Azərbaycanda turizm siyasəti uğurla həyata keçirilir
23.07.2011 [02:48]
Məlum olduğu kimi, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq və qeyri-neft sahələrinin davamlı inkişafına nail olmaq dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Onu da vurğulamaq yerinə düşər ki, turizmi ölkəmizin qeyri-neft sektorunda prioritet sahələrdən biri hesab edən hökumət bu sahənin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb.
Bu da səbəbsiz deyil. Belə ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Prezident İlham Əliyev ölkəmizin sürətli inkişaf tempini və bu il bir neçə böyük infrastruktur layihələrin tamamlanmasını nəzərə alaraq 2011-ci ili “Turizm ili” elan edib.
İyulun 20-də isə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında Sərəncam imzalanıb. Tədbirlər Planına müvafiq olaraq, ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, xarici turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişafı, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, turizm informasiya şəbəkəsinin genişləndirilməsi sahəsində məqsədyönlü işlərin aparılması nəzərdə tutulub. Eyni zamanda, turist axını çox olan rayonlarda “Bu Vətən bizimdir” adlı turist düşərgələrinin, respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş müvafiq tədbirlər çərçivəsində “Turizm ili”nə dair təbliğat işlərinin təşkili həyata keçiriləcək işlər sırasına daxil edilib.
“Turizm ili” çərçivəsində Azərbaycana səfər edənlərin sayının artırılması üçün viza sisteminin sadələşdirilməsi, hava, dəniz və quru yol ilə beynəlxalq, o cümlədən, yerli daşımalarda turist qruplarına xüsusi tariflərin tətbiqi nəzərdə tutulub. Tədbirlər Planında turizm sahəsində fəaliyyət göstərən sahibkarlara da mühüm yer verilib. Turizm sektorunun inkişaf etdirilməsi üçün sözügedən sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlərin ayrılması, turizm sənayesinin inkişafı üçün iqtisadi mühitin yaxşılaşdırılması və investisiyaların cəlb olunması prioritet məsələlərdəndir.
Yerli və xarici turistlər üçün cəlbedici nümayiş obyekti kimi “Basqal” etnoqrafik kənd layihəsinin yaradılması, müvafiq tarix-mədəniyyət obyektlərinin bərpası və uyğun beynəlxalq nominasiyaya təqdim edilməsi məsələlərinə də diqqət ayrılıb. Eləcə də, tarixi-memarlıq, arxeoloji abidələr və mədəniyyət qoruqları üzrə bərpa işlərinin aparılması, müvafiq turizm infrastrukturunun yaradılması və turizm marşrutlarına daxil edilməsi də Tədbirlər Planının prioritetlərindəndir. Məsələn, Bakı-Qazax turizm marşrutunda yerləşən Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin bərpası, Bakı-Balakən turizm marşrutunda yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin və Xalq Tətbiqi Sənəti Muzeyinin təmiri və bədii tərtibatı, Tovuzda “Göytəpə yaşayış yeri” arxeoloji abidəsinin abadlaşdırılması, yeraltı muzey işlərinin tamamlanması, tarixi Şabran şəhərinin ərazisində genişmiqyaslı arxeoloji tədqiqatların aparılması, Şamaxı şəhərində yeni aşkar olunmuş Şirvanşahlara aid edilən orta əsr tikilisinin, orta əsr şəhərinin qala divarlarının və kəhriz qalıqlarının konservasiyası və turizm marşrutuna salınması, Sınıq körpü, Şəki xanlarının evi, çıraqqala abidəsi, Abşeron qalaları, Qəbələ rayonu, Nic kəndində alban kilsəsinin və s. bərpası nəzərdə tutulub.
ölkəmizdə turizmin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib ki, paytaxtda və bölgələrdə yeni müasir, beynəlxalq tələblərə cavab verən otellərin istismara verilməsi sürətləndirilməlidir: “Bu il Azərbaycanda “Turizm ili”dir. Bu barədə ilin əvvəlində danışmışıq. Həm Bakıda, həm də bölgələrdə yeni müasir otellər istismara verilir. Bakıda bu il altı beşulduzlu, dünya brendləri sırasında olan otellər istismara veriləcəkdir. Onlardan birinin - “Kempinski Badamdar” otelinin açılışı olmuşdur və yaxın vaxtlarda o, tam fəaliyyətə başlayacaqdır. İlin sonuna qədər, növbəti altı ayda təkcə Bakıda beş yeni beşulduzlu otel açılacaqdır. Eyni zamanda, bölgələrdə. Hesab edirəm ki, beləliklə, gələcəkdə turizm Azərbaycan iqtisadiyyatında çox vacib yeri tutacaqdır. ümumi daxili məhsulda turizmin də, İKT-nin də payı artacaqdır”.
Respublikanın ərazisində turizm və nümayiş obyektlərinə (tarix və mədəniyyət qoruqlarına və xüsusi əhəmiyyətli abidələrə) gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilər və yol nişanlarının quraşdırılması istiqamətində də işlər görüləcək. Həmçinin, Azərbaycan Respublikası ilə Gürcüstan arasında mövcud turist axınını nəzərə alaraq, Bakı-Tbilisi-Bakı dəmiryolu marşrutu üzrə ixtisaslaşdırılmış turist qatarları təşkil ediləcək. Əlbəttə ki, bu tədbirlərin reallaşdırılması ölkəmizə gələn turistlərin sayının artmasına və Azərbaycanın turizm üçün çox cəlbedici ölkəyə çevrilməsinə əhəmiyyətli dərəcədə təsir edəcək.
Məlumdur ki, turizm sahəsindəki ən böyük layihələr sırasında “Şahdağ” qış-yay turizm kompleksinin yaradılmasıdır. Kompleksin tikintisindəki əsas iş infrastrukturun yaradılmasından ibarətdir. 2011-ci ilin sonuna qədər artıq bu kompleksin fəaliyyətini təmin etməyə qadir olan infrastrukturun tamamlanacağı gözlənilir. Bir sözlə, “Şahdağ” kurort mərkəzi dünya standartlarına cavab verməsinə nail olmaq, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhalinin yeni iş yerləri ilə təmin olunmasında birbaşa rol oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50

