Ölkəmizdə ən qabaqcıl texnologiyalara əsaslanan məhsullar istehsal olunur
02.08.2011 [10:36]
Azərbaycanın hər bir bölgəsini əhatə edən sistemli və kompleks islahatlar 2011-ci ilin birinci yarısında daha da sürətlənib və yarımillik makroiqtisadi göstəricilər respublikamızdakı inkişaf dinamikasının davamlılığını təsdiq edir. Bu tendensiya paytaxtda və bölgələrdə abadlıq-quruculq işlərinin miqyasının artmasına da müsbət təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan uğurlu islahatlar strategiyası sayəsində respublikamızın hər bir bölgəsində sosial, iqtisadi, infrastruktur və kommunikasiya layihələri həyata keçirilir. Tikinti-quraşdırma, təmir-bərpa, dizayn və digər layihələrdə yerli şirkətlərin imkanlarından istifadə olunur.
Bu gün ölkəmizdə inşa olunan binaların, sosial obyektlərin, tikintisi davam etdirilən körpülərin, yol ötürücülərinin, yeraltı keçidlərin və digər mühüm infrastruktur obyektlərinin əsas material ehtiyatları birbaşa yerli zavod və fabriklərə, iri müəssisələrə aid məhsullardır. Həmin müəssisələrin tədarük etdiyi malların hər il çeşidi və texniki formaları dəyişir, yenilənir. Hətta bir sıra MDB dövlətləri də öz infrastruktur layihələrinin icrasında Azərbaycana məxsus müəssisələrin mal və avadanlıqlarından istifadə edir. Hazırla Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrin yanacaq komplekslərinin, nəqliyyat infrastrukturlarının, abadlıq işlərində və şəhərsalmada istifadə olunan qurğuların böyük bir hissəsi Azərbaycana məxsus texnologiyalardan, avadanlıqlardan ibarətdir.
Azərbaycan hökuməti həmin müəssisələrin potensial gücünün artması üçün lazım olan bütün dəstəyi göstərir. Prezident İlham Əliyev bu müəssisələrin daha da inkişaf etməsi, istehsal və xarici bazarlara çıxış imkanlarının genişlənməsi üçün digər addımların atılmasının vacibliyini də diqqətə çatdırıb. Dövlət başçısı ölkəmizin iri sənaye və emal müəssisələrində yerli avadanlıqların və texnologiyaların daha geniş tətbiq olunmasını zəruri hesab etdiyini bildirib: “Elə fabrik, zavodlarımız var ki, onların sayı da artmaqdadır, onların istehsal etdiyi məhsul da dünya səviyyəsindədir. Elə etməliyik ki, bu məhsullar, ilk növbədə, ölkə daxilində satılsın və xüsusilə, dövlət şirkətləri bu məhsullardan istifadə etsinlər. Bəzi hallarda Azərbaycanda istehsal edilən ən yüksək keyfiyyətə malik olan hansısa avadanlıq, yaxud digər məhsul kənarda qalır, dövlət şirkətləri gedib xaricdən onun analoqunu alırlar. Baxmayaraq ki, bəlkə keyfiyyəti də aşağıdır, qiyməti də bahadır. Ona görə mən hesab edirəm ki, bizim nəzarətedici orqanlar bu məsələ ilə ciddi məşğul olmalıdır. Mən dövlət şirkətlərinin rəhbərlərinə dəfələrlə göstəriş vermişəm ki, lazım olan avadanlıq, məhsul, boru, yaxud da hər hansı digər mal əgər Azərbaycanda istehsal olunursa, ilk növbədə, Azərbaycanda alınmalıdır. İndi bizdə böyük, nəhəng, dünya miqyaslı müəssisələr yaradılıb ki, orada istənilən məhsul istehsal oluna bilər”.
Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə istehsal olunan dünya səviyyəli rəqabətə malik malların istifadəsinin çoxalması həm yerli iri sənaye müəssisələrinin imkanlarını genişləndirər, həm də burada daha çox işçi qüvvəsinin cəlb olunmasına stimul verər. çünki hər hansı bir iri zavodun istehsal və emal bölmələrini artırması, daha çox çeşiddə məhsul istehsal etməsi burada yeni işçi qüvvəsinə ehtiyac yaratmış olur. Digər tərəfdən, bu müəssisələrin gücünün artması maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması deməkdir ki, bu da işçilərə verilən maaşların həcminin çoxaldılmasına səbəb olur.
Prezident İlham Əliyev digər sahələrdə də, rəqabət qabiliyyətli məhsulların, xidmətlərin təşkilinin yüksəldilməsinin vacibliyinə toxunub. Dövlət başçısı hesab edir ki, həyata keçirilən kompleks islahatlarla kifayətlənmək olmaz, işlərin icrasını daha da sürətləndirmək lazımdır. Bu gün Azərbaycanın keçid dövrünü arxada qoyaraq yeni inkişaf ssenariləri ilə irəliləyən ölkə kimi qarşısına yeni tələblər çıxıb. ölkəmizin müasir modernləşmə xətti, inkişaf dinamikası yeni tələbləri ortaya çıxarır. İqtisadiyyatın və sosial sektorun bütün bölmələri, infrastruktur təminatı ən yüksək səviyyədə olmalıdır, inkişaf etmiş dövlətlərin qabaqcıl texnologiyalarına əsaslanan innovativ iqtisadiyyat inkişaf etməlidir. Dövlətimizin başçısı bildirib ki, ölkəmizdə görülən işlər miqyasca daha da genişlənməlidir: “Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. ölkəmizdə bütün işlər - iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır. İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26

