Azərbaycan dövləti hər zaman milli mətbuatımızın inkişafına qayğı ilə yanaşır
16.07.2011 [15:01]
Demokratik cəmiyyətin inkişafı hər zaman azad sözün inkişafı ilə düz mütənasiblik təşkil edib. Bu mənada Azərbaycanda mövcud olan və günü-gündən inkişaf edən azad, demokratik cəmiyyətin inkişafı həm də ölkəmizdə azad sözə verilən qiymət kimi dəyərləndirilməlidir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanda mətbuatın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilin 14 iyulunda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Məhz həmin vaxtlarda Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Ulu öndərin şəxsi təşəbbüsü ilə o zamanın Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynadı.
Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan mətbuatının inkişafında yeni səhifə açdı. ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
Ulu öndər tərəfindən 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində önəmli hadisə kimi qiymətləndirilir. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Sevindirici haldır ki, Ulu öndərimizin əsasını qoyduğu bu yol, milli mətbuatımızın inkişafını özündə təcəssüm etdirən bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2005-ci ildə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə jurnalistlərə fəxri adların verilməsi ilə bağlı Sərəncamı mətbuata yüksək münasibətin davam etdirilməsini göstərdi. Daha sonra isə ard-arda mətbuatın inkişafına göstərilən diqqət və qayğı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafı Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması medianın inkişafında böyük əhəmiyyətə malik oldu. ötən il iyulun 22-də Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam bu mənada əlamətdarlığı ilə seçildi. Bundan başqa, Prezident İlham Əliyevin jurnalistlərə fəxri adların verilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması, ən əsası isə jurnalistlərin məişət problemlərinin aradan qaldırılması istiqamətində ilkin addım sayılan, MDB ölkələrində analoqu olmayan sərəncamlar imzalaması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti ortaya qoydu. Jurnalistikaya göstərilən qayğı, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi gənclərin yenidən bu maraqlı, maraqlı olduğu qədər də çətin peşəyə axın etməsinə yol açır. Bu gün jurnalistlər üçün evlərin tikilməsi ilə bağlı dövlət başçısı öz iradəsini ortaya qoyur. Atılan addımların davamlı olacağı isə dəqiqdir. çünki Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkədə mətbuatın yüksək səviyyədə inkişafında maraqlıdır.
Təbii ki, hələlik Azərbaycan mətbuatında, onun inkişafında müəyyən problemlər mövcuddur. Amma davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti bu problemlərin də həllinin uzaqda olmadığından xəbər verir. ölkə başçısı ötən il Mətbuat Şurasının yeni binasının açılışında da vurğulayıb ki, problemlərin həlli işində birgə fəaliyyət göstərmək lazımdır: “Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxAnalitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18

