Xarici sərmayələr Azərbaycanda lazımi səviyyədə qorunur
27.07.2011 [10:30]
Dövlətimizin başçısı Polşa Prezidenti Bronislav Komorovskini qarşılayıb.
Kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sənaye, bankçılıq, sığorta və digər sahələrdə fəaliyyət göstərən hər iki ölkə sahibkarlarının iştirak etdiyi biznes forumun keçirilməsində məqsəd Azərbaycan və Polşanın iş adamları arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək, respublikaların iqtisadi potensialından yararlanaraq, ticarət dövriyyəsinin səviyyəsini artırmaqdır.
Dövlət başçıları forumda çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev söyləyib ki, Azərbaycan-Polşa əlaqələri çox gözəl tarixə malikdir və çoxşaxəlidir: “Biz çox istərdik ki, Polşa şirkətləri Azərbaycanda daha da geniş təmsil olunsunlar. Bunu etmək üçün imkanlar var və mənə verilən məlumata görə, bu gün artıq burada müxtəlif layihələrin təqdimatı keçirilmiş, Azərbaycan və Polşanın iqtisadi göstəriciləri ifadə edilmişdir. Beləliklə, hesab edirəm ki, mövcud vəziyyət biznes forumunda iştirak edən iş adamları üçün daha da aydın olubdur. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılmışdır. İqtisadi sahədə liberallaşma siyasəti aparılır, Azərbaycanda biznes strukturları güclənir. Həm böyük şirkətlər, həm də kiçik və orta həcmli şirkətlər öz fəaliyyətlərini gücləndirir. özəl sektorun Azərbaycanın ümumi daxili məhsulundakı payı 80 faizə çatıbdır. Nəzərə alsaq ki, cəmi iyirmi il bundan əvvəl Azərbaycanda özəl sektor faktik olaraq mövcud deyildi, hesab edirəm, bu, çox gözəl göstəricidir. Yəni qısa müddət ərzində həm siyasi və eyni zamanda iqtisadi islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı prinsipləri tam qüvvəyə minibdir. Bu, bizə öz iqtisadi imkanlarımızı əhəmiyyətli dərəcədə artırmağa imkan verdi”.
“Biz bu gün də xarici sərmayələrin cəlb edilməsinə çalışırıq. Azərbaycan birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında ənənəvi olaraq birinci sıralardadır” - deyən, Prezident İlham Əliyev vurğulayıb ki, təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollardan çox vəsait qoyulub: “Onun əksəriyyəti daxili sərmayələrdir, ancaq xarici sərmayələr də mühüm yer tutur. Xarici sərmayələr Azərbaycanda lazımi səviyyədə qorunur, o cümlədən qanunvericilik bunu təmin edir. Bu gün biz xarici sərmayələri eyni zamanda qeyri-neft sektorunda da görürük. Azərbaycanda kənd təsərrüfatının inkişafında xarici sərmayələr rol oynayır, turizmin inkişafında onların rolu kifayət qədər böyükdür”.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Polşa-Azərbaycan əlaqələrinin inkişafında neft-qaz sahəsindəki əməkdaşlıq mühüm yer tutur: “Azərbaycanın zəngin neft və qaz yataqları vardır, bunlar Azərbaycan xalqına xidmət edir. Eyni zamanda, bu resursların, bu sahədə layihələrin regional əməkdaşlığın dərinləşməsi üçün də böyük əhəmiyyəti var. Azərbaycan enerji siyasəti baxımından çox etibarlı tərəfdaşdır. Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq formatımız var və bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub qaz dəhlizi haqqında” bəyannamə imzalanmışdır. Bizim qaz ehtiyatlarımızın hazırda təsdiq edilmiş səviyyəsi 2,2 trilyon kubmetrdir və bu imkan verir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan özünü və qonşu ölkələri, Avropa ölkələrini təbii qazla lazımi səviyyədə təmin edə bilər. Əlbəttə ki, bu sahədə də biz əməkdaşlığın dərinləşməsinə çalışırıq. Müəyyən nəticələr var və əminəm ki, biznes qurumları da bu işlərə fəal şəkildə qoşulacaqlar”.
