Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sosial yardım alan ailələrin daha fəal sosial təminat yönümlü proqramlara cəlb olunmalarına start verilib

Sosial yardım alan ailələrin daha fəal sosial təminat yönümlü proqramlara cəlb olunmalarına start verilib

27.07.2011 [10:27]

Prezident İlham Əliyev: Məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın
Məlum olduğu kimi, son illər Azərbaycan ümumi inkişaf səviyyəsinə görə region dövlətlərini geridə qoyub. Xüsusən, bu ilin ilk 6 ayında bu inkişaf öz dinamikliyi ilə yadda qalıb. Qarşıya qoyulan iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapıb. İlin birinci yarısında büdcəyə düzəlişlər edilib və nəticədə ilk dəfə olaraq, Azərbaycanın büdcəsi 20 milyard dollara çatıb. Bu isə rekord göstəricidir. Bundan başqa ölkəmizin strateji valyuta ehtiyatları artır. Belə ki, ilin əvvəli ilə müqayisədə ehtiyatlarımız 9 milyard dollar artıb və ekspertlərin qənaətinə görə, ilin sonunadək artmaqda davam edəcək.
Beləliklə, iqtisadi sahədə əldə edilən uğurlar imkan verir ki, ilin sonuna qədər vacib olan infrastruktur və sosial məsələlər həll edilsin. Onu da qeyd edək ki, ölkə rəhbərliyi əldə edilmiş gəlirləri məqsədyönlü şəkildə Azərbaycan iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə xərcləyir. Bu sahədə insanların sosial problemlərinin həlli xüsusilə diqqət mərkəzindədir.
Bu fəaliyyətin nəticəsidir ki, ötən illərdə olduğu kimi, ilin birinci yarısında sosial məsələlərin həlli istiqamətində çox vacib addımlar atılıb. Bəzi kateqoriya üzrə - büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları qaldırılıb. Ən böyük nailiyyət isə pensiyaların artımı ilə bağlıdır. Belə ki, iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası təxminən 40 faiz artıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasındakı çıxışında bu məsələyə toxunaraq deyib: “İndi dəqiqləşmə gedir, hesablamalar aparılır və bu, çox böyük artımdır. Deyə bilərəm ki, bəlkə də dünya miqyasında bu illər ərzində buna bənzər hadisə olmamışdır. çünki bəzi ölkələrdə - harada ki, maliyyə və iqtisadi böhran özünü büruzə verir, nəinki pensiyalar artırılır, əksinə azaldılır, maaşlar, sosial proqramlar kəsilir, büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların maaşları və sosial təminatı aşağı düşür”.
Onu da qeyd edək ki, Azərbaycan hökuməti nəinki aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılmasına yönələn islahatları davam etdirir. Məsələn, iyulun 1-nə olan məlumata əsasən, ölkəmizdə ünvanlı sosial yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103,95 manat təşkil edib. ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının həddi bu ilin əvvəlindən 75 manata qaldırılıb ki, bu da 2006-ci ildəki müvafiq göstərici ilə müqayisədə 2,5 dəfə artım deməkdir.
Hazırda isə ünvanlı sosial yardım alan ailələrin daha fəal sosial təminat yönümlü proqramlara cəlb olunmalarına start verilib. Belə ki, beynəlxalq təcrübəyə uyğun olaraq şərtləndirilən sosial yardımın verilməsi prinsiplərini özündə birləşdirən  Birdəfəlik Sosial Yardım (özünədəstək) Proqramının sınaqdan keçirilməsi hazırda Tovuz rayonunda davam etdirilir. Dövlət başçısının sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, rayonun  Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində “özünədəstək” layihəsi ilə bağlı sınaq işlərinə start verilib. Belə ki, həmin kənddə ünvanlı yardım alan 52 ailədən 15-nə ev təsərrüfatlarında şəxsi istehsalla məşğul olmaları və bununla özlərini təmin edə bilmələri üçün mal və materiallar alınaraq, verilib. Bundan başqa, aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına aktiv tədbirlər vasitəsilə kömək göstərilməsi məqsədilə layihənin daha üç pilot rayonda icra edilməsi nəzərdə tutulub.
Məlum olduğu kimi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Belə ki, növbədə olan insanların yeni müasir mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar dövlət başçısının tapşırığına uyğun olaraq, 2010-cu ildə 715 mənzil inşa etdirilib. İlin əvvəlindən bir sıra rayonlarda yeni fərdi və çoxmənzilli yaşayış binaları istifadəyə verilib və mənzillə təmin olunanların sayı 4000-i ötüb. 3 000-dən çox Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri verilib.
Son illərdə ölkədə bərpa-müalicə sisteminin təkmilləşdirilməsi, eləcə də, əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya   göstəricisi 6 faizədək yüksəlib. ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10 faizdən yüksəkdir. Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdəndir. Prezident İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu vəzifələrdən biri sosial reabilitasiya yönümlü tədbirlərin gücləndirilməsi yolu ilə həmin insanların dolğun həyat tərzinin təmin olunması, özlərini cəmiyyətin digər üzvləri kimi hiss etməsi üçün onlara daha geniş şəraitin yaradılmasıdır. Bu məqsədlə tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə hazırlıq işləri aparılır. Eyni zamanda, yaxın günlərdə əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə ölkədə yeni tipli müəssisələrin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik Yaşına çatmayanlar üçün Sosial sığınacaqların və Tibbi-Sosial Reabilitasiya Mərkəzlərinin inşasına başlanacaq.
Bəli, yuxarıda sadalanan layihələrin həyata keçirilməsinə rəhbərlik edən Prezident İlham Əliyev əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində yeni proqramların reallaşdırılacağını da bəyan edib: “ünvanlı sosial yardım proqramı aparılır. Bu proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Son illərin təcrübəsi göstərir ki, biz bu məqsədə çatırıq. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşmüşdür. Mən ümid edirəm ki, bu ilin yekunlarına görə bu rəqəm yenə də aşağı düşəcəkdir”.
RUHİYYƏ
Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30