Azərbaycanla ABŞ mühüm hərbi-strateji və iqtisadi tərəfdaş ölkələrdir
06.08.2011 [01:40]
Qloballaşma proseslərinin sürətləndiyi və geniş vüsət aldığı müasir dövrdə dövlətlər arasında möhkəm əməkdaşlıq əlaqələrinin qurulması inkişaf və təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Məhz qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. İki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olması bu günlərdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Barak Obamaya anadan olmasının 50 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda da əksini tapıb. Məktubda da bildirildiyi kimi, Azərbaycan-ABŞ əlaqələri yüksək səviyyədədir: “Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində fəal qarşılıqlı işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir”.
Məktubda, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qaldırılması yönündə ABŞ-ın dəstəyi yüksək qiymətləndirilib, ardıcıl səylərin öz bəhrəsini verəcəyinə ümid ifadə olunub.
İki ölkə əlaqələri yüksək hərbi-strateji tərəfdaşlıq nümunəsi kimi
Qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkə rəsmiləri əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını dəfələrlə nümayiş etdirib və hazırda bütün sahələrdə əməkdaşlıq həyata keçirilməkdədir. Bildiyimiz kimi, Azərbaycan-ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Bura Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.
Dünyanı narahat edən bir çox məsələlərdə Azərbaycanla ABŞ-ın mövqelərinin üst-üstə düşməsi uzunmüddətli strateji əməkdaşlığa imkan verən başlıca faktorlardandır. Belə ki, hər iki ölkə dünyada sülh və təhlükəsizliyin, əmin-amanlığın tərəfdarı kimi çıxış edir. Bu baxımdan, Azərbaycanla ABŞ arasında terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Bildiyimiz kimi, son onilliklərdə dünyanı narahat edən başlıca problemlərdən birinə çevrilən terrorizmə qarşı mübarizədə ABŞ-da baş verən 2001-ci il 11 sentyabr faciəsindən sonra yeni mərhələnin başlanğıcı qoyulub. ABŞ-ın dünyada həyata keçirdiyi genişmiqyaslı antiterror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri də Azərbaycandır. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovoda, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu mübarizəyə öz töhfələrini verib. Hazırda isə Azərbaycan Əfqanıstandakı antiterror əməliyyatlarına hərbi heyətlə yanaşı, quru və hava məkanından yüklərin daşınması üçün istifadə olunmasına imkan verməklə də yardım göstərir. ABŞ-la ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən bu işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb. ABŞ prezidenti və digər rəsmi şəxslər Azərbaycanı bu ölkənin Cənubi Qafqazdakı mühüm strateji tərəfdaşı olduğunu dəfələrlə vurğulayıblar.
Azərbaycanın antiterror əməliyyatlarında bu qədər fəal iştirak etməsi heç də təsadüfi deyil. Ermənistan tərəfindən dövlət terroru ilə üzləşən ölkəmiz əsasən dinc əhaliyə, qadın və uşaqlara qarşı yönələn bu cinayət fəaliyyətinin insanlıq üçün nə demək olduğunu yaxşı bilir. Doğrudur, bu gün Əfqanıstanda və digər regionlarda terrorizmə qarşı bir çox dövlətlərin iştirakı ilə fəal mübarizə aparılır. Lakin nəzərə almaq lazımdır ki, terrorçuluq problemi Cənubi Qafqazda da mövcuddur və bu bəladan əsasən Azərbaycan, ölkəmizin sakinləri, xüsusən də uşaqlar zərər çəkir. Belə olan təqdirdə, Azərbaycan tərəfi haqlı olaraq terrorçuluğa qarşı mübarizədə ABŞ-dan ciddi dəstək gözləyir. Lakin təəssüf ki, aşkar surətdə törətdiyi terror əməllərinə görə Ermənistan nə ABŞ-dan, nə də beynəlxalq ictimaiyyətdən hər hansı ciddi təpki almayıb. Halbuki, regiondakı qeyri-stabilliyin və terror təhlükəsinin başlıca mənbəyi məhz işğalçı Ermənistandır. Bu ölkənin terrorçuluq fəaliyyəti də məhz onun işğal siyasətindən və mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyindən irəli gəlir. Doğrudur, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə fəallıq nümayiş etdirən ölkələrdən biridir. ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan ABŞ problemin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli naminə öz səylərini əsirgəmir. Lakin çoxillik cəhdlərin uğurla nəticələnməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana təzyiqlər artırılmalı, onun işğalçılıq və terrorçuluq əməllərinə son qoyması tələb olunmalıdır.
İqtisadi əlaqələr yüksək səviyyədədir
Məlum olduğu kimi, Azərbaycan ABŞ-la geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir. O da bəllidir ki, ABŞ Azərbaycanın enerji sahəsinə daha böyük maraq göstərir. Xüsusilə də 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ABŞ-ın bir sıra neft şirkətləri Xəzər dənizinin Azərbaycan sularında neft və qazın hasilatına cəlb olunub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələrinin uğurla reallaşmasında ABŞ-ın dəstəyinin böyük rolunun olması danılmazdır.
İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq, ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır. Belə ki, bu ilin ilk 6 ayı ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi 1 176,52 milyon dollar, o cümlədən, idxalın həcmi 316,35 milyon dollar, ixracın həcmi isə 860,17 milyon dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin 49,72 faiz, eləcə də, ixracın 24,06 faiz, idxalın isə 3,42 dəfə artması deməkdir.
Bu gün həm Azərbaycan, həm də ABŞ rəhbərliyinin ikitərəfli münasibətlərə böyük önəm verməsi qarşılıqlı əməkdaşlığın bundan sonra da davam edəcəyini deməyə əsas verir. Bu isə hər iki ölkənin maraqlarına cavab verməklə bərabər, regionda təhlükəsizliyin və stabilliyin təmin olunmasına töhfədir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

