərkəzin tikilib istifadəyə verilməsi  həm XDMX-nin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımdır. Dövlətimizin başçısının tapşırığına əsasən, Mərkəzin yaradılması üçün XDMX-yə Yasamal rayonunun ərazisində 0,6  hektar torpaq sahəsi və müvafiq maliyyə vəsaiti ayrılıb. XDMX-nin əməkdaşlarının sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədi ilə inşa edilən bu mərkəzdə əsasən Almaniya və digər Avropa ölkələrinin istehsalı olan ən müasir avadanlıq quraşdırılıb.
Qeyd edilib ki, tikintisinə 2009-cu i
lin mayında başlanılan səkkiz mərtəbəli mərkəzin həyətyanı sahəsi abadlaşdırılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin iyununda başa çatdırılıb. Mərkəzdə dünyada yeni tikilən tibb ocaqlarında istifadə edilən xüsusi havalandırma sistemi tətbiq olunub.
Bildirilib ki, bu müasir tibb ocağında Ulu öndər Heydər Əliyevin xatirəsi ədəbiləşdirilib, “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”, - deyən ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan fotoguşə yaradılıb.
Dövlətimizin başçısı və xanımı əvvəlcə mərkəzin funksional diaqnostika şöbəsi ilə tanış olublar. Məlumat verilib ki, burada USM, kardioqram, exokardioqram, strestest, travmatologiya otaqları və iki müşahidə palatası fəaliyyət göstərir. Şöbədə quraşdırılan tibbi avadanlıq Avropa ölkələrinin istehsalıdır və ən müasir standartlara cavab verir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təcili yardım şöbəsinin fəaliyyəti ilə tanış olublar. Şöbədə xəstələrə yüksək səviyyədə ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzdə XDMX-nin və Milli Qvardiyanın formalaşmasında böyük rolu olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Ulu öndərin və Prezident İlham Əliyevin XDMX-nin şəxsi heyəti ilə görüşlərini əks etdirən fotostendlər yaradılıb. Binada 70 nəfərlik konfrans zalı, kompyuterlə təchiz olunmuş iclas zalı, arxiv, dəftərxana  və digər xidməti otaqlar da var.
Mərkəzin əməliyyat bloku ilə tanış olan Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, burada üç əməliyyat otağı yaradılıb. Bu blokda daxili orqan, stomatoloji, qulaq-burun-boğaz əməliyyatları aparmaq mümkündür. Buradakı reanimasiya zalı da lazımı avadanlıqla təchiz olunub. Xüsusilə ağır xəstələr üçün ayrıca reanimasiya otağının da yaradıldığı əməliyyat blokundakı avadanlıq müasirliyi və yüksək keyfiyyəti ilə diqqəti cəlb edir.
ümumi stasionar şöbədə isə 8 adi, 2 VİP palata xidmət göstərir. Hər bir palata telefon rabitəsi ilə təmin olunub.
Dövlətimizin başçısına və xanımına məlumat verilib ki, mərkəzdə pnevmatik ötürücü sistem quraşdırılıb. Bu sistemin köməyi ilə həm xəstələrə qulluq göstərilir, həm də onların laborator analizlərinin 10-15 saniyə ərzində göndərilməsi təmin olunur.
Mərkəzin ikinci və üçüncü mərtəbələrində isə poliklinika şöbələri yerləşir. Kolonoskopiya və qastroduodenoskopiya otaqlarında xüsusi avadanlıq quraşdırılıb. Bu mərtəbədə, həmçinin ginekoloji və stomatoloji müayinələr aparmaq da mümkündür. Müalicəvi bədən tərbiyəsi zalında oftalmoloq, nevropatoloq, fizioterapevt otaqları və fizioterapiya zalı da fəaliyyət göstərir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funksional diaqnostika şəbəkəsindəki rentgen otağında olublar. Buradakı rəqəmsal rentgen cihazı ən son texnologiya əsasında hazırlanıb. Kompyuter tomoqrafiyası 4D rejimində işləyir və bu avadanlıqla kardioloji, uroloji, damar müayinələrini aparmaq mümkündür.
Dövlətimizin başçısı və xanımı laboratoriyada yaradılmış şəraitlə də tanış olublar.
Müalicə-Diaqnostika Mərkəzinin 40 nəfərlik yeməkxanası da var.
Bir sözlə, mərkəzin bütün xidmət sahələrində ən müasir standartlara cavab verən şərait yaradılıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xidmətin şəxsi heyətini və mərkəzin kollektivini təbrik edib. Dövlət başçısı İlham Əliyev söyləyib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin çox vacib funksiyaları var: “Dövlət obyektlərinin qorunması, dövlət və hökumət qurumlarında işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, digər funksiyaları vardır. Elə etməliyik ki, Xidmətdə çalışan bütün əməkdaşların sosial problemləri layiqincə həllini tapsın”.
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyət adından minnətdarlığını bildirib.
Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 1055 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30