Bütün maliyyə sistemində şəffaflıq maksimum dərəcədə təmin olunmalıdır
03.08.2011 [10:46]
Məlum olduğu kimi, ölkəmizdə rüşvətxorluq və korrupsiyaya qarşı intensiv mübarizə aparılır. Bu il yanvarın 14-də keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan toplantısından sonra isə bu mübarizə xüsusilə ardıcıl xarakter alıb. Belə ki, məhz həmin toplantıda Prezident İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizəni aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi elan edib. ölkə başçısının tapşırığına əsasən bu il yanvarın 27-də isə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib və dövlət qurumlarına Prezidentin çıxışından irəli gələn müvafiq göstərişlər verilib.
Bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir
Yeri gəlmişkən, ilk vaxtlar bir sıra bədxahlar tədbirlərin guya davamlı olmayacağını, kampaniya xarakterli olduğunu iddia etsələr də, bu istiqamətdə dövlət orqanlarında həyata keçirilən tədbirlərin davam etməsi onların iddialarının əsassız olduğunu təsdiqləyir.
Qeyd edək ki, dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da bir daha sözügedən istiqamətdə işlərin davam etdiriləcəyini bildirib: “ölkəmiz üçün, o cümlədən, sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir. Bu barədə mən öz sözümü ilin əvvəlində Nazirlər Kabinetinin iclasında demişəm, müvafiq göstərişlər verilibdir. İndi deyə bilərəm ki, ölkəmizin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir. Biz ilkin müsbət nəticələri görürük və elə etməliyik ki, bu nəticələr daha da gözə görünən, daha da təsirli olsun. Bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir. Əgər biz doğrudan da, Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin”.
Bütün maliyyə sistemində yüksək səviyyədə şəffaflıq təmin olunmalıdır
Proseslərin gedişi göstərir ki, Prezident İlham Əliyevin bu tələbinə cavab olaraq, dövlət orqanları öz fəaliyyətlərini gücləndirir, iş mexanizmlərini təkmilləşdirir. O cümlədən, təhsil sahəsində artıq neçə illərdir ki, start götürən ciddi islahatlar davam etdirilir. Bu da təbiidir. İqtisadiyyatda baş verən sıçrayış digər sahələrin, o cümlədən, təhsilin də yüksələn xətt üzrə inkişafı üçün mühüm təməl yaradıb. Bunun da əsasında dövlətin təhsilə qayğısı durur. Xüsusən, məktəb tikintisinə göstərilən diqqət, ilk növbədə, ayrılan vəsaitdə özünü göstərməkdədir. İctimaiyyətə məlumdur ki, 2003-cü ildən bu yana ölkəmizdə 2000-dən artıq məktəb binası tikilib. Hazırda Azərbaycan məktəblilərinin böyük əksəriyyəti müasir təhsil müəssisələrində oxuyur. Prezident İlham Əliyev bəyan edib ki, bu proses gələcəkdə də davam edəcək: “Uşaqlar yaxşı şəraitdə oxumalıdırlar. Son illərdə ölkəmizdə iki mindən artıq məktəb binası tikilib, amma yenə də qəzalı vəziyyətdə olan məktəblər vardır. Onları biz bərpa etməliyik, yenilərini tikməliyik”.
ölkə Prezidentinin təhsil sahəsinin inkişaf etdirilməsi, müasir tələblərə cavab verən orta ümumtəhsil məktəblərinin inşası, habelə köhnə məktəblərin müasir standartlara uyğun şəkildə təmir edilməsi istiqamətində verdiyi göstərişlərin icrası ilə əlaqədar tədbirlər görülür. Son dövrdə Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına yeni orta məktəblər tikilib, köhnə məktəb binaları əsaslı təmir olunub. Növbəti tədris ilinə və ümumiyyətlə, ilin sonuna qədər 40-dan çox məktəb təmir ediləcək, tikiləcək. Lakin təəssüf ki, bir sıra hallarda məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə hallarına yol verilməsi, standartlara uyğun olmayan və mövcud normaların tələbləri pozulmaqla tikinti işlərinin aparılması hallarına rast gəlinir. Dövlət başçısı İlham Əliyevin göstərişi əsasında bu faktlar üzrə Respublika Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Maliyyə Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə başlanılan araşdırma zamanı Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib.
Bu istiqamətdə araşdırmalar isə gələcəkdə də davam etdiriləcək.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər araşdırılır
Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək üçün ölkə vətəndaşlarını da fəal olmağa, problemlərə qarşı ictimaiyyəti biganə qalmamağa, istənilən məsələ ilə bağlı müvafiq strukturlara məlumat verməyə çağırıb. Dövlət orqanlarının elektron ünvanlarına, məlumat mərkəzlərinə, “Qaynar xətt” xidmətlərinə daxil olan müraciətlərin sayının artması isə ictimaiyyətin bu çağırışa biganə qalmadığının bariz nümunəsidir. Məsələn, Təhsil Nazirliyinə bir ay ərzində daxil olan müraciətlərin 4097-si telefonla, 684-ü elektron poçt vasitəsilə qəbul edilib. Bir sıra müraciətlər məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olan şikayət məzmunlu müraciətlər paytaxtla yanaşı, regionları da əhatə edib. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsində çatışmazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və digər məsələlər əksini tapıb.
“Qaynar xətt” xidmətinə texniki-peşə təhsili müəssisələri ilə əlaqədar müraciətlərdə bir sıra nöqsanlar, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlər əksini tapıb. Məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar müraciətlərdə uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri və digər problemlərdən bəhs olunub.
2010-2011-ci dərs ilinin yay imtahan sessiyası dövründə “Qaynar xətt” xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan müraciətlər ali məktəblərdə Boloniya sisteminin tətbiqi, semestr imtahanlarının test üsulu ilə aparılması, pedaqoji və istehsalat təcrübəsinin təşkili, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsilhaqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər mövzuları əhatə edib. Həmçinin, tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, biliklərinin apelyasiya qaydasında qiymətləndirilməsini tələb ediblər.
özəl ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsində yaranmış problemlərlə əlaqədar şikayətlər öz əksini tapıb. Orta ixtisas təhsil müəssisələri ilə əlaqədar müraciətlərdə isə tələbələrin təqaüdlərinin gecikdirilməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin - diplomların gecikdirilməsi barədə şikayətlər əks olunub.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02