Polşa Prezidenti Bronislav Komorovski çıxış edərək deyib ki, son illər ərzində Azərbaycan və Polşa eyni yolları keçib: “Biz görürük ki, bu gün Azərbaycanda lazımi səviyyədə fəaliyyət aparılır və bu, əsasən biznes inkişafının perspektivlərinə yönəlibdir”.
Polşa Prezidenti vurğulayıb ki, Azərbaycan ilə Polşa arasında olan əlaqələr lazımi şəkildə inkişaf edir: “Biz tez-tez siyasi səviyyədə, ən yüksək səviyyədə görüşlər keçiririk. Görürük ki, daha çox imkanlar var ki, biz fəaliyyətimizin yeni sahələrini müəyyən edək. Cənab Prezident Siz burada bildirdiniz ki, enerji sektoru hələ də çox mühüm rol oynayır. Bu, onu göstərir ki, biz növbəti, digər əməkdaşlıq vektorlarını araşdırmalıyıq, müəyyən etməliyik və bunlar əsasən Polşa biznesinin Azərbaycanda və Azərbaycan biznesinin Polşada inkişafına xidmət etməlidir”.
“Azərbaycan iqtisadiyyatı irəliyə doğru böyük bir addım atmışdır. Bu, nəinki enerji sektoruna aiddir, həm də biz bilirik ki, Azərbaycanda yeni sahələrdə yeni imkanlar yaradılır” - deyən Polşa Prezidenti Bronislav Komorovski hesab edir ki, bu, əslində, Azərbaycan ilə Polşa arasında olan gözəl münasibətlərin daha da güclənməsinə xidmət edir: “Biz istəyirik ki, nəinki Azərbaycan ilə Polşa arasında əməkdaşlıq, həm də Avropa İttifaqı ilə Azərbaycan arasında işbirliyi daha da artsın. Bütün bunlar məhz yeni biznes təmaslarına, işgüzar dairələrin bir-biri ilə əlaqə saxlamasına əsaslanacaqdır. Təbii ki, bu, bizim əməkdaşlığımızın yeni bir mənbəsi olacaqdır. Əslində, bizi əlaqələrimizin daha yeni sahələri gözləyir”.
Biznes forum başa çatdıqdan sonra Dənizkənarı Milli Parkda gəzintiyə çıxan Prezident İlham Əliyev və Prezident Bronislav Komorovski burada bir qrup polşalı tələbə ilə görüşüblər. Dövlət başçılarına məlumat verilib ki, bu ilin yanvar-may aylarında Gənclər və İdman Nazirliyi Azərbaycanın xaricdəki səfirlikləri ilə birgə əcnəbi tələbələr arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse-yazı müsabiqəsi keçirib. Bu müsabiqədə Polşa da daxil olmaqla, 9 ölkədən tələbələr iştirak edib. Müsabiqənin əsas mövzuları ümummilli lider Heydər Əliyev, Dağlıq Qarabağ münaqişəsinin reallıqları, Azərbaycanın iqtisadi inkişafı, dili, milli adətləri, mədəniyyəti, beynəlxalq siyasətdəki rolu və digər istiqamətlər olub. Təmsilçiləri müsabiqədə iştirak edən ölkələrdə yaradılmış münsiflər heyətləri 75 qalibi müəyyən edib. Onlar 40-dan çox universitet, akademiya, lisey və kollecin tələbələridir. Polşadan olan 11 qalib isə artıq Bakıdadır və onlar şəhərin görməli yerləri, muzeyləri, tarixi abidələrlə yaxından tanış olur, insanlarla ünsiyyət qururlar. Polşalı tələbələr bu günlərdə Lahıcda, Qəbələ və Şəki rayonlarında, Naxçıvan MR-də olublar.
