Azərbaycanın hərbi sənaye potensialı güclənir
02.08.2011 [10:35]
Azərbaycanın hərbi sənaye potensialı güclənməkdə davam edir. Müdafiə sənayesinin inkişafı ilə bağlı həyata keçirilən davamlı layihələr hər il bu sahədə inkişaf meyillərini sürətləndirir. 2011-ci ilin birinci yarısında hərbi sənaye müəssisələrində istehsal olunan məhsulların həcmi 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq hesabat dövründə güc strukturları ilə bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məhsul istehsalı daha çox yüksəlib. Həmin növ silahların istehsal həcmi 11 dəfədən də çox olub. ümumilikdə, bütün növ silahlar və hərbi təyinatlı digər məhsulların istehsalı ilə yanaşı, çeşidləri də artıb. Bununla bərabər, başa vurduğumuz birinci yarımillikdə respublikamızın hərbi müəssisələrində tətbiq olunan ən son texnologiyalar və avadanlıqların da çeşidində mühüm dəyişikliklər qeydə alınıb. Bütün bu faktorlar Azərbaycanın ən modern hərbi məhsullar istehsal etmək imkanları üçün dərin əsaslar yaradır.
Respublikamızın istehsal etdiyi hərbi təyinatlı məhsulların çeşidi kifayət qədər genişdir. Son bir il ərzində Azərbaycan iriçaplı snayper tüfəngləri, müxtəlif təyinatlı tapançalar, iriçaplı güllələr, minaatanlar, qumbaraatanlar, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsulları, piyadalar əleyhinə minalar, zirehli texnikalar və onların hissələri, radioelektron məmulatlar, elektron çap lövhələri, artilleriya minaları, optik cihazlar və digər texnikalar istehsal edib. Respublikamızın istehsal etdiyi bir sıra hərbi məhsullar bütün texniki parametrlərinə görə, dünya dövlətlərinin analoji texnikalarından üstünlüyü ilə fərqlənir. Məsələn, “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsullar hərbi-texniki və keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silahlardan hesab olunur. “İqlim”də istehsal olunan “Boran” artilleriya qurğusu, iriçaplı yarımavtomat “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar və digər məhsulların da dünyada analoqu yoxdur.
öz hərbi sənaye potensialını gücləndirən Azərbaycanın silah və sursatlarının dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgilərində nümayişi də intensiv xarakter alıb. İndiyədək dünyanın ən böyük hərbi sərgilərindən olan “SOFEX”, “AAD-Afrika Aerospace Defence” “İDEF” və digər beynəlxalq tədbirlərdə iştirak edən respublikamıza istehsal etdiyi məhsulları dünyaya tanıtmaq üçün yeni təkliflər ünvanlanmaqdadır. Sentyabrın 5-dən 8-dək Polşanın Kelç şəhərində keçiriləcək “MSPO-2011” 19-cu Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün tədbirin təşkilatçıları tərəfindən Azərbaycana müraciət olunub. Sərginin təşkilatçıları respublikamızın istehsal etdiyi hərbi məhsulların beynəlxalq arenada nümayişinə böyük maraq göstərirlər. Məsələ ondadır ki, son 2 ildə müxtəlif ölkələrdə keçirilən bu tipli tədbirlərdə daha çox Azərbaycanın müdafiə sənayesi məhsullarına baxış olub və şirkətlərin nümayəndələri tərəfindən sifarişlər verilib. Yəni, respublikamıza məxsus ən hərbi məhsullardan “İstiqlal” tipli 14,5 və 12,7 mm çaplı snayper tüfəngləri, müxtəlif təyinatlı tapançalar, iriçaplı güllələr, minaatanlar, qumbaraatanlar, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsullar, “Paramount Group” şirkəti ilə birgə istehsal edilən zirehli texnikalar, radioelektron məmulatları, elektron çap lövhələri və digər texnikalar son zamanlar xüsusi diqqət çəkməyə başlayıb. Son bir ildə keçirilən 2 sərgidə ən çox maraq doğuran silahlar “İstiqlal” snayperləri, eləcə də, Azərbaycanla Cənubi Afrika Respublikasının birgə istehsalı olan “Matador” və “Marauder” tipli zirehli maşınlar olub.
Məhz bu səbəbdəndir ki, beynəlxalq hərbi sərgiləri təşkil edən şirkətlər hazırda əsas iştirakçılar sırasında Azərbaycanı görmək istəyirlər. çünki həmin tədbirlər çərçivəsində Azərbaycanın müdafiə sənayesinin yeni çeşidləri ilə tanış olan xarici dövlətlərin hərbi şirkətləri ölkəmizlə əməkdaşlıq barədə niyyət protokolları imzalayır, silah-sursatların, texnikaların əldə olunmasına nail olurlar. Bunun nəticəsidir ki, bir ilə yaxındır ki, respublikamız xarici dövlətlərə hərbi təyinatlı məhsulların ixracına başlayıb. Əsas alıcılar sırasında isə Amerika dayanır. Dünyanın super ölkəsi Azərbaycandan minaatanlar, PKM pulemyotları, iriçaplı patronlar, minaatanlar üçün döyüş sursatları, qumbaraatanlar üçün sursatlar almaq üçün sifarişlər verib.
Azərbaycan hərbi sənaye kontigentini daha da gücləndirmək, ən yeni silahların və sursatların istehsalına başlamaq üçün xarici dövlətlərlə birgə əməkdaşlığı da artırıb.
Hazırda ölkəmiz Pakistan, çexiya, Türkiyə, Cənubi Koreya, Belarus, Ukrayna, İordaniya, Polşa və digər dövlətlərlə müdafiə sənayesi sahəsində birgə layihələr həyata keçirir. Həmin ölkələrlə birgə optik cihaz və naviqasiya sistemlərinin, vertolyotların, zirehli tank və aviasiya texnikasının, artilleriya sistemlərinin, radiolokasiya stansiyalarının və zenit-raket komplekslərinin, kiçik döyüş gəmilərinin istehsalı planlaşdırılır. Təkcə 2011-ci ilin ötən yarım ili ərzində respublikamız bir neçə ölkə ilə yeni silahların istehsalı barədə razılıq əldə edib. Məsələn, Türkiyənin “FNSS Savunma Sistemleri” şirkəti yaxın vaxtlarda Azərbaycanda zirehli transportyorların (ZTR) modernləşdirilməsi layihəsinə başlayacaq. Qardaş ölkə respublikamızla birgə yüksək sürətli katerlər, gəmi və digər hərbi nəqliyyat vasitələri də istehsal etməyi düşünür.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32