Tələbələr dövlət başçıları ilə xatirə şəkli çəkdiriblər.
Dənizkənarı Milli Parkda gəzinti zamanı Polşanın dövlət başçısına son illərdə Bakıda həyata keçirilən yenidənqurma və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, Avropada ən böyük dənizkənarı bulvarlardan biri olan bu ərazidə bir neçə il öncə başlanan yenidənqurma işləri buranın simasını tamamilə dəyişib. Yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılıb. Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir, paytaxt sakinlərinin, eləcə də, xaricdən gələn qonaqların ən maraqlı istirahət yerinə çevrilib. 100 ildən çox yaşı olan Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. ümumiyyətlə, son illərdə Bakıda park və bağların yenidən qurulmasına xüsusi diqqət yetirilir. Təbii ki, şəhərin abadlaşdırılması ilə yanaşı, əsas məqsəd insanların istirahəti üçün rahat şərait yaratmaqdır.
Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident Bronislav Komorovski görkəmli şəxsiyyətin arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Polşa Prezidentinə məlumat verilib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Bronislav Komorovski Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Ona Fondun adından xatirə hədiyyəsi təqdim olunub.
Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
Prezident İlham Əliyev söyləyib ki, bu gün bizim əlaqələrimizin inkişafında Azərbaycanda yaşayan və ölkəmizin dəyərli vətəndaşları olan Polşa əsilli icma nümayəndələri də öz rolunu oynayırlar.
Polşa Prezidenti Bronislav Komorovski Azərbaycana rəsmi səfərə dəvətə və yüksək səviyyədə qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını çatdırıb. O, Azərbaycan ilə Polşa arasındakı strateji əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident Bronislav Komorovski iki ölkənin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensial imkanların olduğunu deyib.
Sonra Polşa rəhbəri “Xanəgah” kompleksi və Qız qalası ilə tanış olub.
Daha sonra Polşa Prezidenti Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - “İncəsənət bağı”nda olub.
Polşa rəhbəri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edilib.
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin, o cümlədən, dəniz yataqlarından neft hasilatının tarixi, bu işdə əhəmiyyətli rol oynamış istedadlı mühəndis Pavel Pototskinin fəaliyyəti haqqında qonağa məlumat verib. Bildirilib ki, 1901-ci ildə dünyada çıxarılan neftin yarıdan çoxu (10,75 milyon ton), Rusiyada isə 95 faizi Azərbaycanın payına düşürdü. Hasilatı daha da artırmaq üçün hələ 1909-cu ildən Xəzər dənizinin Bibiheybət buxtasında neft mədəni yaratmaq təşəbbüsləri olmuşdu. Müxtəlif layihələr nəzərdən keçirilmiş, lakin onların heç biri reallaşmamışdı. 1922-ci ildə bu işə yenidən başlanılmış və ona rəhbərlik Pavel Pototskiyə tapşırılmışdı. P.Pototski 1919-cu ildə görmə qabiliyyətini itirsə də, çox təcrübəli mütəxəssis idi. 1923-cü ilin aprelində ilk quyu gündə 800 ton neft hasilatı ilə istismara verilmişdi. ümumiyyətlə, Pototskinin rəhbərliyi ilə Bibiheybət buxtasında 300 hektar sahə qurudularaq, yeni neft mədəni yaradılmışdı.
Pavel Pototski özünün məhz burada dəf
n olunmasını vəsiyyət etmişdi.
Onun məzarüstü abidəsində polyak, Azərbaycan və ingilis dillərində bu sözlər yazılıb: “Polşa mühəndisi Pavel Pototski (1879-1932). Bibiheybət buxtasını qurudaraq, dünyada ilk dəfə dənizin dibindən neft çıxarılmasına nail olmuşdur”.
Prezident Bronislav Komorovski ətraf ərazidəki neft buruqlarına tamaşa edib.
Bununla da, Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

